Əsl molokan kələmi

Lazım olan məhsullar:
Kələm — 3 kq
Kök — 3 dənə
Duz — 2 xörək qaşığı
Şəkər tozu — 1 xörək qaşığı
Su — 1 l.

Hazırlanması:
1. Kələmi və kökü xırda-xırda doğrayın və yaxşı qarışdırın.
2. Emallı qazana yığın.
3. 1 l suya duz və şəkər əlavə edin və qaynara düşənə kimi qızdırın.
Davamı →

Bibər turşusu

Tərkibi:
bibər
duz
sarımsaq. 

Hazırlanması:
Turşu üçün incə, uzun acı və ya şirin bibərlər istifadə edin.
Turşu olduqdan sonra istənilən sarı rəngi əldə edə bilmək üçün, təzə halda ikən rəngi tünd yaşıl bibərləri seçin.

Ən yaxşısı yaşıl-sarı rəngdə olan bibərləri seçin. Əzik və çürük olanları çıxarın. Turşunun hazırlanması və qatqı maddələri, xiyar turşusunda olduğu kimidir. Yalnız bibər turşusunun duz miqdarı bir az daha az olmalıdır.
Davamı →

Soğan turşusu

Tərkibi:
2 ədəd soğan,
1 stəkan üzüm sirkəsi, 
2 stəkan qaynadılıb soyudulmuş su, 
1 çay qaşığı keşniş toxumu, 
1 çay qaşığı xardal toxumu, 
2 yemək qaşığı duz, 
1 çay qaşığı limon duzu.

Davamı →

Badımcan turşusu

İnqridientlər:
2 kq kiçik turşuluq badımcan
1 ədəd kələm
1 ədəd kök
3 ədəd qırmızı bibər
1 dəstə kərəviz
1 dəstə cəfəri
1 stəkan sirkə
1 baş sarımsaq
1 çay qaşığı şəkər tozu
3-4 ədəd dəfnə yarpağı

Hazırlanması:
Badımcanları yuyun, sap və uc qisimlərindən bir barmaq buraxaraq ortasını ucu ilə uzununa 4 bərabər hissəyə ayırın. Duzlu suda yumşalana qədər qaynadın. Qaynama prosesi bitdikdən sonra bir qabın içinə üst-üstə yığıb, üzərinə ağır bir şey qoyun, acı suyunun çıxması üçün 3-4 saat saxlayın.
Davamı →

Əzgil turşusu

Tərkibi:
2 kilo əzgil
1 kilo toz şəkər
2 ədəd limon suyu
2 litr su

Hazırlanması:
Bu reseptlə alınmış əzgilləri suda yuyun, suyu süzüldükdən sonra bıçaqla dörd bir yandan 2 sm uzunluğunda kəsin.

Daha sonra 1 litr suya toz şəkərlə və limon suyunu əlavə edin və əriyənə qədər qarışdırın. Əzgilləri qaba boşaldın. Hazırladığınız şəkər qarışığını əzfillərin üzərinə əlavə edin və ağzını yaxşıca bağlayın. 15-20 gündən sonra əzgil turşusu hazır olacaq.
Davamı →

Yağlı bibər turşusu

Tərkibi:
1 kq qırmızı bibər
1 stəkan sirkə
1 stəkan duru yağ
10 -12 diş sarımsaq
Duz

Hazırlanması:
Əvvəlcə bibərləri yuyub təmizləyin və istədiyiniz ölçüdə doğrayın. Duru yağı, sirkəni geniş bir qaba əlavə edib ocağa qoyun. Həmin qarışım qaynamağa başladıqda bibərin hər iki tərəfini qızartmağa başlayın.

Daha sonra 2-3 diş sarımsağı balonun dibinə qoyub üstünə qızaran bibərləri yerləşdirin və duz səpin. Bunu bibərlər bitənə qədər davam etdirin.
Davamı →

Kələm turşusu

Kələm turşusu ən sağlam və ləzzətli turşulardan biridir. Kələm turşusu xüsusilə soyuq aylarda hər yeməyin yanında sevilərək yeyilir. Kələm turşusunun qaraciyər yağlarını aradan qaldırdığı, bağırsaqdakı faydalı bakteriyaları qoruduğu deyilir.

Ərzaqlar:
1 kq kələm
1 ədəd kök
5 diş sarımsaq
2 ədəd acı və ya şirin bibər
1 dəstə cəfəri
1 stəkan sirkə
1 stəkan su
2,5 xörək qaşığı iri duz
4-5 ədəd noxud.
Davamı →

Şaftalı turşusu

İnqridientlər:
1 yemək qaşığı bitki yağı,
Yarım çay qaşığı zəncəfil,
6 ədəd yetişmiş şaftalı
Qırmızı istiot 3 xörək qaşığı
şəkər 3 xörək qaşığı alma sirkəsi
Duz

Hazırlanması:
Yağı sous tavasında isidin. Zəncəfili yağa əlavə edin və o qızılı rəng alana qədər bişirin. Soyulmuş şaftalıları içinə qoyun. Həmçinin qırmızı bibər və duz vurun. Təxminən 15 dəqiqə qalın bir sous yaradana qədər orta temperaturda isidib qarışdırın.

Şəkəri və sirkəni əlavə edib 15 dəqiqə daha bişirməyə davam edin. Daha sonra altını söndürüb, tamamilə soyudun. Hava keçirməz balonlara yığın və bir həftə boyu soyuducuda saxlayın. Bundan sonra yeməyə hazırdır.

Nuş olsun!
Davamı →

Lobya turşusu

Lobya yeməyi hər birimiz xoşlayırıq. Hələ payızda çıxan təzə lobyanın ləzzətindən doymaq olmur. Bilirik ki, lobyadan yalnız xörək bişirilmir, gözəl turşular da hazırlanır. Lobya turşusu hazırlayarkən ən əhəmiyyətli məqam onun yeyilərkən xırçıldamasıdır.

Ərzaqlar:
500 qr yaşıl lobya
1 baş sarımsaq
6stəkan su
Yarım stəkan iri duz
İstəyə görə acı bibər.

Hazırlanması:
Əvvəlcə yaşıl lobyaların qılçıqlarını və saplarını təmizləyib, soyuq su ilə yuyun. Daha sonra dərin bir qazanın içərisinə su tökün. Qazanın içərisində lobyaları bir buğum qaynadın.
Davamı →