1. Əgər sizin vaxtınız çatmırsa, siz səyahət etməlisiniz
Dəqiqələr, saatlar, günlər və həftələr bir göz qırpımında ötüb keçir. Beləliklə, ömrümüzdən illər ötür. Vaxt bizim heç birimizi gözləmir və siz heç vaxt ona qalib gələ bilməyəcəksiniz.
Vaxt hər zaman qalib gəlir. Məhz vaxtımız az olduğu üçün biz səyahət etməliyik. Yeni təəssuratlar yaşamaq, yeni yerlər görmək üçün sizin yalnız bir anınız var, bu an, bu il…
Əgər siz hər hansısa bir işinizə görə səyahət etməyi təxirə salırsınızsa, siz yəqin ki, heç vaxt səyahət edə bilməyəcəksiniz, çünki sizin həyatınızda daim yeni işlər əmələ gələcək.
2. Əgər siz xarici dillər bilmirsinizsə, səyahət etməlisiniz
Dil bilməməyiniz və yaxud sizin dəhşətli ləhcəniz sizə səyahət etmək üçün maneə olmamalıdır. Siz hər şeyi öyrənə bilərsiniz! Özünüzü sınamaq üçün səyahət etməlisiniz.
Nə qədər çətin olsa da siz xarici insanlar ilə ünsiyyət qurmalı olacaqsınız. Siz yeni sözlər öyrənəcəksiniz. Siz dialoq qurmağı öyrənəcəksiniz.
Ardı →