Kəsiksiz təraş üçün bir neçə məsləhət

təraşYəqin ki, saqqal təraşının ən qorxulu hissəsi təraş zamanı baş verən kəsiklərdir. Əlbəttə ki, bu kəsiklərdən qurtulmağın ən sadə üsulu təraş zamanı bir az daha diqqətli olmaqdır. Hər nə qədər diqqətli olsanız da, kəsiklərin qarşısını almaq mümkün deyil. Yaranan kəsik həm də çox ağrılı olur. 

Bu yazıda sizə tez-tez baş verə biləcək problemi aradan qaldırmaq üsullarını öyrədəcəyik. Saqqalınızı uzatmaq əlbəttə ki, təraş kəsiklərindən xilas olmaq üçün ən zəmanətli yoldur, lakin hər kişi saqqal uzatmır. Saqqal uzatmayan, tez-tez bu problemlə qarşılaşan kişilər üçün bir neçə məsləhət:
Davamı →

Düzgün təraşın qaydaları

Düzgün təraş olmaq üçün hər şeydən əvvəl cildimizə uyğun təraş bıçağını və köpüyünü seçməliyik. Eyni zamanda üz qırxmaq üçün düzgün texnikadan istifadə etməyimiz təraşdan sonra üzümüzdə batıqların və müxtəlif səpkilərin meydana gəlməsinə də mane olacaq. Bunun üçün etməli olduqlarımızı aşağıdakı kimi sıralaya bilərik:

1. Hazırlanmaq
Təraş olmazdan əvvəl bütün üzünüzü ilıq su ilə yuyun, daha sonra təmizləyici gel ilə yaxşıca silin. Bununla siz əgər üzünüzdə hansısa yara varsa, ora müxtəlif mikrobların keçməsinin qarşısını alacaqsınız.

2. Saqqalı yumuşaltmaq
Kiçik bir dəsmalı isti suda isladıb 30 dəqiqə müddətində üzünüzdə saxlayın. Beləcə saqqalınız yumuşalacaq və onu qırxmaq daha da asanlaşacaq. Əgər duşdan yeni çıxmısınızsa, bu qədər uzun yoldan keçməyiniz lazım deyil. Bu zaman saqqalınız onsuzda islanır və onun kökləri daha yumuşaq olur.

3. Təraş köpüyündən istifadə edin
Su dərinizin üst hissəsini yumuşaldacaq, amma o cildinizin temperaturuna görə tez zamanda buxarlanacaq və daha dərin qatların yumuşalmasına mane olacaq. Buna görə də daha yaxşı olar ki, təraş köpüyündən istifadə edəsiniz, çünki o dərinizi əhatə edərək suyun tez zamanda buxarlanmasının qarşısını alır.
Davamı →

Kişi dərisinə qulluq

İsti su əvəzinə ilıq su ilə duş qəbul edin.
Soyuq havada isti duşun yerini heç nə verə bilməz. Amma suyun istiliyini bir az azaltmaq dərinizin qurumasının, qaşınmasının qarşısını alar. Suyun istiliyi artdıqca isə dərinizdəki təbii yağlar azalır. 5 dəqiqədən artıq duş qəbul etməyiniz məsləhətli deyil.

Nəmləndirin.
Kişi dərisi qadınlara nisbətən daha yağlıdır, ancaq yenə də dərinizin qırışmasının qarşısını almaq üçün gündəlik nəmləndirici istifadə edin. Normal və ya yağlı dəriyə sahib olan kişilər üçün yüngül lasyon və ya nəmləndirici gel kifayət edir.

Üzünüzü sabunla yumayın, üz təmizləyicisindən istifadə edin.
Əgər üz dəriniz həssasdırsa tərkibində sulfat olmayan təmizləyici istifadə edin. Əgər dəriniz yağlıdrsa, tərkibində limon, çay ağacı yağı olan təmizləyicilər istifadə edin. Normal sabunlar dəriniz üçün məsləhətli deyil.
Davamı →

Təraşdan sonra

Bəzən üzqırxmadan sonra dərimizdə müxtəlif problemlər meydana gəlir: dəri qızarır və qaşınmalar yaranır və.s. Əgər siz də bu kimi problemlərdən əziyyət çəkirsinizsə o zaman bu məqaləni diqqətlə oxuyun. Çünki bu dəfəki məqaləmiz ülgüclə üzqırxmadan sonra yaranan problemlərin həlli haqqındadır.

Mount Sinai Xəstəxanasının Dermatoloji Departamenti və Kosmetik Klinik araşdırmalar mərkəzinin direktoru Dr.Joshua Zeicherə görə dərisi qızarmaya meyilli, quru və qaşıntılı olan kişilərə üzlərini təmizləmək üçün ülgücdən istifadə etməmək məsləhət görülürür. Əgər ülgücdən istifadə etməkdə qərarlısınızsa, bu prosesdən bir neçə saat öncə üzünüzü buna hazırlamalısınız. Hazırlıq prosesi isə aşağıdakı məehələləri əhatə edir:
 
Davamı →

Təraşın tarixi

Qədim dövrlərdə yaşamış adamları xəyalımızda nədənsə həmişə saqqallı təsəvvür edirik.

 Halbuki, misirlilər hələ eramızdan əvvəl  2.000-ci ildə üzlərini qırxırmışlar. Saqqal saxlamaq imtiyazı ancaq firona və bəzi əyanlara verilərmiş. Əlbəttə, bəzən onlar da üzlərini qırxdırarmışlar. 

 Orta əsrlərdə saqqal ətrafında çoxlu mübahisələr getsə də, tam eyni fikir üzərində dayanmaq çətindir. Məslən, Fransızlarda saqqal pərəstiş predmeti hesab edilmişdir. Saqqalsızlıq – rüsvayçılıq, bədnamçılıq və namussuzluq sayılardı. O vaxtlar kral taxtdan endikdə onun başı və saqqalı qırxılarmış. Fransa kralı I Fransisin fərmanı ilə (1515-ci ildən) saqqalı olanlar xəzinəyə xüsusi vergi verirlərmiş. Lakin intibah dövründə dəlləklərin əlində yenidən ülgüc görünməyə başladı.

 I Pyotr isə üz qırxmağı səliqə hesab edirdi. Pyotrun hakimiyyəti dövründə Rusiyada saqqal saxlamaq qadağan edilmişdi.

 Mənbə: Azens.az


Davamı →