Bibliyoterapiya Nədir?

Son dövrlərdə gündəmə gələn “bibliyoterapiya” sözü insanlarda maraq yaratmağa başladı. Lakin bu mövzu haqqında yerli araşdırmalar az olduğu üçün insanların çoxu mövzunun nə demək olduğunu düzgün anlamır. Biblioterapiya-kitab oxumaqla terapiya deməkdir. Yəni bir növ terapiya (müalicə) üsuludur.
Əslində bu termin çox qədim zamanlardan istifadə olunub. Başqa sözlə desək kitabxanaçılıq elmində heç də yeni termin deyil. Qədim mənbələrə görə təxminən 1200-1300-cü illərdə Qahirə şəhərində bir çox yerli xəstəxanalarda Qurani-Kərim kitabı tibbi müalicə vasitəsi rolunu oynayırdı. Yəni uzun illər kitablar insanlar üçün bir müalicə vasitəsi olub. Lakin məhz “kitab oxumaqla müalicə” ilk dəfə Amerikalı Benjamin Rush tərəfindən tövsiyyə olunmuşdur. Bu təxminən 19-cu əsrin əvvəllərinə təsadüf edir. Daha sonra 1853-cü ildə amerikalı həkim John Minson Galt, “A Lecture On İdıocy” kitabını yazaraq bibliyoterapiya elmində yeni üfüqlərə yol açmışdır. Bu kitabda ruhi xəstələr üçün oxumanın 5 faydasını qeyd etmişdir:


Davamı →

Cütlük terapiyasının faydaları

Problemlərimizin öhdəsindən tək gələ bilmədiyimiz zaman başqalarının dəstəyinə ehtiyacımız ola bilər. Xüsusən də partnyorumuzla problemimiz varsa, içində olduğumuz vəziyyət bizdən kənara çıxa və ancaq iki insanın birlikdə həll edə biləcəyi bir üsula çevrilə bilər. Bununla belə, münasibətdə olmaq problemdəki payımızı dərk etməyi və partnyorumuzla birlikdə işləməyi tələb etdiyinə görə, sıx emosiyalar içində olduğumuz zaman özümüzü məcbur edə və problemin həlli məsuliyyətini bir-birimizin üzərinə ata bilərik. “Bu vərdişindən əl çəksən, hər şey normala dönəcək.”, “Sən hər şeyi məndən bilirsən, özünə bax!” Bu kimi cümlələr qarşı tərəfə ünvanlandıqda biz ilkin problemi unuduruq və tamamilə yeni ünsiyyət problemləri yaşayırıq, hətta bəzən bir-birimizə hörmətimizi itiririk. Bu problemlər spiralında mübarizə apararkən bir-birimizi incidirik, az qala kim olduğumuzu və bir-birimiz üçün nə demək istədiyimizi unuduruq. Cütlük terapiyası əslində,
Davamı →

Geştalt Terapiya

Tərifi
Geştalt terapiya humanistik dəyərləri ön plana çəkən,insanların keçmişdəki yox,bu andakı duyğu və davranışlarına diqqəti yönləndirən bir terapiya texnikasidir.Terapistin vəzifəsi xəstənin təcrübələrini təxmin etmək deyil,onun öz təcrübələrini və duygularını anlamasına kömək etməkdir.Geştaltın önəm verdiyi sahə keçmiş deyil,indiki zamandır.Terapiya görən insanlara empose edilən düşüncə bu ankı ehtiyac və problemlərinə konsentrasiya olmalarıdır.
Davamı →

Delfino terapiya

Xüsusi qayğıya ehtiyacı olan şəxslərə ənənəvi metodlarla yanaşı qeyri-ənənəvi metodlardan istifadə edilərək də yardım göstərilir. Qeyri-ənənəvi metodlar dedikdə heyvan dəstəkli terapiyalar da nəzərdə tutulur. Heyvan dəstəkli terapiyalar ədəbiyyatlarda “Pet therapy “adı altında ümumiləşdirilir.

Heyvan dəstəkli terapiyalar aşağıdakılardır:
— Hipoterapiya(atlarla terapiya)
— Delfino terapiya
— Konis terapiya(itlərlə terapiya)
— Cat therapy(pişiklərlə terapiya) və.s
Davamı →

Ağıllı Duyğusal Davranş terapiyası

Ağıllı Duyğusal davranış terapiyası (ADDT), Albert Ellis (1913-2007) tərəfindən inkişaf etdirilmişdir. Psixoanaliz təhsili alan Ellis, psixoanalizi passiv quruluşu və yavaş irəliləməsindən görə ağıllı romantik(duyğusal) davranış müalicəsindən inkişaf etdirmişdir.

Başlanğıcda ağıllı müalicə olaraq adlandırılan bu psixoterapiya üsuluna 1961 'də romantik istiqaməti vurğulanaraq ağıllı romantik(duyğusal) müalicə deyilmiş, 1991-ci ildə davranışçı tərəfi də əlavə olunaraq günümüzdəki ağıllı duyğusal davranış terapiyası (ADDT) adını almışdır. Bəzi Otor idrak-romantik-davranış terapiyası deməyin daha doğru olduğunu qeyd edirlər. Çünki ağıllı sözünün qəti bir ölçüsü yoxdur.
Davamı →

Su səsi terapiyası

Su səsi terapiyası, adətən, musiqi terapiyası ilə birgə aparılır. Daha dəqiq desək, müəyyən sakit və rahatladıcı musiqi fonunda su səsinin verilməsi daha effektiv bir yol hesab edilir. Çünki onların birlikdəliyi gözəl ahəng yaradır.

Professor Masaru Emoto su kristalları üzərindəki səsin təsirini araşdıran Yapon elm adamıdır. Emotonun bu mövzuda etdiyi daha bir araşdırmada, eyni mənbədən götürülmüş iki qab su üzərində təcrübə aparılmışdır. Su dolu qablardan birinə sakit və qulağıyormayan musiqilər, digərinə isə daha səs-küylü və yorucu bir musiqi dinlədilmişdir. Daha sonra suların strukturları araşdırıldığında, gözəl ritm dinlədilən suyun kristalizasyon nümunəsi naxışlar şəklində və simmetrik, kəskin ritmlər dinlədilən suyun kristalizasyon nümunəsi isə qarışıq olaraq tapılmışdır.
Davamı →

Akvaterapiya

Akvaterapiya psixoterapevtik və bilavasitə bədən xəstəliklərinin müalicəsi ilə əlaqədar olaraq iki yerə bölünür. Təcrübə göstərir ki, su mühitinə uyğunlaşma və ona qarşı qorxunun dəf edilməsi psixoloji problemlərin asan həll olmasına səbəb olur.

Xüsusilə psixoloji qiymətləndirmə əhəmiyyətli dərəcədə yaxşılaşır, ətrafdakılarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər müşahidə edilir, əhval-ruhiyyə, yaradıcı potensial və işgüzarlıq yaxşılaşır, xəstə müxtəlif “fobiya”, izah olunmayan həyəcan və başqa mənfi psixofizioloji hallardan azad olur. Akvaterapiyanın köməyi ilə bir sıra xəstəlikləri müalicə etmək olar:
Davamı →