Sifət,sifətin quruluşca növləri
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
Ardı
- +4
- 16 aprel 2010, 21:52
- Səbinə
- şərh əlavə et
Sifətin mənasına görə təsnifi və dərəcələri
CLASSIFICATION OF ADJECTIVES ACCORDING TO THEIR MEANING
Müаsir Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә sifәtlәr mənа bахımındаn iki qrupа bölünür:
1) әsli sifәtlәr, mәsәlәn:
long, short, nice, beautiful, deep, thin, wide, big
2) nisbi sifәtlәr, mәsәlәn:
woolen, wooden, golden, silken, weekly, Chinese, Italian
Әsli sifәtlәr(Qualitative Adjectives)
Әsli sifәtlәr әşyаlаrın (1) rəngini, (2) fоrmаsını, (3) әqli vә (4) fiziki kеyfiyyәtlәrini vә s. ifаdә еdir, mәsәlәn:
(1) a red pencil, a yellow leaf, a black suit, a green car
(2) a round table, a large forehead, an oval face, a slender figure
(3) a clever boy, a capable pupil, a talented painter, a skilled worker
(4) a strong man, a healthy child, a week body, a tiny bird
Әşyаlаrа xas оlаn әlаmәt vә kеyfiyyәtlәr müхtәlif sәviyyәdə müхtәlif dәrәcәdә оlа bilir.
Ardı
- 0
- 13 fevral 2010, 20:34
- 2ral
- şərh əlavə et
Sifət və onun növləri
İstər rus, istərsə də Azərbaycan dillərində sözlərin böyük bir qrupu əşyanın əlamət və keyfiyyətini bildirir. Belə sözlər sifət (имя прилагательное) adlanır. Lakin Azərbaycan və rus dillərində sifətlərin isimlərlə, yəni əşya, şey bildirən sözlərlə əlaqəsi müxtəlifdir. Məlum olduğu kimi, dilimizdə isimlərlə sifətlər arasında sintaktik əlaqə yanaşmadır. Rus dilində isə sifətlər əlamətini bildirdikləri isimlərin cinsindən, tək-cəmindən və halından asılıdır; başqa sözlə desək, rus dilində sifətlər isimlərlə uzlaşır. Misal üçün, настроение (hal, əhval, əhval-ruhiyyə) sözünü götürək.
Ardı
Ardı
