İnsan qidaları necə həzm edir?

Hər gün qəbul etdiyimiz qidalar insan orqanizminin ən əsas ehtiyaclarından biridir. Bu qidaların həzmi isə mürəkkəb bir prosesdir ki, bu da insan bədəninin sağlam və fəaliyyətli qalmasını təmin edir. Həzm sistemi mədə-bağırsaq yolundan tutmuş, müxtəlif orqan və fermentlərə qədər bir çox komponentdən ibarətdir. Bu yazıda həzm sisteminin necə işlədiyini və qidaların bədənimizdə necə emal olunduğunu dərindən araşdıracağıq.


Davamı →

Antitellər

İnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.
Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.
Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı

Davamı →

Bədəninizin sizə göndəridiyi 7 mesaj

1. Göz altında tünd halqalar
Gözlərimizin altındakı tünd halqalar lazımi qədər yatmadığımızda ortaya çıxır. Həkimlər hər gecə ən az 7-8 saat yatmağımızı tövsiyə edir. Lakin qansızlıq xəstəliyinin nəticəsi olaraq da yarana bilirlər. 

2. Barmaqlarda rəng dəyişimi
Əgər barmaqlarınızda tez-tez rəng dəyişimi olursa bunun ciddi səbəbi olduğunu bilməlisiniz. Bu vəziyyət qan damarlarında spazmalara səbəb olan qan dövranı pozulması olan Raynaud xəstəliyindən qaynaqlanır.

3. Bulanıq görmə
Əgər gözləriniz sıx-sıx yorulursa və insanları çətin görür və ya normal məsafədən yazıları çətin oxuyursunuzsa, astiqmatizm olmaq riskiniz çox yüksəkdir. Ən qısa müddətdə göz həkiminə getməlisiniz.


Davamı →

Orqanizminizi qışa hazırlayın

Yatın
Yuxunun nə qədər əhəiyyətli olduğunu dəfələrlə eşitmisiniz. Ancaq çox vaxt yuxuya lazımi qədər ciddi yanaşmırıq. Əgər gündə tövsiyə edildiyi kimi 7-9 saat yatmırsınızsa, özünüzü fikirləşdiyinizdən daha çox və uzun müddət kefsiz hiss edə bilərsiniz. Yuxu nizamı həyatınızda ön planda olmalıdır.

C vitamini 
C vitamini fiziki bir antioksidandır və immunitet sistemi hüceyrələrinin funksiyasını dəstəkləyir. Bibər, narıncı meyvələr, brokoli, kələm kimi qidalar zəngin C vitamini mənbəyidir. Hər gün bu qidalardan ən az birini yeməyə diqqət edin.


Davamı →

Niyə duzdan az istifadə etməliyik?

Həddindən artıq duz istifadə etmək hansı sağlamlıq problemlərinə gətirib çıxara bilər? Səbəb çox duz istifadəsidirmi? Duz istifadəsinin ideal miqdarı nə qədər olmalıdır? Duzu azaltmaq üçün nə etməliyik? Mütəxəssislərin verdiyi cavablarla tanış olun...
  • Duzdan niyə çox istifadə edirik?

Davamı →

Payızda immuniteti gücləndirən 5 ərzaq

Balıq
Balıq protein mənbəyidir. Eyni zamanda immunitet sistemini gücləndirməyə kömək edən vitaminlərlə zəngindir. Omeqa3-lə zəngin olması ürəyi qoruyur, pis xolestrini azaldır. Həftədə 2-3 dəfə balıq yeməyi unutmayın. Qızartmaq yerinə sobada və ya qızardaraq yeyin.

Göbələk
İmmuniteti gücləndirməsi ilə yanaşı toxluq hissi yaradır, ona görə pəhriz menularında istifadə oluna bilər. Tərkibində D vitamini olan çox az qidalardan biridir. C vitamini, fosfor, biotin kimi vitamin və minerallarla zəngindir.

İspanaq
Yaşıl yarpaqlı tərəvəz dedikdə ilk ağlımıza gələn ispanaq kalsium, maqnezium, selenium, E vitamini və C vitamini ilə zəngin olduğu üçün xəstəliklərdən qoruyur. Amma ispanağın vitamini itirməməsi üçün uzun müddət bişirməyin. 


Davamı →

Yaddaş gücləndirmək üçün 6 tövsiyə

  1. Sağlam qidalanın
    Yağ və xolesterol nisbətini sağlam səviyyədə tutan bir şəkildə yemək ürək xəstəlikləri riskini azaldır və yaddaşın, digər idrak funksiyalarının sağlam inkişafını təmin edir. Digər tərəfdən, balıq və qoz-fındıq kimi omeqa-3 ilə zəngin qidaların yaddaş artırıcı təsiri var.
  2. Yuxu
    İndiana Universiteti Nevrologiya Mərkəzinin mütəxəssislərinə görə, gənc yaşlarında gecə qeyri-kafi və nizamsız yatanlar yaşlandıqca daha çox yaddaş itkisi yaşayır. İdeal olaraq, yeddi-səkkiz saatlıq fasiləsiz yuxu vacibdir.
  3. Kifayət qədər məşq edin

Davamı →

Orqanizmdə kalsium çatışmazlığını bildirən əlamətlər

Bel yırtığının qarşısını almaq üçün hərəkətsiz qalmayın
Bel yırtığı halları hərəkətsizliyin əsas nəticəsidir. Stolüstü işdə uzun müddət çox çalışmaq əzələ yorğunluğuna səbəb olur. Bunun qarşısını almaq üçün masada işləyənlərin bir saat oturduqdan sonra 10 dəqiqə qalxıb yerimələri və əzələlərini məşqlərlə işlətmələri çox faydalıdır. Uzun müddət maşın sürənlərdən birisinizsə, eyni şəkildə fasilələr vermək faydalıdır.


Dik oturun və belinizi dəstəkləyin
Oturma tələb edən ofis işlərində işləyirsinizsə və kreslonuz belinizi yetərincə dəstəkləmirsə, bel yastığı ala bilərsiniz. Mümkün qədər dik oturmağa çalışmalısınız. Yanlış oturuş vəziyyəti bel ağrısının əsas səbəblərindən biridir.
İdman
İdman bir çox sağlamlıq problemi üçün faydalıdır. Ancaq seçdiyiniz idman növünün belinizi gərginləşdirməməsi vacibdir. Bel yırtığının qarşısını almaq üçün əvvəlcə onurğanı qoruyan idman növləri ilə məşğul olmağınız məsləhətdir. Ağırlıq və ya aktiv bədən hərəkətləri tələb edən idman növləri riskə səbəb ola bilər. Yırtığı olan və ya bunun riski olan birisi üçün ən zərərsiz idman üzgüçülükdür. Xüsusilə sərbəst və arxa üzgüçülük üstünlük verilə bilər, çünki əzələləri gərginləşdirməsə də, intensiv işləyir. Üzgüçülüklə yanaşı, gəzinti və velosiped sürmə kimi yüngül idman növləri də bel əzələlərini gücləndirir və fəqərələr arasındakı disk deformasiyalarının qarşısını alır.

Davamı →

Təbii antibiotiklər

  1. Sarımsaq
    Təbii antibiotiklər arasında lider sayıla bilər. Sarımsağın tərkibində olan güclü mikrobəleyhinə maddə allisin bir çox mikrobları öldürmək, onların çoxalmasını ləngitmək xüsusiyyətə malikdir. Mütəxəssislər sarımsağı sinusitlər, boğaz iltihabı, qrip,

Davamı →