Z hərfi ilə başlayan fəlsəfə terminləri

ZAMAN  — fəlsəfə termini olaraq zaman olub, keçən, dəyişmə və müddətlilik forması. Ərəbcədən gəlmədir. Kök hərfləri zəmənə [œj] dir. Zəmanə sözü də buradan qaynaqlanır. Zəmanə sözü zaman sözünün qadın cinsindəki halıdır. Qayıdışı olmayan bir istiqamətdə bir-biri ardından getmə. Zaman sürüb gedən doğru bir xətt olaraq düşünülə bilər. Obyektiv zaman ölçülə bilən, ama öz-özünə deyil, cisimlərin dəyişkənliyi ilə ölçülə bilər.

Davamı →

Y hərfi ilə başlayan fəlsəfə terminləri

YADDAŞ — orqanizmin xarici aləm və öz daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti prosesində istifadə etmək üçün saxlamaq və yenidən canlandırmaq qabiliyyəti, yaxud müşahidələrin, qavranəlanların və.s.lərin saxlandığı yer. Yaddaş anlamında hafizə — yəni hifz edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş xatirələrin canlanmasına rəvac verən nöqtədir. Onun sayəsində kemişi xatırlayırıq, yaxud əqlin vasitəsilə öyrəndiklərimizi yada salırıq.

Davamı →

X hərfi ilə başlayan fəlsəfə terminləri

XALQ — adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların tarixən dəyişməkdə olan birliyi; bu birliyə əhalinin obyektiv vəziyyətinə görə müəyyən dövrdə müəyyən ölkənin mütərəqqi, inqilabi inkişafı vəzifələrinin həllində birlikdə iştirak etməyə qadir olan hissəsi, təbəqələri, sinifləri daxildir.

XARAKTER — oyulmuş, cızılmış, qəliblə basılmış — yarmaq, oymaq, cızmaq; osm. tr. seciye, hasisa] — bir obyektin, bir fərdin özünə xas strukturu; insanın sabit psixi xüsusiyyətlərinin məcmusu. Bu xüsusiyyətlər onun genetik xüsusiyyətlərindən asılıdır. Həyat şəraiti ilə əlaqədə və onun təsiri altında reallaşır. Xarakter insanın xasiyyətinin anlamını da verməkdədir. Bəzən isə hər iki məfhumu bir-birindən ayırırlar: misal üçün, insanın xarakteri və xasiyyəti; yaxud insanın xarakterik xüsusiyyətləri. Xarakter elə bir məfhumdur ki, o demək olar ki, insanın həm daxili dünyasını, həm də zahiri xüsusiyyətlərini özündə cəm edir və insan haqqında müəyyən təsəvvür yaradır.

Davamı →

V hərfi ilə başlayan fəlsəfə terminləri

VARLIQ — Şüurdan asılı olmayaraq mövcud olan obyektiv aləmin, materiyanı ifadə edən fəlsəfi anlayış. Fəlsəfənin əsas anlayışlarından biri, ilk dəfə Parmenid tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən şey. Var olanın var olması. Aristoteldə var olanların varlığı mənasında işlənirdi. Yoxluğun əski. Qalıcı olan və müvəqqəti olmayan. Təzahürün qarşılığı olaraq reallıqda var olan. Varlığın Analogiyası [lat. analogiya, entis] — katolik fəlsəfəsində [Hetomizm, Sxolastikaoma, Tomizm, Foma Akvinalı] mərkəzi metodoloji anlayış. Varlıq haqqında elm [alm.= fr. — ontologie; ing. Ontology; lat. Ontologia; yun. On, entos — varlıq; osm. tr. mebhas-i vücut] — var olan olaraq var olan haqqında təlim. Var olanın varlığı və ümumiyyətlə varlıq ideyaları haqqında XVII əsrdən bəri istifadə edilən anlam. Mövzu olaraq yunan fəlsəfəsindən bəri və ələ alınan və Aristotelin —ilk fəlsəfə” adını verdiyi var olanların özü haqqında elm. Mövcudiyyət — var olan, həqiqətə əsaslanan varlıq, bir şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.

Davamı →

Ü hərfi ilə başlayan fəlsəfə terminləri

ÜGE -  məşhur, tanınmış, ünlü və s.

ÜLƏMA — alimlər” deməkdir, müsəlman dünyasında istər dünyəvi elmlərlə məşğul olanlara, istərsə də dini elmlərlə məşğul olanlara verilən xüsusi ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir. Belə ki, üləma yaxud əllamə sözləri bəzi hallarda işlədilərkən ironi-kanlamlar da ehtiva edir. Orta əsrlərdə islam mədəni bölgəsinin bir hissəsi kimi, Azərbaycanda da mədrəsə üsulu tədris edilirdi və buranı bitirənlərə həm dini, həm də dünyəvi təhsil verilirdi.

Davamı →

U hərfi ilə başlayan fəlsəfə terminləri

UNİVERSAL  — müəyyən bir sinifə bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış olan prinsip. Bir prinsipin universallığını —bütün” yaxud da —hər” sözü ilə göstərilir. Ümumilik bir termin ehtivasını, küllilik prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.

UNİVERSALİLƏR — orta əsrlər fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin küllilər olaraq keçirdi.

URUC — yüksəlmə, yüksəliş: Uruc, sudur ilə birlikdə hər şeyin Tanrıdan doğulduğunu və yenə ona qayıdacağını ifadə edən qavramdır.

UTİLİTARİZM — davranışın faydalılığı-nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə.

UTOPİYA — uydurulmuş və çox vaxt stastik, durğun sosial idealın təcəssümü olan cəmiyyət.

UYĞUNLAŞMA — iki şeyin bir-biri ilə tam mənasında uyuşması, oxşar olması. Sözün kökü tabəqa [5^]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola bilər. Burada əsas olan subyektin insan olması deyil. İnsan, yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa bilər.

UYDURMA — Yalan, boş, həqiqəti olmayan. Həqiqətlə tərs düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.

UYUM — uyğunluq, münasiblik, oxşarlıq, bərabərlik, harmoniya, ahəngdarlıq və s.

UZAY — Fəza, göy boşluğu, uzanmış, genişlənmiş, geniş və s.

UZDU — Əzəli olan, əvvəli bilinməyən, çox əski, qədim.
 
 
Müəllif: ADİLƏ NƏZƏROVA
Mənbə: FƏLSƏFƏ TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ
“Elm və təhsil” nəşriyyatı, Bakı — 2014

Davamı →

T hərfi ilə başlayan fəlsəfə terminləri

TABU [polineziya dilində] Qeyri-normal gücə sahib olan bir nəsnə, insan və ya söz tabu syıla bilər.
İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvürvə -zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz. Müasir dildə: senzura tərəfindən işlənməsi qadağan edilmiş söz, yaxud qaba, ədəbsiz sayıldığına görə işlənməsi qeyri-münasib hesab edilən söz.

Davamı →

Ş hərfi ilə başlayan fəlsəfə terminləri

ŞAMANİZM — ibtidai-icma quruluşunda bəzi xalqlarda yaranmış erkən din. Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsaslanır.

ŞAFİLİK — sünni məzhəblərindən biri; banisi islam hüququnun dərin bilicisi, fakih və mühəddisi, Fələstinin Qəzzə şəhərində anadan olmuş Məhəmməd bin İdris əş-Şafildir.

Davamı →

S hərfi ilə başlayan fəlsəfə terminləri

SABİT  — sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] — şüurun taxılıb qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.

SAF — içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari. Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine Anschauung; fr. Intuition pure; ing. Pur intuition] isə Kantın fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama girdikləri sağ hiss, biliyin ilkin şərtidir.

Davamı →