Tükənmişlik ədəbiyyatı

1967-ci ildə avanqardizmlə bağlı qarışıq hisslərimi bu essedə qaydasına saldım. Bu esse ilk dəfə “Virciniya Universiteti”ndə “Peter Ruşton Seminarları”ndakı mühazirədə oxunub, sonradan “Atlantik” jurnalında çap edilib. Onu dəfələrlə çap ediblər, “Romanın ölümü” və ya “Ədəbiyyatın qu quşu nəğməsi” kimi dəfələrlə səhv başa düşüblər. Yox, belə deyil. Onu yenidən oxuyarkən daxilindən göz yaşardıcı qazın iyini duyuram. Sətirlər arasında nümayişlərin dağıdılmasının əks-sədasını eşidirəm. Bu essedə indi məni çox narazı salan şarlatanlıq və fırıldaqçılıqla bağlı qalın qeydlər var. Amma arqumentlərimin arxasında indi də dayanıram: sənətkarlıq yaxşı şeydir, sənətkarların dünya və öz sənətləri haqqında hiss etdikləri o qədər də vacib deyil. Vacib olan onların bu hisslərlə nə etdikləridir.

Davamı →

Mirzə Ələkbər Sabir və uşaq ədəbiyyatı

Mirzə Ələkbər Sabir yalnız böyük satirik deyildir, həm də uşaq ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biridir. «Beynəlmiləl» kimi son dərəcə ciddi şeiri yazan qələmdən incə ruhlu uşaq şeirləri də çıxmışdır. O, məktəbdarlıqla yanaşı, «Dəbistan» və «Rəhbər» jurnallarında, «Birinci il», "İkinci il", «Yeni məktəb» dərsliklərində, həmçinin «Səda», «Həqiqət», «Günəş» və s. qəzetlərdə əsərləri ilə daim iştirak etmiş, «Yaz günləri», «Uşaq və buz», «Qarınca», «Cütçü», «Molla Nəsrəddinin yorğanı», "Əskik alıb, artıq satan tacir", «Yalançı çoban», «Uşaqlara», «Analar bəzəyi» kimi şeir və mənzum nağılları, həmçinin İ. Krılovdan tərcümə etdiyi «Qarğa  və  Tülkü» təmsilini qələmə almışdır.

Davamı →

Satirik hekayə - O dünyaya imtahan

“…Hörmətli tamaşaçılar, bir elanı nəzərinizə çatdırırıq: Yaşı 75-i ötmüş şəxs­lərin nəzəri­nə… Əgər hə­yatınızın heç olmasa bu son çağlarını rahat yaşamaq və siz dünya­dan köçəndən sonra, yaxınlarınızın əziyyət çəkməməsini və ən azından sizə “rəhmət” oxumasını istəyirsi­nizsə, bizə müraciət edib, üç aydan bir keçirilən imtahanlarımız­dan birində iştirak et­məyiniz kifayət­dir. İm­ta­hanın şərtləri çox sa­dədir. Buyurun, gəlin! İmtahanın vaxtı…”

Televiziyada qəfildən bu elan yayımlananda, Qafar kişi namazını yenicə qılıb, otağın kün­cündəki qol­tuqda otu­raraq, dörd yaşlı nəticəsi Nihata alma soyurdu… Elan kişinin diqqətini o qə­dər cəlb elə­di ki, bir də­qiqə sonra o, artıq şəxsiyyət vəsiqəsini axtarmaqla məşğul idi. Yazıq kişi ya­şının neçə olduğunu da unut­muşdu.


Davamı →

Üzeyir Hacıbəyov - Evlənmək məsələsi

Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir.
Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir.
O iş, at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.

Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan.
Davamı →

Gəlin stressimizdən başqa xalqlara da verək, adam simic olmaz

Çox adama məlumdur ki, Skandinaviya ölkələrində həyat şəraiti çox yüksəkdir və orada yaşayan əhali demək olar ki, ehtiyacın nə olduğunu bilmədən, firavan həyat sürür. Statistikaya görə İsveç, Norveç, Danimarka dövlətləri sosial təminat və qayda-qanun baxımından yaşamaq üçün ən əlverişli ölkələr sırasında birincilərdən hesab olunurlar. Bir başqa statistikaya görə isə, dünyada ən çox mənasız intihar halları elə bu ölkələrdə olur. Araşdırmalara görə bu ölkələrdə intihar edənlərin əksəriyyəti, özlərini stressiz həyat yaşadıqlarına görə öldürüblər. Yəni cəmiyyətləri o qədər ideallaşıb ki, insanların həyatında stress, əsəbiləşmək demək olar ki, yox olub. Hüquq və azadlıqlarının tam qorunması şəraitində stressiz, sosial problemləri çözülmüş vətəndaşlar nəticədə heç bir stimul tapmayaraq, özlərinə qapılırlar, ani bir inciklik, adi bir narahatlıqdan depressiyaya düşərək özlərini öldürürlər.


Ardı →

Atalar sözləri (C.Məmmədquluzadədən)

Fikirləşirəm ki, Azərbaycan tarixi boyu neçə böyük şəxsiyyətlər gəlib keçmişdir… Heyif ki artıq uzun müddətdir ədəbiyyatımız belə kəsərli sözlü şəxsiyyət görmür daha… Maraqlı olacağını düşünürəm
 
  1. Atı atın yanına bağlasan- xan görüb deyər, Birini bağışla mənə.
  2. Ata malı olan yerdə özün qazandığın haramdır.

  3. Adamın ölümü bikarların bayramıdır.
  4. Ata və arvada etibar etmə — hər ikisini qat tövləyə və qapısını bağla.
  5. Ac toyuq yuxusunda plov görər.
  6. Açıq kağız ac qalmaz – küçələrimizin tozuna Allah bərəkət versin.

Davamı →

Üzeyir Hacıbəyov : Biz necə iş görürük?

Biz necә iş görürük?
Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq.
O şey nədir?
O şey nәrdivandır!
Necә yәni nәrdivan? Nәrdivan nәdir?
Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar.
Bu belә. Bundan başqa, bir dә biz һәmişә başımızdan yekә iş görürük.
Amma bunun sәbәbi var. Sәbәbi dә budur.
Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qoşunlarımız fil boyda iş görmәyә başladılar.
Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә.
Axırı nә oldu?
Axırı belә oldu:
Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә dəvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq. Başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq, deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir?
Çamışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (һalbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi...
Biz belə iş görürük.

“Tərəqqi”, 1908


Davamı →

Ucuz Fəhlə

Səhər yenicə açılmışdı. İri bir fabrikin sahibi kabinetində oturub qəhvə içməklə məşğul idi. Birdən qapı zərblə açıldı və qəribə görkəmli bir nəfər içəri daxil oldu. O, işsizlik əlaməti olan nimdaş papağını əlində tutmuş halda fabrik sahibinə müraciətlə dedi:
— Bəy əfəndi, mən iş axtarıram.

Sahib başını qaldırmadan aşağıdan yuxarı onu nəzərdən keçirdi:
— Hansı işi bacarırsan?
— Mən peşə məktəbində təhsil almışam. Birinci dərəcəli çilingərəm.
— Bizə tornaçı lazımdır.
— Mən Almaniyada zavodda beş il tornaçı işləmişəm. Hələ müsbət xasiyyətnamə də veriblər.
— Ancaq bizə ilk nöbədə modelçi gərəkdir.
— Mən birinci dərəcəli modelçiyəm.
Ardı →

Usta Zeynal

Mirzə Cəlilin "Usta Zeynal" hekayəsinin məzmunu, süjeti orta məktəbi sovet hökuməti zamanında bitirənlərə yaxşı məlumdur. Yazının təyinatını göstərmək üçün hekayənin süjetini qısa yazmaq fikrindəyəm. Deməli, bir erməninin oğlu Moskvada universiteti bitirib, evlərinə qayıdır. Atası oğlunun gəlişi münasibətilə istəyir evə bir az əl gəzdirsin. Oğlunun yazması, oxuması, işləməsi üçün ayrıca otaq, yazı masası düzəltmək istəyir. Diqqət edin, erməninin övladı Moskvada universitet təhsili alıb evə dönür, ata isə oğlunun oxuması, yazması, işləməsi üçün şərait yaradır. Beləcə, erməni axtarıb-arayıb Usta Zeynalı tapır. Usta Zeynal gəlir erməninin evinə. Bəli, bu Zeynal adlı usta iş görməkdən savayı hər şeyi edir. Namaz qılır, siqaret çəkir, ziyarətə getməyin savablarından danışır. Hətta istifadə edəcəyi su qabını da öz evindən gətirir. Çünki bir müsəlman kimi kafirin istifadə etdiyi qaba toxunmaq istəmir.
Davamı →