Qarajda reallaşdırılan dahi ideyalar

Hər hansı bir böyük layihənin işə salınması üçün çoxlu pul, böyük məkan və bir o qədər də çox əməkdaşlar mütləq deyil. Bir çoxlarına öz layihə və yaxud ideyasını reallaşdırmaq üçün şəxsi qarajı kifayət etmişdir.
 
Əksəriyyətimiz həyatımız boyunca yaddaqalan və yaxud mühüm bir layihəni həyata keçirməyə can atırıq. İdeyalarımız çox olsa da, bəzən məqsədimizə gedən yolun üzərində gözlənilməz maneələr ilə rastlaşa bilərik: pul azlığı, məkanın olmaması, zaman məhdudluğu və müxtəlif kombinasiyalarda olan digər fərqli səbəblər. Lakin bütün bu bəhanələr heç də hər kəsi öz ideyasından imtina etdirməyə qadir deyildir. Bu məqalədə öz ideyasını reallaşdırmaq yolunda heç bir maneə qarşısında təslim olmayan və limitli şərtlər fonunda belə uğur qazanmağa nail olmuş insanların bir neçəsi ilə tanış ola biləcəyik.
Davamı →

Şəxsi mağazanı necə acmaq olar?

Geyim mağazasının açılışından bir gün əvvəl onun sahibi peyda oldu. O, artıq dizaynı bəyənmiş, ticarət avadanlığına «hə» demiş, hətta çeşidin seçimi zamanı özü şəxsən iştirak etmişdi. Fikirli halda 400 kvadrat metr ticarət meydanını gəzdi. Hər şey yaxşı idi, lakin nə isə çatmırdı… «Bəs personal?!» — deyə o, dəhşət içində qışqırdı. Gülməyin, bu, olmuş əhvalatdır. Mağaza açanda nəyi unutmaq olmaz? Aşağıda naməlum qalmaq istəyən üç mağaza direktorunun köməyilə hazırlanmış check-list verilmişdir.
1. Mağazanın ideyasının seçilməsi. Ən vacib sual budur. Sizin satmağa hazırlaşdığınız şey bazara lazımdırmı? Seçilmiş sahədə mövcud rəqiblər necədir? Böyük, orta və ya kiçik mağaza? Fikirləşin, ticarətin təşkili forması necə olacaqdır – piştaxta, özünəxidmət və ya qarışıq? Bir mağaza, yoxsa şəbəkə? 
2.Potensial alıcıların müəyyən edilməsi. Sizin mağazaya kimlər gələcək? Siz əminsiniz ki, sizin mallar onları maraqlandıracaq? Bunu siz belə hesab edirsiniz, yoxsa potensial alıcılar? Onlar yalan danışmamışlar ki? Mütləq məqsədli auditoriyanın nümayəndələri ilə qabaqcadan söhbət edin. Və qonşuluqda kimlərin yaşadıqlarını öyrənin.

3.Çeşid (assortiment). Təklif olunan malların hansı çeşidi sizin piştaxtada olacaq? Sizin rəqibləriniz nə satır və onların satdıqlarına tələbat varmı? Siz bu cür mallar satacaqsınızmı? Siz icarədarlar, bank filialı və ya mübadilə məntəqəsi, şəxsi mini-istehsal üçün sahələr ayıracaqsınızmı?

4.Maliyyə hesabları. Biznes-plan son dərəcə ciddi tərtib olunmalıdır. Xərclərin çox hissəsini qabaqcadan nəzərdə tutulmamış məsrəflər təşkil edir. Ona görə də, bütün hesablamalarınızı ikiyə vurun. İdeyanızı həyata keçirmək üçün kifayət qədər vəsaitiniz varmı? Yaxşısı budur ki,sonradan əmək haqqı verə bilməyəcəyiniz personalı işdən çıxarmaqdansa, maliyyə prioritetlərini dərhal yerbəyer edin.


Ardı →