Morris sindromu

Tam testikulyar feminizasiya sindromunu – ilk dəfə 1953-cü ildə amerikan ginekoloq Con Morris tərəfindən təsbit olunub. Məhz o illərdə böyüdükcə özünü oğlan və qız kimi hiss edən uşaqların əslində bu pozulmadan əziyyət çəkdiyi sübut olunub.

Elə uşaqlar var ki, doğulanda bir sıra anomaliya və xəstəliklərlə doğulsalar da, ilk başda bunu valideyn və mamaça təyin edə bilmir, ona görə onları yanlış cins kimi qeydə alıb, elə adlandırır, elə böyüdürlər.

Uşağın dəqiq olaraq tam hansı cinsə mənsub olmasının müəyyənləşməsinin səbəbləri həm kişi, həm qadın cinsinin əlamətlərinin olmasıdır.

Sindromun kökü, səbəbi genetik, irsi amillərə gedir. Andogenlər reseptoru zədələnir, bu gen qısa X xromosomlarda yerləşir. Hələ ana bətnində ikən embrionda qarın boşluğunda yumurtalar formalaşır, amma genetik olaraq o, oğlandır.

Yumurtalar testosteron hormonu sintez etsə də, androgen reseptorların genetic defekti nəticəsində bu kişi hormonuna qarşı həssaslıq yaranmır.


Davamı →

Pika sindromu nədir?

Bəzən uşaqlar çox qəribə davranışlar sərgiləyirlər. Məsələn gil, torpaq, əhəng, şüşə və bu kimi bəzi maddələri özlərinə qida olaraq seçirlər. Amma adətən valideynlər uşaqlara bu cür davranışlar sərgiləyən zaman sərt formada reaksiya verir, bunun səbəbini araşdırmadan uşağı danlayırlar. 
Bəs heç maraqlanmısınızmı nəyə görə uşaqlar bu maddələri yeməyə ehtiyac duyur ? 

Pika sindromu (yad maddələr yemək vərdişi) adlanan bu pozuntu bəzən orqanizmdə vitamin çatışmazlığı, bəzən də psixoloji problemlərdən qaynaqlanır. Bununla belə, nevroloji şikayətlər də pika sindromunun səbəbləri arasındadır.


Davamı →

Danninq Krüger sindromu

«Cahillik xoşbəxtlikdir» deyimi çox tənqid edilir, — ki tənqid olunması son dərəcə doğrudur — lakin elmi olaraq yaxşı hiss etməyi təmin edə bildiyi və yersiz bir özünə inama səbəb olduğu iki elm adamı tərəfindən son dərəcə gözəl açıqlanmışdı.


Danninq və Krüger fizioloji və psixi sahədə etdikləri müxtəlif təcrübələrin nəticəsində  4 nəticəyə gəlirlər:
1. Öz bacarıqlarını həddindən artıq şişirdirlər;
2. Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər;
3. Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər;
4. Təlimlərdən sonra sahib olduqları səriştəsizlklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar.
Davamı →

Stendal sindromu

«Stendal sindromu»na oxşar iki sindrom mövcuddur: Paris və Yerusəlim sindromları. «Paris sindromu»ndan ilk dəfə yaponlar əziyyət çəkib. Gündoğar ölkənin turistləri Parisdə çirkli küçə və məhəllələr görən kimi sindroma yoluxublar. Bura səyahət etməzdən əvvəl onlara elə gəlib ki, Paris başdan-başa təmizlik içindədir. Lakin acınacaqlı mənzərə görəndə dəhşətə gəliblər. Bu da sindrom yaradıb: «Paris sindromu». «Yerusəlim sindromu» isə çox qəribə psixoloji xəstəlikdir. Qüdsə ziyarətə gələnlərin bəzilərinin qəlbini qəribə fikirlər çuğlayır. Ziyarətçiyə elə gəlir ki, onda İlahi qüvvə var. Üçüncü isə «Stendal sindromu» adlanır. Tibbi elmdə bu sindrom ətrafında müxtəlif mübahisələr mövcuddur. Həkimlər ümumi səbəbləri axtarıb tapıblar. Həmin səbəblər adıçəkilən sindromun güclənməsi ilə nəticələnir.

1. İnsan uzun müddət səfərə çıxmaq istəyini özünə təlqin edir.
2. Səfərin individual xarakteri.
Davamı →

2 yaş sindromu

2 yaş sindromu adətən 18-36 ay aralığında yaşanır. Bu dövrdə uşaqlarda danışıq irəliləyir, dünyanı kəşf etmək marağı çoxalır, söz və cümlə ehtiyatları artır, özgüvənləri ən üst səviyyəyə çatır, müstəqil şəkildə davranmaq, valideynlərdən asılı olmaq istəməmək, istəklərini yeritmək və s. davranışlar qabarıq formada özünü büruzə verir. Nəticədə əvvəllər uşağınızda görmədiyiniz xeyli dəyişikliklər müşahidə edilir. 2 yaş sindromunda bu cür sürətli dəyişikliklərin olmasının ən başlıca səbəbi körpəlikdən uşaqlığa keçiddir. Bütün uşaqlı ailələr bu vəziyyəti az və ya çox dərəcə yaşayır. Bir çox uşaq isə bu müddəti olduqca çətin keçirdir.

Bu sindromu yaşayan uşaqlarda müşahidə edilən davranışlar: Tərslik, neqativlik, eqoistlik, bacarıqlarında sürətli irəliləyiş, yeni kəşflər etmək istəyi, özünü xüsusi bir fərd kimi görmə, «mən»ini ortaya qoyma, anadan uzaqlaşma, duyğu və istəklərini qabarıq şəkildə göstərmə, «xeyr» deməyi və etiraz etməyi öyrənmə və s. Bu dəyişikliklər onun fərd və şəxsiyyət kimi formalaşmasına atılmış addımlardır. Bu müddəti psixoloji cəhətdən zədəsiz aşması çox vacibdir.
Davamı →

“Filankəsin balası” sindromu

Yeniyetməlik dövrünə qədər bu kəlmənin yalnız və yalnız öz valideynlərimə məxsus olduğunu və ancaq onların işlətdiyini düşünürdüm. Sonralar dostlarımın da, çevrəmdəki həmyaşıdlarımın da öz ailələrində həmin sözlərin təzyiqinə məruz qaldıqlarını gördüm. Ona görə də bu «filankəsin balası” deyiminə „filankəsin balası” sindromu adını versək lap yerinə düşər. Daha sonralar isə valideynlərim bu sindromun tarixi haqqında mənə açıqlama verdilər. Özlərinin də “filankəsin balası” sindromunun təsiri altında altında böyüdüklərini etiraf etdilər.

Belə nəticəyə gəldim ki valideynlərimiz babalarımızdan, babalarımız ulu babalarımızdan, ulu babalarımız azıx babalarımızdan, azıx babalarımız da başıbatmış babalarımızdan bu sözləri eşidə-eşidə gəlmişlər. Bu cəhətdən ancaq Habil ilə Qabilin bəxti gətirmişdi. Çünki, zavvalı Adəm və Həvvanın gözlərinə öz ailələrindən savayı, başqa bir ailə dəymirdi ki, onlar da həmin ailənin övladlarını „filankəsin balası” sözləri altında Habil ilə Qabilə nümuna göstərsinlər.
Davamı →

Kapqras sindromu

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır.

Əlamətləri
Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar, əşyalar və ya heyvanlara qarşı yadlaşma hissi keçirirlər. İnsanları tanımaqda çətinlik çəkirlər, başqalarının keçirdiyi emosional vəziyyəti doğru anlaya bilmirlər. Xatırlaya bilmədikləri insanlardan uzaqlaşmağa, onlarla ünsiyyəti kəsməyə çalışırlar. Həmin insanların zərər verə biləcəyini, öz mənfəəti üçün münasibət qurduqlarını düşünürlər. Daha ağır situasiyalarda onları saxtakar kimi düşünürlər və aqressiv olurlar, hətta bu vəziyyətdən uzaqlaşmaq üçün intihara cəhd edirlər. Kapqras sindromunun əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunsuzluqdur.
Davamı →

Xəyali zəng sindromu

Son dövrlərdə ciddi surətdə artan xəyali zəng sindromu mütəxəssislərin ciddi surətdə diqqətini çəkib.

Xəyali zəng sindromu — insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.

Psixoloqlar bildiriblər ki, bu sindrom keçirilən hər hansı bir stress nəticəsində orqanizmin sensor həssaslığının arması kimi ortaya çıxır:
Davamı →

Emosional yanma sindromu

Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluqla müşahidə olunan psixi proses nəzərdə tutulur.
Davamı →

Alisa Möcüzələr Ölkəsində Sindromu


İşdən evə gedərkən kibrit qutusu boyda avtobusun yaxınlaşdığını görürsünüz. Avtobus yaxınlaşsa da ölçüsü böyümür. Dinozavr böyüklüyündə bir sərçə pəncərənin şüşəsinə çırpılır, ağaclar göy üzünə göydələnlərdən daha yaxındır.

Yuxuda deyilsinizsə, bu Alisa Möcüzələr Ölkəsində Sindromunun (AİWS) göstəriciləridir. Alisa Möcüzələr Ölkəsində Sindromlu xəstələrdə cisimləri olduğundan böyük və ya kiçik görmək kimi problemlərə rast gəlinir. Problem görmədə deyil, alqılamadadır.

Davamı →