"Yox" deyəndə mən - Baba Vəziroğlu

Qəlbimdən asılan bir daş imiş, daş!
Sən «getmə» deyəndə gözlərində yaş.
Dinə bilməyəydim, lal olaydım kaş,
Dilim quruyaydı «yox» deyəndə mən.

Adım yaman oldu, dillərə düşdüm,
Dərddən havalandım, çöllərə düşdüm,
Bilsən sənsiz necə günlərə düşdüm.
Dilim quruyaydı «yox» deyəndə mən.

Artıq gecikmişəm, getdi o qatar.
Daha «hə» deməyin nə mənası var?
İndi gücüm bircə qarğışa çatar:
Dilim quruyaydı «yox» deyəndə mən.

Mən indi bilirəm neyləməliydim,
«Sənsiz nə günüm var?!» söyləməliydim.
Ömrümdə bircə yol «hə» deməliydim,
Dilim quruyaydı «yox» deyəndə mən!
Davamı →

Sağlığında qiymət verin insanlara!

O öləndə mənim 18 yaşım var idi. Çox pis təsir etdi ölümü mənə.Qəlbimdə o qədər «kaşki»-lər var idi ki...Çox sıxılırdım,bəzən peşmançılıq hissləri məni boğurdu.Bəlkə də onun sağlığında daha yaxşı ola bilərdim.Qəlbinə dəyməzdim.O isə o qədər yaxşı insan idi ki.Bilirəm ki,o da məni çox istəyirdi.Amma nə etməli,o vaxtdan çox keçib.Sonrakı peşmançılıq həqiqətən də fayda vermirmiş.Bəlkə də bu peşmançılıgın özündə də bir fayda var.Artıq bilirəm ki,bu peşmançılığın sayəsində bir daha səhv buraxmayacağam.Bir daha məni sevənlərə qarşı diqqətsizlik etməyəcəyəm.
Ardı →