Cümlənin üzvləri

Dilin ən böyük vahidi olaraq cümlə də müəyyən hissələrdən -üzvlərdən ibarətdir. Cümlə üzvü dedikdə nə nəzərdə tutulur? Cümlə mürəkkəb sintaktik-qrammatik və məntiqi semantik əlaqələrin məcmusu olduğu üçün onun konstruktiv elementləri də bir-biri ilə əlaqədar olmalıdır. Cümlənin tərkibinə daxil olan bütün elementlər onun üzvü ola bilməz. Cümlə tərkibində çıxış edən dil elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkibin hər hansı bir üzvü ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun. Başqa sözlə, cümlə üzvlərindən heç olmazsa biri ilə sintaktik əlaqəyə girməyən bir vahid həmin cümlənin üzvü hesab edilmir. Məsələn, xitablar, ara sözlər, bağlayıcılar və s. cümlədə bu və ya digər qrammatik məna daşısa da, cümlə üzvü funksiyasını yerinə yetirmir. Cümlə üzvləri ilə uzlaşma idarə və yanaşma əlaqələrindən biri vasitəsilə birləşən hər hansı bir dil vahidi cümlə üzvü hesab edilir.


Davamı →

Təyin

Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah (təyin) edən ikinci dərəcəli üzvə təyin deyilir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sınifdə iyirmi şagird var. Çalısqan şagırdlər misalları hamıdan tez həll etdilər və s.
Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikəri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifət). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzlik). Yatmıs körpə səsə oyandı (feli sifətlə) və s.
Davamı →

Cümlənin ikinci dərəcəli üzvləri

Cümləyə baş üzvlərdən başqa ikinci dərəcəli üzvlər (второстепенные члены предложения) də daxil ola bilər. Ikinci dərəcəli üzvlər mübtədanı, xəbəri və başqa cümlə üzvlərini izah edir, aydınlaşdırır. Rus dilində üç ikinci dərəcəli cümlə üzvü vardır: tamamlıq (дополнение), təyin(определение), zərflik (обстоятельство).

Tamamlıq
—ikinci dərəcəli cümlə üzvü olub, hərəkətin istiqamətini, obyekt bildirir. Tamamlıq çox hallarda felə aid olur, onu dəqiqləşdirir. Adlıq haldan başqa yerdə qalan bütün halların suallarına cavab verən tamamlıq isim, əvəzlik və s. nitq hissələri ilə ifadə olunur. Məsələn:
Школьники читают книгу о космонавтике.
Никогда еще невежество (nadanlıq)никому не помогало (К. Маркс).
Искусство помогает человечеству в его движении от прошлого к будущему.
Ardı →