heç ağlamazdım

Gözlədim səni həsrətlə hər gün,
Sənsə kibrit tək alışıb söndün,
Sonradan nə oldu əhddən mi döndün?
Mən belə bilsəydim heç ağlamazdım.

Ardı

Sevgin

Sevgin ürəyimdə qərib düşübdür,

Yurdu talanıbdır yuvası uçub.

Gecələr sığınıb ümid payına

Dərin baxışında yuxu da susub.

***

Zaman çox yarama bil sığal çəkib,

Amma dərinlikdə nə çox qəm-kədər.

Nə çox iztirab var, nələr bilmirəm

Bəlkə ürək yatır bir ümman qədər.

Ardı

Səni tanıdıqca

Sevgi çağladıqca gur ümman kimi,

Əlçatmaz olursan kahkəşan kimi,

Bəzən də külək tək soyuq əsirsən,

Səni tanıdıqca sən mənə sirsən,

Sirlər açıldıqca sən yenə sirsən!

Ardı

Sarılarımı Silmə

Sarıya boyuyaram dünyamı, dünya sarı saçlı
Yaxamı buraxmır sənsizliyin ağrısı
Bir bakı günü, bir sənsizlik həftəsi
Sarı saçlarından özümü asmaq kimi
Soyuq qışda, qurbətdə qalmaq kimi,
Olmamağın, bu yoxluq, bu sonsuzluq
Yarımçıq cümlələrin, əllərin
Addımların səkilərdə, səkilər məzarım kimi



Ardı

Sənin üçün.

Heç bilmədiyim görmədiyim bir şəhər kimi idin sən… Ürkərək ayaq basmıştım ürəyinə içində itməkdən qorxmuşdum əvvəl… Var gücümlə geri dönüb hər şeydən və hər kəsdən qaçmaq istəmişdim… O ilk anda tutmasaydın əlimi yox ola bilərdim və mən özüm belə tapa bilməzdim özümü bir daha… Yenidən birini sevmək və tanımağa çalışmaq elə çətin idi ki keçmişi unutmaq belə mümkün deyildi, nə çox insan gəlib keçir ömrümüzdən kimisi bir an belə qalmır yanımızda… O qədər yoldan, o qədər yağışdan, təklikdən və o qədər insandan sonra gözlərimi bağlayıb düşündüyümdə yalnız sənin üzün meydana çıxır, qarşımda bütün insanlar şəxsiyyətlərini itirir mənim üçün hər səhər dünya səninlə yenidən qurulur… Yalnız sənin iqlimində üşümür ürəyim… Bir şəhərin küçələrini kəşf edərkən aldığım həzzi alıram səni tanıdıqca… Bir şəhər deyib haqsızlıq etmemeliyim bəlkə də çünki səni ancaq Bakının gecələriylə müqayisə edə bilərəm… Bundan başqa heç bir şəhər heç bi mahnı heç bir kitab və heç bi xoşbəxtlik mənim olmanın yerini tuta bilməz.. 

04:10 08.04.2012

Həqiqi məhəbbət




Bir -birindən küsən iki dostdan biri aradan uzun zaman keçəndən sonra digərinin qapısını döyür. 
İçəridəki: — kimdir? -deyə səslənir.
Qapının ardından səs gəlir:                                                                                      

Ardı

Sən getdin - Afaq Şıxlı

Sən getdin… sənsizlik mənimlə qaldı,
Üzsüz qonaq kimi getmək bilmədi.
Sən getdin… könlümü qüssə-qəm aldı,
Günlər aya döndü, ötmək bilmədi...


Sən getdin… dəyişdi fəsillər bir-bir,
Guya, bu yoxluğa alışdım mən də.
Silib xəyalları sətirbəsətir,
Ayaqda qalmağa çalışdım mən də.


Sən getdin… kölgənə dönüm, istədim,
Sən keçən yolları keçə bilməyə.
Bitib-tükənməyən dözüm istədim,
Qəmi damla-damla içə bilməyə.


Sən getdin… köksümdə bir eşq yarası,
Mənə yoldaş oldu elə o gündən.
Qarışdı hər şeyin rəngi, sırası...
Küsdüm səni alan kəm taleyimdən.


Sən getdin… ölmədim, yaşadım, niyə?
Yaşadım lal olan nəğməkar kimi...
Eşqini könlümdə daşıdım, niyə? -
Sanki həyatımda hələ var kimi...


Sən getdin… əlimdən, söylə, nə gəlir?
Guya, bu yoxluğa alışdım mən də...
Amma ki, hər dəfə qəlbim titrəyir
Səsinə bənzəyən səs eşidəndə...