İlan zəhərinin faydaları
İlan zəhərindən müxtəlif ölkələrin xalq təbabətində hələ qədim zamanlardan istifadə edilsə də, onun müalicəvi əhəmiyyəti tibb elminə XIX əsrin sonlarında məlum olub. Yalnız bundan sonra ilan zəhərinin elmi tədqiqinə başlanılıb, onun biokimyəvi tərkibi, farmakoloji və müalicəvi əhəmiyyətini öyrənmək üçün araşdırmalar aparılıb. İlan zəhəri istehsalının ilk illəri XIX əsrin sonlarında tibbi əhəmiyyəti elmə məlum olduqdan və tibbi xammal kimi əczaçılıq sənayesində istifadə olunmağa başladıqdan sonra dünyada ilan zəhərinin istehsalına ehtiyac yaranıb. Bu məqsədlə zəhərli ilanlar təbiətdən ovlanılır və zəhərlərini almaq üçün süni şəraitdə serpentarilərdə (ilan saxlanan yer — latınca «serpente» — ilan deməkdir) saxlanılır. İlanların süni şəraitdə yetişdirilməsi problemi hələlik həll edilmədiyindən, bütün dünyada ilan zəhəri yalnız təbii resurslar hesabına istehsal edilir.
Davamı →