Psixi inkişaf və təlim

Plan:

  1. Ali psixi funksiyaların formalaşmasında təlimin rolu (V.Ştern, J.Piaje, L.S.Vıqotski, C.Bruner)
  2. Azərbaycan psixoloqlarının təlim və psixi inkişaf haqqında fikirləri (Ə.Bayramov, Ə.Qədirov)
  3. Uşağın psixi inkişafında təlim-tərbiyənin rolu
  4. Uşaq təfəkkürünün inkişafı məsələsi
  5. Kurikulum sistemi

Sual 1. Təlim uşaq fəallığını təşkil etməyin başlıca formalarından olub, onun psixi inkişafına və şəxsiyyətinin formalaşmasına mühüm təsir göstərir.Təlimin psixi inkişafa təsiri haqqında müxtəlif fikirlər mövcuddur.


Davamı →

Təlimin təşkili formalarının tarixi

Təlimin səmərəsi onun hansı formada təşkilindən çox asılıdır. Təlimin məqsəd və məzmunu onun təşkili forması ilə həyata keçirilir. Məzmun formanı müəyyən edir və onunla reallaşır. Buna görə də təlimin səmərəli formalarının seçilməsi böyük əhəmiyyətə malikdir.


Ardı →

Təlimin qanunauyğunluqları

Təlim prosesinin özünəməxsus qanunauyğunluqları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Bu halda müəllimin əməyi məqsədyönlü və elmi xarakter daşıyır, təlimin səmərəsi qat-qat artır.
Təlimin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Qanunauyğun prosesləri (hadisələri) öyrənməklə elm müvafiq qanunları müəyyən edir.


Ardı →

Təlim prosesinin elmi-nəzəri əsasları

Təlim prosesinin nəzəri (metodoloji) əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunmasının mürəkkəb pro­sesidir. Dünyanın dərk olunması hissi idrakdan — duyğu və qavrayışlardan başlayır. Bu yolla əldə olunan faktiki materiallar məntiqi idrak pilləsində mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir və nəticə çıxarılır. Çıxarılan nəticə praktikada yoxlanılır. Bütün qanunauyğunluqlar bu yolla öyrənilir və bu əsasda elm qanunları müəyyən edilir. Elmi idrakın pillələrini sxematik olaraq belə göstərmək olar:


Ardı →

Təlim prosesinin mahiyyəti

Təlim prosesi şagirdin (tələbənin) idrak yolundakı hərəkəti ilə bağlıdır: o, biliksizlikdən bilikliliyə doğru inkişaf edir. Təlim prosesinin xarakteri, məzmunu və təşkili formaları cəmiyyətin tələbi ilə, elmi-texniki tərəqqinin təsiri ilə müəyyən olunur.


Ardı →