Qadının enerji və güc mərkəzləri

Qadın gücünün ilk mənbəyi sakral qadın mərkəzi bölgəsində — uşaqlığında (Svadhishthana adlanan çakrada) yerləşir. Qadınların seksual enerji mənbəyi buradadır. Bu mənbə açıq olanda qadının həyat eşqi, həyat gücü və gözəlliyi işıq saçır, o, inanılmaz dərəcədə cəzbedici və heyranedici görünür.

O, özünü sevir, hörmət edir, özünə inanır, öz məziyyətlərini görür, öz ləyaqətini hiss edir və özünü təzə açmış çiçək kimi qoruyur. O, başqa insanları sevir və hörmət edir. O, həyatın hər anından zövq almağı bacarır. Belə qadınların enerjisi kişiləri həmişə özünə çəkir.

Bu mərkəzdə pozuntular qadınların bir çox komplekslərinin olmasına gətirib çıxarır: o, incikdir, hər şeydən şübhələnir, menstruasiya və reproduktiv orqanlarda problemlər yaranır, kişiləri qəbul etmir, seksdən həzz almır, enerji toplaya və onu qoruya bilmir, özünü hər an yorğun və tükənmiş hiss edir, özünə qulluq etmir, öz bədənini qəbul etmir və s.
Davamı →

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.


Ardı →

Seksual IQ

Avropa Cinsəl Tib Dərnəyininin Londondaki konqresində məhşur qadın seksoloq Dr. Carmita Abdo, kişilərin cinsəl təmin və xoşbəxtliyini ölçən 10 suallıq cinsəl İQ testi təqdim etdi.
Dr. Abdo-nın hazırladığı testdə cinsəl həyatın və seksin keyfiyyətini ölçmək üçün beynalxalq standartlar nəzərə alınır.
Ardı →

Seksual mədəniyyət, harmoniya, münasibətlərin psixologiyası

Akademik A.A. Boqomoltsev yazmışdır ki, istəyi qorumaq gərəkdir; o, yaradıcılıqda, məhəbbətdə, uzunömürlülükdə yenilməz stimuldur. Bunun üçün kişilər ilk növbədə cinsi funksiyanı qorumağı bacarmalıdır; belə ki, fiziki əmək və mədəniyyətlə, idmanla məşğul olmalıdır. Akademik N. F. Qamaleya göstərmişdir ki, uzun müddətli cinsi funksiyanı saxlamaq üçün cinsi istəyi daima gözləmək vacib şərtdir. Deməli, sağlamlıq intim həyatdan ayrılmazdır. Bu mənada seks ər-arvad arasındakı məhəbbəti və harmoniyanı qoruyur, inkişaf etdirir. Biz onda itiririk ki, qadınla kişinin bir-birini baş düşməsində seksin yaratdığı harmoniyanı adamlardan gizlədirik. Qadın və kişi bilmədir ki, seks — təkcə bioloji tələbat olmayıb, həzz mənbəyidir. Hər iki partnyor bir-birinin seksual tələbatını bilməli və mənimsəməlidir. Məhz belə məqamlarda intim münasibət harmonik mühit yaradır və sevinc, həzz mənbəyinə çevrilir. Seksin yalnız fiziki mənada uzunömürlülükdə rolunu dar çərçivədə təsəvvür eləməməliyik. Əgər cavan nişanlılar evlənməkdən qabaq seks haqqında aydın və müəyyən təsəvvürə, biliyə yiyələnmirsə, sonralar ayrılmaq təhlükəsi uzaq olmaz. Belə ki, cinsin əks xüsusiyyətlərini mənimsəməli, seksin anatomik və fizioloji cəhətlərindən baş çıxarmalıdır. Seksin uzunömürlülük yollarında bir faktor olması qədim çin fəlsəfəsi təlimdə — daoizimdə də geniş əksini tapmışdır.
Ardı →

Erotik çalarlar

  • Sevgi
Bu,heç də göydəndüşmə deyil və münasibətlər psixologiyasının şah damarıdır. Ona görə ki, məhəbbətin ilkin qığılcımları alışana qədər müəyyən cinsi həvəs əlamətləri özünü büruzə verməlidir. Bir az açıqlasaq, intim yaxınlıq məhəbbətin apogeyidir — desək yanılmarıq və ər-arvad (bu, sonrakı mərhələdir) bağlılığının əsasında durur. Yeniyetmələrdə isə erotik fantaziya özünü o vaxt diktə eləyir, onlar artıq diqqət mərkəzindədir, yaxud buna cəhd göstərir, ətrafı duyur, fikrən həyat çalarlarını təsəvvürlərində canlandırırlar. Bu isə zəruri və normal haldır. Maraqlıdır, bu dövrdən də irəli getmək lazım gəlir. Necə deyərlər, ilk məhəbbət əlamətləri (əlbəttə, bəsit formada, qeyri-şüurlu) bağça yaşlarında özünü göstərir və xüsusilə, oğlan uşağı intuitivcəsinə düzgün hərəkətdə bulunur: xoşuna gələn qıza oyuncaq gətirir, naharda almasından pay verir, ikilikdə həyətdə oynamağı təklif eləyir və sairə. 12-13 yaşlarında bu cür məhəbbət erotik çalar doğurur, məhəbbətin obyektinə (predmetinə) yaxınlaşmaq əlamətinə çevrilir. 5-6-cı siniflərdə qızlar və oğlanlar bir-biriylə şıltaqlıq eləyir, dəftərlərini götürüb vərəqlərini cırır, saçlarının rənginə «sataşır» və beləliklə, onlarda oyanma başlayır, əməlli-başlı gizlin yazışmalar gəzib-dolaşır ciblərdə, kitablar arasında. Xarakteriki odur ki, bu yaşlarda onlar məhəbbəti az-çox anlasalar da, utanırlar, həm valideynlərindən, həm də məktəbdən…
Davamı →