Görmə qabiliyyətinizi gücləndirmək üçün


Sarımsaq və bal bir çox xəstəliklərin məlhəmi olan vasitələr sırasındadır. İkisinin birlikdə qarışığı isə daha güclü effekt verir.

Yaş artdıqca gözdə görmə qabiliyyəti zəifləyir. Məhz balla sarımsağın qarışığı bu problemi aradan qaldıracaq ən yaxşı vasitədir. Bunun üçün aşağıdakı məlhəmi hazırlayın:
Davamı →

Gözlərimizi necə qoruyaq?

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.

Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Vitamin A
Vitamin A, tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı «gecə korluğu»kimi xəstəliyə səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir.

Vitamin C
İdeal görmə qabiliyyəti olan və ya görmə qabiliyyətində problemi olan insanlarda gün ərzində və ya il ərzində qan dövranı ilə bağlı olan təzyiq problemin, görmə qabiliyyətini dəyişə bilir. O üzdən gözü ayrı bir orqan kimi qəbul etmək lazım deyil. Yüksək təzyiq olduqda tor qişanın qan təmini normada olmur, bu isə o deməkdir ki gözlərin vəziyyəti ilk növbədə qan damarlarından asılıdır. Damarların əsas qoruyucusu isə vitamin C -dir. Məhz bu səbəbdən Vitamin C gözlərin sağlamlığı üçün bu qədər önəmlidir. Gündəlik Vitamin C dozasını 1 portağal təmin edir.

Vitamin E
O, güclü antioksidant olub, göz hüceyrələrinin vaxtından əvvəl qocalmasını, tor qişa və qüzehi qişada distrofik dəyişiklərin əmələ gəlmə təhlükəsini azaldır. Bu vitaminin gündəlik qəbulu göz şişinin əmələ gəlməsinin qarşısınə ala bilir. Göz üçün bu qədər xeyirli olan bu vitamini 50-100 qr findiq və ya qozdan əldə edə bilərsiz.
Ardı →