Tanınmış akademik övladına “5” yazmağımı istədi

Kərəm kişidir, yoxsa arvad? Hər dəfə dərs keçəndə, valideynlərlə görüşəndə qiymətləndirmə ilə əlaqədar bir xeyli ideyalar yaranır və bunları da yazıya köçürmək üçün kompyuterin qarşısına keçəndə reallıqlar və faktlar o qədər sərt hücum edir ki, başımı itirib yazını da yarımçıq qoyuram. Amma bu dəfə iş yoldaşlarımdan birinə məişət zəminində verdiyim suala aldığım cavab bu məqaləni yazmağıma səbəb oldu. Artıq 7 ildir ki, orta məktəb təhsilində kurikulum islahatı həyata keçirilir, amma müəllimlərimiz və valideynlərimiz bu layihəni bilmərrə yaxına buraxmaq və qəbul etmək istəmirlər ki, istəmirlər. Hətta iş o yerə çatıb ki, müəllimlərin təkmilləşmə kurslarında apardığım seminarda müəllimlərdən biri dedi ki, yeni nazirimiz gəldi, yəqin kurikulumu yığışdırarlar.
Bunu o zaman dedi ki, mən bir doxsan dəqiqə bu müəllimlərə kurikulum layihəsinin nəzəri məsələlərini kənara qoyub vətəndaşyönümlü təhsilin mahiyyətindən danışmışdım. Elə dərsdə yadıma bir əhvalat düşmüşdü. Orada deyə bilməsəm də, indi yazmağı vacib bilirəm.
Ardı →

Müasir təhsil sistemimiz

Düzü, topiki necə adlandırım bilmədim, naəlac qalıb, məhz bu cür «Müasir təhsil sistemimiz» adlandırdım. Daha nə yazmaq olar? Müasir tupoylaşma sistemi deyə bilməzdim ki? 90- cı illərdə, bəlkə daha əvvəl də olmuşdu( mən bu dönəmi xatırlayıram) məktəblərimizdə, eləcə Universitetlərimizdə müəllimə «hörmət etmək» dəbi yayılanda, bunun müasir texnika, internet, komputer və s kimi inkişaf edəcəyi heç ağlıma gəlməzdi. Yadımdadı 96-98 -ci illər idi, sinifdə uşaqlarla yığışıb, sevinə- sevinə keçmiş «Baksovet», indiki "İçəri şəhər" metrosunin qarşısında gül köşkü vardı, ora müəllimimiz üçün gül almağa yollandıq, həvəslə, uşaq saflığı, məsumluğu ilə müəllimimizi bayram münasibəti ilə təbrik etməyə tələsirdik. Nə başınızı yorum gül buketini sinfə gətirdik, bir-birimizin üzünə baxa- baxa ki, indi müəllimimizi sevindirəcəyik, müəllim heç başını qaldırmadı, biz də ürəyimizə pis heç nə gətirmədik.


Ardı →

Oxumaq heç vaxt gec deyil

ABŞ-ın Kaliforniya ştatının sakini amerikalı qadın Hazel Soares 94 yaşında kolleci bitirməsi barədə diplom almışdır(bachelor’s in art history from Mills College). 1915-ci ildə anadan olan  Soares  diplomu alarkəndemişdir: “Mənim bütün ömrüm məşğuliyyət içində keçmişdir. Buna görə də kollecdə təhsil ala bilməmişəm. Bu isə mənim ən böyük arzum olmuşdur”.
Ardı →