Yuxusuzluq — Bütün gecə yataqda dönüb durandan sonra hamımız özümüzü dəli olmuş kimi hiss edərik. Həftə sonu yuxuya daha çox vaxt ayıracağınızı düşünərək, ya da bir neçə fincan qəhvə içərək bu təsirdən xilas olacağınızı düşünsəniz də uzun müddətli yuxusuzluq yaddaşınıza ciddi mənada təsir edər. Bəzi araşdırmalara görə, yatdığınız zaman beyninizin xatirələri və gündəlik hadisələri yığan qismi bu xatirələri uzun, davamlı yaddaşa keçirməyə başlayır. Bu ilin əvvəllərində edilən bir araşdırma isə, yuxu çatışmazlığının səhv xatirələr meydana gəlməsinə və adamın başını qarışdırmasına səbəb olduğunu ortaya qoymuşdur.
Çoxlu fotoşəkil çəkmək — Instagram və ya digər sosial media kanalları üçün fotoşəkil çəkmədiyimiz və yoldaşlarımızla paylaşmadığımız günlər yox deyiləcək qədər azdır. Bu fotoşəkillərin xatirələri yığmağa yaxşı gəldiyini söyləyə bilərik, amma həqiqətən elədirmi? Ən son xoşunuz gələn bir şeyə kamera linzaları istifadə etmədən, yalnız gözlərinizlə nə zaman baxdınız? Fairfield Universitetinin keçən il nəşr etdiyi bir araşdırmaya görə, obyektlərin fotoşəkillərini çəkən insanlar, yalnız baxan insanlara görə detalları xatırlamaqda çox daha çox çətinlik çəkir. Bu nəticə bizə beynin detalları və xatirələri necə tutduğunu və işlədiyini göstərir.
Həddindən artıq spirt istehlakı - Birləşmiş Krallıqda edilən bir araşdırmaya görə, orta yaşlarda qazanılan həddindən artıq spirt istehlakı vərdişi yaddaşı zəiflətməyə səbəb olar və irəli yaşlarda yaddaşınızı itirmə riskinizi ciddi mənada yüksəldər. Araşdırmaçılar orta yaşlardakı insanların 10 illik spirt istehlak vərdişlərini, spirt istifadə edən və ya çox az istifadə edən insanlar ilə müqayisə etmiş və yaddaş itkisi nisbətlərinin spirt istehlakıyla yüksəldiyini ortaya çıxarmışdır.
Ardı →