Tənhalıqdan çıxmağın yolları

Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz, dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir.

Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb, öz həyatı, həyatını, duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır.
Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə müraciət edə bilər.
Tənha insanlar internet və ya komputer oyunlarından asılı olurlar. Davamlı izdihamlara qarışıb tənhalığını görməzliyə vururlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu onları qane etmir.


Davamı →

Oktavio Pas – İndiki zamanın axtarışında

(1990-cı il, Nobel nitqi)
Çıxışıma insanların insan olduqları gündən bu yana hamılıqla səsləndirdiyi sözlə başlayacam: Təşəkkür edirəm. Bu söz bütün dillərdə var və bütün dillərdə onun təyinat qamması mürəkkəbdir. Roman dillərində “gracia” sözünün mənalar dəsti mənəvidən fizikiyə doğru inkişaf edir: bu, həm Allahın insanları yanılmalardan, ölümdən xilas etmək üçün göndərdiyi lütf, həm rəqs edən qız bədəninin zərifliyi, həm də cəngəlliklərdə oynayan pişikkimilər fəsiləsindən bir heyvanın qrasiyasıdır. Bu söz roman dillərində həm mərhəmət, həm bağışlama, həm təvəccöh, həm xeyirxahlıq, həm ilham, həm natiqlik bacarığı, həm incəsənət istedadı, həm xoş rəftar, həm də comərdlik deməkdir. Bu istedad havayı verilir: təşəkkür edilən istedadlı adamdır və əgər nacins deyilsə, o da təşəkkür edir, minnətdarlığını bildirir. Mən də bu gün bunu edirəm, ola bilsin, kifayət qədər səmimi alınmır. Lakin ümid edirəm ki, hisslərimin dərinliyi söylədiyim sözlərin yüngüllüyünün yerini dolduracaq. Fəqət əgər bu sözlərin hər biri şəffaf olsaydı, mənim nələr hiss etdiyimi sezərdiniz: minnətdarlıq. Bundan başqa özümü sizin qarşısınızda, eyni zamanda, isveç ədəbiyyatının yuvası, dünya ədəbiyyatının iqamətgahı olan bu mühitdə görəndə, məni bürüyən qorxu, hörmət və təəccübün qeyri-müəyyən qarışığını da hiss edərdiniz.

Davamı →

Niyə və kimə yazmalı idi? Tanrıyamı? Allahamı? İnsanamı?

  • Esse
Günəşli günlərin yerini payızın ruh titrədən ecazkar əhvali-ruhiyyəsi əvəzləmişdi. Qardan əsər-əlamət olmasa da, arada burnuna qar havasının soyuqluğu dəyirdi. Əllərini cibinə qoymaq istəmirdi, ancaq barmaqları bumbuz idi. Şəhərin bozumtul küçələrində maşınlar dəlicə şütüyürdü. Ömürdəki tükənən saniyələrin tik-takları ürəyinin uğultusuna qarışmışdı. Sakitlik istəyirdi. Bunu ona da demişdi. Bir saat olardı ki, evə atmışdı özünü. Titrəməsi keçməmişdi. Boz yumşaq köynəyinin üstündən qara paltosunu geyinib divanda bardaş qurdu. Sonra bezib fikrindən döndü, çay dəmlədi.

Davamı →

Dolub yenə könlüm mənim

Dolub yenə könlüm mənim, 
Dolub yenə dəli kimi.
Dolub, yoxdur bir həmdəmim-
Dəli olsun mənim kimi.
 
Dolub yenə, leysan kimi
Gözümdən yaş axmaq istər.
Düşüb səhrada bir quma
Gözyaşım yaşamaq istər.
 
Səhra neyləyir ki suyu?
Səhra əzəldən qurudur.
Bəlkə təsəlli duyduğu -
Səfil olmuş Məcnunudur?
 
Eşqsizi yandırar odu -
Səhranın öz səfası var.
Hər səhranın bir Məcnunu,
Hər Məcnunun cəfası var.
 
Dolub yenə dəli könlüm,
Bir ümmandır — olmur yığmaq 
İlahi, nə çətin imiş
Tənha sularda boğulmaq.

Cavidan Hacıyev

Davamı →

Tənha olmağın üstünlükləri

Əgər təzəcə tərk edilmiş və ya tərk etmiş birisinizsə üzüntüyə tam qapılmamış bu təkliyin pozitiv tərəfləri ilə tanış olun. Məhz bu səbəblərə görə birindən ayrılırkən üzülməyə dəyməz.
Hər bir qadın tənhalığı başqa cür yaşayır. Kim isə bir neçə uğursuz sevgi romanından sonra özünü tamamı ilə karyeraya sərf edir, amma rəfiqələri ilə görüşlərdə həyatın ədalətsizliyindən şikayətlənir. Bəziləri isə depressiyaya düşür və həyatda daha ləyaqətli kişilərin qaldığına inam azalır. Bəzi xanımlar isə bu tənhalığı fürsətə çevirir və özünü inkişaf etdirir.  Sizə tənhalığın fərqli üstünlüklərini təqdim edirik.
Davamı →

Tək qalmağın özəllikləri

Çox insanlar tək qalmaqdan qorxur, hətta bunu fobiya halına gətirənlər də var. Amma halbuki tək qalmağın faydaları çoxdur.
1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun «məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. „Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.
Davamı →

Ursula Le Quin. Omelası tərk edənlər.

Qaranquşları diksindirərək uçuran zəng sədaları ilə Omelasa, dənizin nurlandıraraq ucaltdığı şəhərə Yay Festivalı qədəm qoydu. Limandakı gəmilər əlvan bayraqlarla bəzədilib. Küçələrdə qırmızı damlı və rəngarəng divarlı evlərin arası ilə, torpağını yosun örtmüş köhnə bağçaların cığırları ilə, çoxlu ağacların olduğu xiyabanlarla böyük parkları və ictimai binaları ötərək bayram əhval-ruhiyyəli insan topluları hərəkət edir. Bəzi yerlərdə bu əsl təntənəli yürüşdür: çəhrayi, bənövşəyi və boz rənglərdə olan ağır, uzun mantiya geyinmiş qocalar; ciddi görünüşlü ustalar; qucaqlarında balaca uşaqları ilə şən, ancaq aşağı səslə gəzərək danışan qadınlar. Qonqlar və tamburinlərin səsləndiyi digər küçələrdə isə insanlar rəqs edirlər və yürüş böyük rəqsə çevrilir. Sevincək tərzdə uşaqlar o tərəf, bu tərəfə qaçışır və onların səs-küyü uçuşan qaranquşlar kimi musiqidən və nəğmələrdən daha yuxarı qalxır.
Davamı →

Yaddaş dərmanı

İtirir yaddaşını qoca, ahıl bir nənə.
Götürərək başını gedibdir evdən yenə.
Nə yaxşı kı yaddaşı qayıtdı lazım anda - 
Kəndarın qırağında 
qayıtdı ona yaddaş.
«Hara gedirdim görən?» — tutdu nənəni təlaş.
Tez qayıtdı otağa, uzandı yatağına.
Utandı o çağırsın nəvələri yanına.
Çağırsın ki, nəvələr versin ona həbini -
Həm də çoçuq nə bilər nənələrin dərdini?
Yaman unutqan olub yaman… bu son zamanı
Unudub nənə atmır hafizə dərmanını.
Ancaq hər yuxusunda görür nənə o çağı:
«Balaca şirin oğlu, isti ana qucağı.
O qucaqdan böyüyən bir aslan parçasını,
Həyat gülüstanında — öz gülü anasının.
Ana bağbanlar kimi oxşayırdı gülünü.
Gülünün xatirinə açırdı hər sübhünü.
Küləklərtək vaxt uçub, gənclik çağları getdi:
Qırış rəssamı — zaman ananı nənə etdi.
Zaman acımır yenə, zaman görür işini -
Gah alır yaddaşını, gah da əyir qəddini.
Gözünü yumur ana özünün dərdlərinə,
Ömrünü nağıl edib deyir nəvələrinə.
İndi çatır nağılın ən yeməli hissəsi:
Göydən üç alma düşür, bir nəvəyə hərəsi...»
Həmişə o, oyanır bu yerində yuxunun,
Axı ağırdı hər an duymaq ona yoxluğu.
Həyatının mənası, danışdığı nağıl da
Yox oldu ailəsitək adicə bir qəzada.
Həyatda axı qəza deyildir nadir bir hal:
Qəza olur əməllər, qəza olur namazlar.
Qəzalı beyinlərdə qəza olan fikirlər:
Uşaqkən boşananlar, doğulmadan ölənlər.
Qəzalar əməllərdə, qəza niyyətlərdədir.
Bəlkə insanlıq özü qəzalı vəziyyətdəri?
Nə fərqi var bunların qoca, ahıl nənəyə:
Həsrət indi oğluna, gəlininə, nəvəyə.
Həsrət çəkir daima nənə o günlər üçün:
Yatıb tamaşa edir xəyalına o, hər gün.
Hədər yerə demirlər kinodur ömrün çağı:
Ən maraqlı yerində söndürürlər işığı.
Həyətin kəndarından, həyatın kəndarından
Yenə qayıtdı nənə. İndi çarpayısından 
Baxır xəyalındakı oynayan nəvələrə.
Yaman şirin oynayır şirin-şəkər nəvələr.
Heç şirin nəvələri buyurmağa əl gələr?
Xoşbəxt görür onları, xoşbəxt olur nənə də,
Amma yaddaş qayıdıb, xatırladır gercəkdən.
Yaddaşa meydan deyib, həyatın acısını
Unutmaqçün o, atmır hafizə dərmanını.

Davamı →

Tək qalmağın 10 faydası

1. Ruhən tükənməyimizin qarşısını alır
Müasir dövrdə bir insanın dəyərini onun məhsuldarlığı ilə ölçürlər. Toplum bizə tək qalmağa imkan vermir. İnsanın tək qalıb özünə vaxt ayıra bilməsi onun “məhsuldarlıq” məcburiyyətindən bir balaca uzaqlaşmasına kömək edir. Heç nə etməmək əslində bir çox yaxşı şeyləri reallaşdırmağa stimul yaradır. “Promega” adlı bir şirkət işçilərinin təbii gün işığında rahatlanıb, fasilələr zamanı meditasiya ilə məşğul ola biləcəyi xüsusi yerlər ayırıb. Bu tətbiq olunduqdan sonra işçilərin səhhətinin müsbətə doğru getdiyi və məhsuldarlığının artdığı bəlli olub.

2. Duyğu üzvlərimiz kəskinləşir
Çox adam üçün 10 gün ərzində sakit qalmaqla suda gəzmək arasında fərq yoxdur. Vipassana Səssizlik İnstitutu da bu işlə məşğuldur. Bura qatılanlar on gün ərzində oxumaqdan, danışmaqdan və göz təmasından uzaq dururlar. 100-ə yaxın elm adamı araşdırma məqsədi ilə sakit qalmaq meditasiyasını həyata keçirib və danışmaq funksiyasını istifadə etməməyin digər duyğu orqanlarının işinin yaxşılaşmasına gətirib çıxardığını sübut ediblər.


Ardı →

KİNO: Amerika Möhtəşəmliyi (American Splendor)

"Əgər siz burada romantika, reallıqdan uzaqlaşma və ya fantastika axtararaq gününüzü yola vermək istəyən bir adamsınızsa… siz baxmağa səhv film seçmisiniz."

American Splendor cover

Üçüncü arvadı onun haqqında deyir: " O yalnız depressiv deyil, həm də depressiya yoluxdurucusudur". O isə bunu heç vaxt gizlətmir: «Başa düşün mən bədbin birisiyəm. Mənim həyata baxışım belədir, mənim üçün hər şey bədbin və qorxuludur.»


Ardı →