Qidaların psixologiyamıza qəribə təsiri

Sağlam qidalanma hər gün daha çox dəbə düşür. Mağazadan məhsul seçərkən tərkibini diqqətlə oxuyur, bədənimizə hansı faydası olduğunu və hansıların daha çox zərər verəcəyini anlamağa çalışırıq. Ancaq elm sübut edir ki, bəzən məhsulların faydaları və zərərləri ilə bağlı sualları birmənalı şəkildə cavablandırmaq asan deyil, çünki onlar bir çox müxtəlif maddələrdən ibarətdir.

1. Düyü 
Üyüdülmüş düyü qlükoza malekularının qana sürətlə daxil olmasını təmin edən sürətli karbohidratlar ehtiva edir. Odur ki, qanda şəkərin miqdarı qəfil yüksələ bilər, bu isə beyin və sinir sağlamlığına ziyandır.

2. Qızardılmış qardağıdalı 


Davamı →

İdmançıların qidalanması

İnsan maddələr mübadiləsinin nizamlı işləyə bilməsi üçün gün ərzində 50-dən çox qidaya ehtiyac duyar. Bu 50 qida bütün qida qruplarından müəyyən nisbətlərdə olmalıdır. Bu qida qruplarının istehlakının məhdudlaşdırılması, ya da mütəmadi olaraq tək istiqamətli qidalanma sağlamlığa mənfi təsir edir. Xüsusilə, idmanla məşğul olan insanlar hər qida qrupundan ehtiyacı nisbətində istehlak etməyə diqqət göstərməlidir.

İdmançı qidalanmasında məqsəd


Davamı →

Əfsanəvi cərrah xəstəliklərin gizli səbəblərini açdı

Bütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür.
Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının («Məhdudiyyətlər və yüklər rejimi») yaradıcısı ömrü uzatmaq, eyni zamanda aydın düşüncəni qorumaq üçün bir çox üsul təklif edib.
Nikolay Amosov qidalanma sisteminə və fiziki aktivliyə böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, bu iki əsas amil olmadan insan sağlam ola bilməz. Akademik kitablarında açıqladığı nəzəriyyəni öz üzərində sınayıb.
Davamı →

İbn Sinadan sağlamlıq haqqında qiymətli tövsiyələr

Buxara əmiri İbn Sinanı 16 yaşında onu müalicə etməyə dəvət edir. Və o vaxtdan bəri İbn Sina bir çox Şərq hökmdarlarının şəxsi həkimi olub. Təəccüblü deyil ki, müasirləri onu «həkimlərin şahzadəsi» adlandırır. İbn Sina özü tərcümeyi-halında tibbə gedən yolu belə təsvir edirdi: «Tibbi öyrənməyə başlayanda təcrübələrimi xəstələrin müalicə prosesi ilə doldurdum. Müşahidələrim mənə kitablarda tapılmayan bir çox müalicə üsulunu öyrətdi».
İbn Sina özündən sonrakı nəsillərə tibb mövzusunda bir çox kitab miras qoyub. Onun «Tibb Qanunu» əsəri müqəddəs kitablardan sonra ikinci ən çox nəşr edilən dərslik olub və 600 il ərzində həkimlərə xidmət edib. İbn Sinanın 1000 il əvvəl yazılmış sağlam həyat tərzinə dair tövsiyələri 21-ci əsrdə də aktualdır.
Orta əsr mütəfəkkiri, həkim Əbu Əli ibn Sinanın sağlamlıq haqqında söylədiyi bəzi sitatları ilə tanış edir.
Davamı →

Bu ağrılar zamanı masaj etmək olmaz

Çiyinlərdə, boyunda, kürəkdə ağrılar varsa, çoxları ağrını azaltmaq üçün masaj edir. Çiyin ağrıları zamanı edilən masaj vəziyyəti yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırır.

Ortoped, professor Mehmet Kerem Canbora bildirib ki, çiyin ağrıları uzun müddət hərəkət etmək, ağırlıq qaldırma, çoxlu ev işləri görmə, travmalar nəticəsində yarana bilər. Ağrı onsuz da əzələnin dartılması, gərilməsi nəticəsində ortaya çıxır, masajla, yanlış bir hərəkətlə vəziyyət daha da pisləşə bilər. Çiyini masaj etmək ağrını azaltmır, əksinə artır.
Davamı →

Orqanizminizin siqnal verdiyini göstərən 7 işarə

Bədən çox mükəmməl qurulmuş bir mexanizmdir. Səhhətimizdə problemlər yarandığı zaman bədən müəyyən siqnallar ötürməyə başlayır.

1. Yuxusuzluq, aqressiya və ayaq ağrıları
Bu əlamətlər o deməkdir ki, orqanizmin maqnezium və kaliuma ehtiyacı var. Həyatı faktorları yeniləmək üçün gündəlik rasionunuza pomidor, portağal, banan və ispanaq əlavə edin.

2. Quru dəri
Dərinin quruluğu E vitamini çatışmazlığını göstərir. Odur ki, daha çox tərəvəz, yağ, fındıq və balıq yeyin.
Davamı →

Sərin otaqda yatmağın 5 faydası

Axşam insanın yatdığı otağın temperaturu onun orqanizminə təsir edir. Çox insan elə düşünür ki, yatanda nə qədər isti olsa, bir o qədər yaxşıdır. Mənə soyuq olar, xəstələnərəm düşünənlərə bəd xəbər var: isti yataq otağında yatan insanlar daha tez qocalır.

1. Diabet olma riskin azalır
Əgər normal otaq hərarətini yataq otağında 2-3 dərəcə aşağı etsən, bədənin və ruhun sənə təşəkkür edəcək. Maddələr mübadiləsi ilə bağlı ən kəskin xəstəlik olan diabet də səndən yan qaçacaq.

Etibarlı elmi tədqiqatlar sübut edib ki, soyuq otaqda yatan insanlarda piy və kalori əriməsi daha yaxşı gedir, maddələr mübadiləsi daha yaxşı işləyirdi.
Davamı →

Bal istehlakında 5 səhv

Bal olduqca faydalı və müalicəvi məhsuldur. Balın güclü iltihab, virus və mikrob əleyinə təsiri var. Lakin baldan fayda almaq üçün onu düzgün istehlak etmək lazımdır.

1. Balı acqarına yemək olmaz. Bu mədəni qıcıqlandırır, insulinin kəskin şəkildə qalxmasına səbəb olur.

2. Balı digər məhsullarla qarışdırmaq, sıyıq, kəsmik və s. qidalara əlavə etmək olmaz. Balı digər məhsullardan ayrı yemək lazımdır.

3. Balı qaşıqla deyil, suda həll edib qəbul etmək ən faydalı sayılır.

4. Gün ərzində çox bal yemək olmaz, 2-3 çay qaşığı kifayətdir.

5. Balı qızdırmaq, qaynar suya salmaq olmaz. Bu halda bal orqanizmə toksin kimi təsir edir.
Davamı →

Əti nə ilə yemək lazımdır ki, daha faydalı olsun?

Ət insan orqanizmi üçün ən faydalı və vacib qida məhsullarından biridir. Ət dedikdə həmçinin quş əti və balıq də nəzərdə tutulur.

Ət aminturşuları, zülallar, dəmir və s. bu kimi orqanizm üçün əvəzolunmaz maddələri ilə zəngindir. Lakin nəzərə almaq lazımdır ki, ətlə birlikdə qəbul edilən bəzi qidalar və içkilər bu faydalı maddələrin mənimsənilməsini azalda, digərləri isə əksinə artıra bilər. 

Belə ki, ətlə birlikdə süd məhsullarını (qatıq və s.) qəbul etmək olmaz. Süd məhsullarının tərkibində olan kalsium və fosfor dəmirin mənimsənilməsi prosesini pozur.
Davamı →