Böyrəklər üçün təhlükəli məhsullar

ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib. Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

Alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir.
Davamı →

Süzənək yaxud triplit

Cinsi yolla yoluxan və ən çox yayılan xəstəliklərdən (cyyx) biri də qonoreyadır. Bir sıra hallarda xəstə anadan doğuş zamanı dölə, xəstə insanın çirklənmiş hamam-tualet dəsti, paltarları, tibbi alətlər vasitəsilə də sağlam insanlara yoluxan bu xəstəlik çox müxtəlif adlarla (süzənək yaxud triplit) tanınır. Geniş sürətlə yayılması və kifayət qədər ciddi fəsadlara yol açması ilə kişi və qadın sonsuzluğunun səbəbləri arasında çox böyük çəkiyə malikdir. Qonoreyanın törədicisi neysseriya qonorreya adlanan bakteriyadır.

Qonoreyaya daha çox kim yoluxur?
Risk qrupuna reproduktiv yaşda olan tez-tez cinsi partnyorunu dəyişən, daha çox tüfeyli, əxlaqsız həyat tərzi keçirən aktiv cinsi həyat yaşayan savadsız insanlar- fahişələr, narkomanlar, cinsi gigiyenaya əməl etməyən insanlar daxildir. İnfeksiya mənbəyi əksər hallarda özündə xəstəliyin əlamətlərini hiss etməyən və qonoreya xəstəsi olduğunu bilmədən sağlam insanlarla cinsi əlaqədə olanlardır.
Davamı →