Diqqət fahişələri

Attention whore – Bu termini yəqin ki, eşitmisiniz. Eşitməyənlər üçün deyək: hərfi tərcümədə “diqqət fahişəliyi” kimi çıxır, psixoloji vəziyyətin populyar, çox yayılmış adıdır. Ruslar bu sözü belə ifadə edir: “вниманьетутка”. Türkiyədə isə buna “ilgi manyaklığı” deyilir.
Özünü necə, hansı yolla olur-olsun, istəklə, zorla diqqət mərkəzində görmək istəyən şəxslər bu “xəstəliyə” yoluxanlardır. Onlar ya öz istedadları ilə, ya bədənlərini nümayiş etdirməklə, yaxud da diqqət çəkəcək hər nə varsa, onu göstərməyə və ətrafındakılara, başqalarına, hətta dünyaya “məni izləyin” mesajını verməyə çalışırlar. Sanki hər “diqqət fahişəsi” qışqıra-qışqıra deyir:

Davamı →

Sevgisizlik

  • Sevgi
Müdriklərdən birinin kəlamlarından oxuyuruq: «Sevgidə günəş kimi ol»...
Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər.

Uşaq kitablarından oxuyuruq: «Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, Yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar».
Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət.
Davamı →

Rusiyanın mənəvi çöküşünü göstərən film | Sevgisizlik

  • Kino
Qarabağ müharibəsi zamanı gənc qadın erməni silahlılarına əsir düşür. Hər gün zorlanmaya məruz qalır. 
Beynəlxalq təşkilatın köməyi ilə əsirlikdən azad olunanda onu qarşılamağa əri gəlir. Taqətsiz qadını əri qucağına alır. O, utandığından üzünü ərinin sinəsində gizlədərək “bağışla” deyə pıçıldayır. Kişi isə onu əzizləyib, nəvazişlə: “Sənin günahın yoxdu”, — deyir.
Bu əhvalatın sonradan necə inkişaf elədiyini, necə bitdiyini bilmirəm. Hər halda nikbin sonlandığına inanmağı çox istəyirəm.

Hərçənd, o vacib anda önəmlisi kişinin qadına sevgisini göstərə bilməsidir. Həmin situasiyada kişinin sevgisi toplumun anladığı dar çevrədən çıxır, bəşəri, böyük mənalar daşıyır: şəfqət, anlayış, mərhəmət, sayğı...

Kişi davranışıyla həm də onun içindəki qadını diriltməyə çalışır. Çünki bir qadının qadın, bir kişinin kişi kimi psixoloji, mənəvi ölməsinə ancaq SEVGİSİZLİK səbəb ola bilər. Və sevgisizlik cəmiyyətin bütün qatlarına, münasibətlər sisteminə təsir göstərəcək.
Davamı →

Sevgisizlik xəstəliyinə tutulmuşuq…

Hər gün yolda, iş yerində, televizorda, internetdə rast gəldiyimiz bir çox insanın üzündə gördüyümüz donuq, mənasız, boş, hüzünlü və davakar üz ifadəsinin ardında sevgisizlik ruhu gizlənmişdir. Sevgisizlik əvvəl insanın qəlbində bir tənhalıq arzusu, hüzursuzluq, bikefliklə özünü göstərir, sonra da stres, depressiya, laqeydlik, qısqanclıq və nəhayət kin, nifrət, qəzəb, aqressivliyə qədər gedib çatan bir xəstəliyə çevrilir. Qəlbi bu xəstəliyə tutulmuş insanların bəziləri “inteligent”, millətə üstdən aşağı baxan, çox bilmiş, lovğa-lovğa danışan, heç kimi bəyənməyən, heç kimi sevməyən, hər kəsə ağıl verən insanlardır. Belə düşünək: bu insanların bir gözəlliyi təriflədiyinə, bir yaxşlığı təqdir etdiyinə, bir insana hörmət göstərib könül aldığına, gözəl sevgi cümlələri istifadə etməsinə rast gəlmək mümkün deyil. Ruhları təkəbbürdən, eqoizmdən bərkimişdir. Amma həmin insanlar qəzəbə, nifrətə, kinə gələndə özlərini bu hisslərə ən yüksək səviyyədə qapdırırlar.


Ardı →