Pomidorun bilinməyən faydası
Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur.
Davamı →