Süd zərdabı

Rusiyanın məşhur «ZOJ» xalq təbabəti jurnalında bir pasiyentin hekayəsində onun 50 yaşında dəhşətli ağrılardan əzab çəkdiyindən bəhs olunur. 

Qadının bütün tibbi müalicələri, hətta Dimedrolla birgə ağrıkəsicilər vurması belə effektsiz olduğundan o, artıq sonunun gəldiyini düşünür.

" Ayaqlarımdan başlayan ağrılar sonradan çiyinlərimə, boynuma kimi yayıldı. Daban şporu diaqnozu ilə müalicə aldım, daha sonra xəstəxanada yatdım. Müalicələr qısa müddətdə effekt verirdi.
Ağrılar o qədər dözülməz olmuşdu ki, gəzmək istəmirdim, yata bilmirdim. Tez-tez təcili yardım gəlirdi, dimedroda ağrıkəcisi qatıb vururdular. Bir azdan onların da təsiri olmadı. Rəfiqəmin məsləhəti ilə hər gecə ayaqlarıma buz kimi soyuq su tökürdüm, ağrı 1-2 saatlıq kəsirdi. 
Davamı →

İnhalyasiya

Yuxarı tənəffüs yollarının soyuqdəymə xəstəliklərinin müalicəsi zamanı inhalyasiyalar çox yaxşı effekt verir.

İnhalyasiyalar zökəmin, larinqitin, traxeitin, farinqitin, tonzillitin, bronxitin, pnevmoniyanın müalicəsi zamanı uğurla istifadə olunur.

İnhalyasiyalar zamanı müalicəvi maddə (bitki dəmləmələri, efir yağları və s.) bilavasitə insanın selikli qişalarına təsir edir. Nəticədə bu maddələr tez bir zamanda qana sovrulur və orqanizmə daha tez və effektli təsir edir.

Lakin inhalyasiyarın istifadəsi üçün müəyyən əks göstərişlər də mövcuddur. Belə ki, inhalyasiyalar hərarətin yüksəlməsi zamanı (37,50C-dən yuxarı olduqda), insanda burun qanaxmaları tez-tez təkrar olunduqda, ürək-damar və nəfəsalma çatışmazlığı zamanı əks göstərişdir. İnhalyasiyanı etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.


Ardı →