Az su içdiyinizi göstərən məqamlar

1. Ağız quruluğu
Kifayət qədər su içmədiyinizin ən vacib işarəsi ağız quruluğudur. Su çatışmazlığı, ağız quruluğundan əlavə ağız yapışqanlığına səbəb olur. Sudan aldığınız ilk damaldan ağız quruluğunun yox olduğunu görəcəksiniz. Daha çox su içmək istəyəcəksiniz.

2. Dəri elastikliyinin itməsi
İnsan bədəninin 70%-i sudan ibarətdir. Parıltılı dəri üçün bol su içməyə ehtiyac var. Dərinin elastikliyinin azalması, kifayət qədər su içmədiyinizi göstərir. Dərinin elastikliyini yoxlamaq üçün əlinizin üstündəki dərini yuxarı çəkin, əgər dəri həmin an yerinə qayıdırsa, kifayət qədər su içirsiniz.


Davamı →

Suyu tez-tez içmək olmaz

Su həyatdır. İnsan orqaniminin əksər hissəsi sudan ibarətdir. Orqanizmdə mayenin normal miqdarda olması həyati vacibdir.

İnsanlar susuzlaşanda suyu adətən tez-tez, iri qurtumlarla içir. Lakin suyu belə içmək olmaz. Bu insan sağlamlığına ciddi ziyan vurur.

İlk növbədə bu zaman su yaxşı mənimsənilmir. Əksinə yavaş-yavaş içilən su daha yaxşı mənimsənilir və susuzluq hissi daha tez keçir.
Davamı →

Yemək yeyəndə su içmək olarmı?

Əvvəllər belə hesab olunurdu ki, qida qəbulu zamanı su içmək olmaz ki, bu mədə şirəsini durulaşdırır, həzm proseslərinə mənfi təsir edir. Lakin son zamanlar alimlər bu fikirdən imtina ediblər. Araşdırmalar göstərib ki, mədə şirəsini cüzi durulaşdırmaq üçün 5 l su lazımdır.

Alimlər araşdırıblar ki, qida qəbulu zamanı içilən su əksinə həzm proseslərini asanlaşdırır, qanın qatılaşmasının və arterial təzyiqin artmasının qarşısını alır. Burada bəzi məqamlara diqqət etmək lazımdır. Yemək yeyəndə adi su içmək lazımdır, qazlı sular, mineral sular, şirələri içmək tövsiyə edilmir. Su soyuq olmamalıdır.
Davamı →

Su içməmək hansı xəstəliklər yaradır?

Su həyatdır. İnsan sağlamlığının əsasını təşkil edir. Bəs az su içmək və ya bədənin susuz qalması hansı xəstəliklər yarada bilər?

Yorğunluğunuzun əsas səbəbi su içməmək ola bilər.
Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir. Bu göstərici yeni doğulan körpələr üçün 70faiz təşkil edir. Beynin 95 faizi və ağciyərlərin 90 faizi sudur. Vücudda olan suyun 2 faizinin azalması nəticəsində yorğunluq, diqqət əksikliyi, yaddaş ilə bağlı problemlər ortaya çıxır.
Davamı →

Su içməyin arıqlamağa faydaları

Bədənimizin ən vacib ehtiyaclarından biri sudur. Eynilə susuz qalan bir gülün quruması kimi lazımi miqdarda su içməmək həyatımızda mənfi hallar ortaya çıxarır. Artıq çəki problemi yaşayan bir çox insanın lazımi miqdarda su içmədiyi müşahidə edilmişdir.

Bunun səbəbi isə susuz qalan bədənin yağ depolamağa meyilli olmasıdır. Hər saat 1 stəkan olmaqla gündə 15 stəkana yaxın su içmək arıqlamağa kömək edir. Su içmək özünüzə edəcəyiniz ən böyük yaxşılıqlardan biridir.
Davamı →

Suyu qaynadıb içməyin zərərləri

Bəzən suyumuzun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazdıqlarımı bilsəniz yəqin ki, bir daha içməzsiniz.

Deməli, su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır.

İkincisi su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.
Davamı →

Yatmazdan əvvəl mütləq 1 stəkan su için!


Həkimlər sağlam insanlara yatmazdan 1 saat əvvəl 1 stəkan təmiz qazsız suyu içməyi tövsiyə edirlər. Bu çox vacibdir. Yuxu zamanı insan orqanizmi nəfəslə, tərlə maye itirir və bu da susuzlaşmaya səbəb olur. Susuzlaşma bütün insan orqanizmi üçün və xüsusilə də ürək-damar sistemi üçün çox ziyanlıdır.
Davamı →