Cadu | Cadudan necə qorunmalı

İndi XXI yüzillik olsa da, insanlarımız cadu-bitikdən əziyyət çəkir. («Bitik» — qədim türkcə «yazı» deməkdir). Yazılmış, cızılmış, oxunub üfürülmüş müxtəlif cismlər vasitəsilə bədxahlar, qara magiya ilə məşğul olan, pula görə Allahını tanımayan zalım adamlara cadu etdirirlər. Təbii ki,  bu vaxt insanın əhvalı pozulur, iştahadan kəsilir, adi həyat ritmi dəyişir. İbadət, oruc tutmaq, müxtəlif dualar insanı pis niyyətli adamların şər işlərindən qoruya bilir. Üzügülər olub səmimi davranan üzüyola adamlara cadu az edilir. Tarixi qaynaqlar peyğəmbərimizə edilən cadudan bəhs açır.
Müslim əl-Buxari Aişədən rəvayət edir ki, bir dəfə Allahın rəsulu Məhəmməd peyğəmbərə (ona Allahın xeyir-duası və salamı olsun) cadu edilir. Bunun təsirindən xəstələnərək yatağa düşür. Nəhayət, Cəbrayıl bunun səbəbinin dərin quyuda daşın altında gizlədilmiş cadu olduğunu bildirir və cadunu oradan çıxarırlar.

Ardı