Bədənimizdəki elektrik sistemi

Bədəniniz hər gün müntəzəm qulluq tələb edən elektriklə işləyən texnoloji cihaz kimidir. Bir əzələniz hərəkət etdikdə elektrik yük boşalması əmələ gəlir. Beyinin əmrlərini daşıyan siqnallar, orqanizmdən beyinə doğru hərəkət edən bütün duyğu siqnalları, hüceyrənin bölünməsi, ürəyin döyünməsi elektrikdir Əslində, bütün kimyəvi reaksiyalar elektrikdir, çünki molekulyar səviyyədə elektronlar ötürülür, paylanır və ya dəyişikliyə məruz qalır. İnsan orqanizmində elektrik olmayan heç nə yoxdur. Siz dincəlmək üçün uzandıqda belə enerji hasilatı ilə əlaqədar çətin proseslər iradənizdən asılı olmayaraq baş verir: ürəyiniz döyünür, ağciyərlərinizə oksigen gedir və s.
Ardı →

Südün faydası

Südü mətbəxdə bir çox məqsədlə istifadə edə bilərik. Tək baŞına içilə bilər, qəhvəyə, Şirniyatlara əlavə oluna bilər. YaxŞı sütü mətbəx xaricində baŞqa hansı məqsədə istifadə edə bilərik heç düŞündünüzmü?

GünəŞ yanığına yaxŞı gəlir
Yazın ən böyük problemlərindən biri günəŞ yanıqlarıyla yaxa qurtarmaqdır. Tətildəikən yanıqlardan tez xilas olmaq istiyirsiniz süt tozu, maye süt, çox az duz və su qarıŞığını günəŞdən zərər görən bölgələrinizə sürtün.
Südün yumŞaltma xüsusiyyəti dəriniz üçün həqiqətən faydalıdır. Yarım stəkan süt tozuyla suyu qarıŞdırın. Ardından maska kimi üzünüzə sürtün və 30 dəqiqə üzünüzdə gözlədin. Yuduqdan sonra dərinizin nə qədər yumŞaldığını görəcəksiniz.

Ardı →

Kivinin faydaları

  • Flora
Kivi meyvəsi vitamin, flavonoit və minerallar baxımından olduqca zəngindir. Xüsusilə, ehtiva etdiyi C vitamini, kalium və beta-karoten kivini möcüzə bir meyvə etməkdədir.

İtaliyadakı araşdırmalar kivinin xüsusilə 6-7 yaşında uşaqlarda tənəffüs yolları üzərində möcüzə kimi təsirlər yaratdığını göstərir. 
Ardı →

Meyvələrin möcüzəsi

Şaftalı

Şaftalı xoş ətirli və şirəli meyvəsilə demək olar ki, bütün meyvələrdən fərqlənir. Meyvəsində 10 – 12 %-ə qədər şəkər, 0,8 % üzvi turşular, pektin, karotin, C və B vitaminləri, mineral maddələrdən: kalium, natrium və dəmir duzları var. Toxumlarının tərkibində isə 50 – 60 % əla keyfiyyətli piyli yağ və panqam turşusu olur. Elmi təbabətdə şaftalı toxumlarından

alınan piyli yağdan bir sıra məqsədlər üçün geniş istifadə olunur. Məsələn, bu yağdan emulsiya hazırlayıb körpə uşaqlarda tez-tez baş verən qarın ağrılarında zərif işlətmə dərmanı kimi


Ardı →

Balın faydaları

Ən çox keyfiyyətli bal çiçək balıdır.

Ən çox olan bal növü şam balı, şabalıd çiçəyi balı. Bal içində bakteriya saxlamaz, eyni zamanda bakteriya öldürücü təsiri vardır. Sümük və diş inkişafı üçün bal faydalıdır. İçərisində inkişafa qatqı təmin edən A, B, C vitaminləri və əhəmiyyətli minerallar var. 

Bal mədəyə qüvvət verər. Həzmi lazım olmadığı üçün qana asanca keçər.


Ardı →

Ürəyin işemik xəstəliyi

Ürəyin işemik xəstəliyinə-qan dövranının müxtəlif dərəcədə pozulması olan stenokardiya, miokard infarktı və kardioskleroz aiddir.
Döş anginası və yaxud stenokardiya tac damarlarında qan dövranının pozulması ilə əlaqədar olub, cavan və ahıl yaşlı insanlarda baş verir.Əsas əlaməti ürək və ya döşarxası nahiyələrdə tutmaşəkilli ağrı və onun sol qola kürəyə, boyuna vurması, bir neçə dəqiqədən bir neçə saata davam etməsidir.( yarımsaatdan sonra miokard infarktına keçir)
Ardı →

Kardioloji praktikada yüksək nəticələr əldə edən

Maqnikor dünya miqyasında məşhurlaşan və kardioloji praktikada yüksək nəticələr əldə edən dərmandır. Maqnikorun kompleks şəkildə iltihab əleyhinə, antilipid və antiaqreqant təsir göstərir. Başlıca effekt tromboksan və prostaqlandinlərin əmələ gəlməsini ingibə edir. Siklooksigenazanın ingibitoru kimi analgetik effekt verir. Qanda trombositlərin miqdarını normallaşdırır. Maqnikorun tərkibində olan maqnezium hesabına mədə-bağırsaq sistemini müdafiə edir. Eləcə də antasid təsir yaradır. Farmakodinamik olaraq plazma zülallarına yaxşı bağlanır və orqanizmə tam transport olur. Metabolizmi zamanı qaraciyərə mənfi təsir göstərmir və sürətli şəkildə transformasiya olur. Qan təzyiqini normallaşdırıcı və qan durulaşdırıcı təsiri ilə qəfləti ürək tutmalarının və ölümlərinin qarşısnı alır. Maqnikorun tərkibi və dozası ürək-damar sistemi xəstəlikləri zamanı ideal təsir yaratmasına şərait verir. Ürək xəstəliklərinin simptomlarını tez aradan qaldırır və müalicədə asılılıq yaratmır.

GÖSTƏRİŞLƏRİ:

Kəskin və xroniki ÜİX

Kəskin Miokard İnfarktı

Ürək əməliyyatlarından əvvəl və sonra

Kəskin koronar sindrom

Qeyri-stabil Stenokardiya

Hiperxolesterinemiya və Şəkərli diabet

Təkrar trombozlar zamanı

50 yaşdan yuxarı infarkt riski olanlar

Ürək-damar sisteminin müalicə və profilaktikası


Profilaktik olaraq gündə 1 dəfə yeməkdən sonra daxilə qəbul edilir.

Kəskin miokard infarktı zamanı gündə 1-2 dəfə və daha çox.

Qeyri-stabil Stenokardiya zamanı gündə 2-3 tablet.

Tromb riski olan xəstələr gündə 1-3 tablet.

Ürək-damar sistemi xəstəlikləri zamanı 1 tablet.


Davamı →

Qadınlarda damar genəlməsi zamanı

Esplant

Esplant angioprotektor, kapilyarstabilləşdirici, dekongestant (ödem əleyhinə), iltihab əleyhinə təsirlərə malik dərman vasitəsidir. Esçinin təsir mexanizmi mukopolisaxaridlərin  parçalanmasının azalmasına, venoz damar divarı və ətraf birləşdirici toxumalarda trofiki proseslərin yaxşılaşmasına səbəb olan lizosomal membranların stabilləşməsinə, autolitik hüceyrə fermentlərinin xaric olmasının tormozlanmasına əsaslanır. Preparat patoloji səviyyədə yüksəlmiş damar-toxuma  keçiriciliyini azaldır, hüceyrəarası sahədə aşağı molekullu zülalların, elektrolitlərin və suyun transkapilyar filtrasiyasının qarşısını alır, venoz damar divarının tonusunu artırır, venoz durğunluğun qarşısını alır (xüsusilə aşağı ətraflarda), periferik ödemləri, ayaqlarda olan ağırlıq hissini, yorğunluğu, gərginliyi, qaşınmanı, ağrını azaldır.


Göstərişləri

  • Müxtəlif mənşəli xroniki venoz çatışmazlıq və onun ağırlaşması
  • o cümlədən qan təchizatının funksional pozğunluqları (ödemlər, baldır əzələlərinin qıcolmaları, ayaqlarda ağrı və ağırlıq hissi, venaların varikoz genişlənməsi, trofiki dəyişikliklər, hemorroidal düyünlər)
  • posttromboflebitik sindrom
  • yumşaq toxumaların iltihabi və əməliyyat sonrası ödemləri

 

İstifadə qaydası və dozalanma

Böyüklərə — gündə 3 dəfə yeməkdən sonra 1-2 tab. Müalicə kursu müalicənin effektivliyindən və davamlılığından asılı olaraq fərdi təyin olunur. Müalicə kursu 3 aydır.

Hamiləlik və laktasiya

Esplantın hamiləliyin I trimestrində qəbulu əks göstərişdir. Hamiləliyin III trimestrində, xüsusilə aşağı ətraflarda ödem yarandıqda və nefropatiya olmadıqda preparatın qəbulu mümkündür. 

Buraxılış forması

Qutuda 20 mq-lıq 40 tab.


Davamı →

Kənddə yaşayırsansa çalış xəstələnmə

Əgər sənin sağlamlığın təhlükədədirsə və təcili tibbi yardım tələb edirsə, o zaman müraciət edəcəyin ilk yer ya Təcili Tibbi Yardım xidməti, ya da ən yaxınlıqdakı tibb məntəqəsi olacaq. Azərbaycanda, paytaxt Bakıda bunu etmək və lazımi kömək almaq mümkündür. Düzdür, burada da bəzi çatışmayan cəhətlər var, amma yenə də şükür etmək lazımdır ki, adamı ölməyə qoymurlar. Regionlarda isə vəziyyət tamam başqadır. O qədər başqadır ki, insanı hətta Azərbaycanda Bakıdan başqa yaşayış məntəqəsinin olmadığına inanmağa vadar edir.
Bu günlərdə Oxfam təşkilatının təşkil etdiyi bir səfərdə iştirak etdim. Səfərdə bu təşkilatın Aran zonasında yaşayan müxtəlif icmalardakı insanlara etdikləri yardımlarla tanış oldum. Bu təşkilatın insanlarımız üçün etdikləri gözəldir, amma məni düşündürən başqa şey oldu. Əgər bu təşkilat olmasaydı, səfər etdiyim ərazilərdəki tibb məntəqələri nə vəziyyətdə olacaqdı? Ordakı insanlar təcili tibbi yardıma ehtiyacları olduqda nə edəcəkdilər?
Ardı →

Müsəlman təbiblər

Müsəlman alimləri bir çox ixtira və kəşfləri ilə avropalıları əsrlərlə qabaqlamışlar. Avropada cəhalətlə öyünüldüyü, elmlə düşmənçilik edildiyi, elm adamlarının öldürülüb yandırıldığı inkvizasiya dövrlərində müsəlman alimlər tərəfindən həyata keçirilmiş bəzi elmi axtarış və kəşflər diqqətəlayiqdir.İlk kağız fabriki 794-cü ildə Bağdadda Harun ər-Rəşidin vəzirinin oğlu İbn Fəzl tərəfindən qurulmuşdur. Belə bir fabrik 800-cü ildə Misirdə, 950-ci ildə isə Əndəlüsdə (İspaniya) inşa edildi. Avropada isə yalnız uzun illər sonra belə bir fabrik açıldı. 1100-cı ildə Bizansda, 1102-ci ildə Siciliyada, 1228-ci ildə Almaniyada, 1309-cu ildə isə İngiltərədə ilk kağız fabrikləri fəaliyyətə başladı. Məlum olduğu kimi kağız kitab üçün xammaldır. İslam dünyasında kağız fabriklərinin qurulması elmin sürətlə yayılmasını göstərir.

Ardı →