Bakıda gəziləcək yerlər
Əlbəttəki var!
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Krit Yunanıstanın ən böyük adasıdır. Paytaxtı İraklion şəhəridir. Bu əfsanəvi məkana getmək üçün Bakı- Moskva-İraklion reysindən istifadə etməlisən. Möhtəşəm Krit mənzərəsi sübut edir ki, bura həqiqətən «Allahlar diyarı » olub. Adanın ən hündür yerində Zevsin doğulduğu «Dikteon» mağarası yerləşir. Deyilənə görə, ildə bir dəfə — Zevsin doğulduğu gün — mağaradan qəribə səslər gəlir, qeyri-adi işıq süzülür. Buna şahidlik etmək hər kəsə nəsib olmur. Möcüzəvi suyu olan Buhta Balos əsl sirlər diyarıdır. Bədənində sağalmaz yaraları olan insanlar buradakı suda çimən kimi sağalırlar.
Vatikan — müstəqil şəhər-dövlətdir. Hər birimizə Roma Papasının iqamətgahı yerləşən Roma katolik kilsəsinin mərkəzi kimi tanışdır. Bu kiçik dövlətin başçısı da Papadır.
Vatikan şəhər-dövləti 7 iyun 1929-cu ildə imzalanmış “Lateran” müqaviləsi əsasında yaradılıb. Sahəsi 44 hektar, əhalisi isə cəmi 830 nəfərdir. Paytaxtı Vatikan şəhəridir. O, bütün dövlət atributlarına malikdir, dünyanın əksər ölkələri ilə diplomatik münasibətlər saxlayır. BMT-nin üzvü olmayan yeganə Avropa dövlətidir. Vatikan 134 nəfərlik İsveçrə qvardiyası tərəfindən mühafizə edilir. Bura hər il 17 milyondan artıq turist və zəvvar baş çəkir. Siz də onlardan biri ola bilərsiniz…