Roman Abromoviç məsləhətləri

Bizim problemlərimizin böyük əksəriyyəti öz beynimizdə yaranır. Onları biz yaradırıq. Onlar hər hansı bir hərəkətin, hadisənin, uğursuzluğun və yaxud hər hansı başqa bir cəhətin nəticələri deyil. Onlar sadəcə olaraq pis daxili vərdişlərimiz səbəbindən peyda olurlar. Bu vərdişlərdən dərhal olaraq azad olmağa çalışın. Sağlam ruh naminə.

Aşağıda Roman Abramoviçdən sizi mental, ruhi problemlərdən azad etməyə kömək edəcək məsləhətləri təqdim edirik.
Davamı →

Trumpdan biznes məsləhətləri

Son zamanlara qədər sadəcə biznes sahəsində məşhur olan amerikalı milyarder Donald Trump ABŞ prezidentliyinə namizəd olduqdan sonra öz qalmaqallı çıxışları və iddiaları ilə də gündəmə gəldi və hazırda da bütün dünya üzrə müzakirə mövzusu olaraq qalmaqdadır.

Lakin bütün bunlara baxmayaraq qalmaqallı namizəd biznesmen fəaliyyətini davam etdirir. Onun bir fəlsəfəsi var – milyarder kimi düşün və sən milyarder olacaqsan. Bununla yanaşı, Donald Trump hər zaman öz qəddar və praqmatik müdrikliyini hər kəslə paylaşmağa hazırdır.

▪ Həyata qarşı pozitiv münasibətinin daim qələbə qazanmasına imkan ver: öz optimistliyində inadkar ol.

▪ İşdən azad etmək – vacib və məsuliyyətli bir prosesdir. Düzdür, işdən qovmaq xoş olmasa da, xəstə budağı kəsməklə, bütün ağacı xilas etmək olar.
Davamı →

Uğurlu biznes qurmağın yolları

Biz kiminsə uğurlu iş adamı olduğunu görəndə çox vaxt yalnız nəticəyə baxırıq, həmin adamın bu pilləyə necə gəlib çatması barədə düşünmürük. Hesab edirik ki, uğurlu biznes qurmaq üçün yaxşı ideya tapmaq və təcrübəli iş adamlarından məsləhət almaq kifayətdir. Amma bu, heç də belə deyil. Uğur əldə etməyin universal formulu mövcuddur:


Hazırlıq + Biznes ideyası + İdeyanın reallaşdırılması mexanizmi = Uğurlu biznes.

Biznesə başlamaq, onu qurmaq və inkişaf etdirmək cəzbedici görünür. Bəzi sahibkarlar vaxtilə kiminsə “əlinin altında” işlədiklərindən daha çox işləyirlər, heç qazancları da əvvəlkindən fərqlənmir. Elə isə, onları öz bizneslərini qurmağa nə vadar edib? Yəqin ki, məqsəd iqtisadi asılılığa son qoymaq, azadlıq və müstəqillik olub. Gələcək biznesmenin hazırlıqlı olması çox vacibdir. Müvafiq bilik və bacarıqları olmayan “iş adamı” öz fəaliyyətinin başlanğıcında müflis ola bilər. Bu, avtomobil sürməyi bacarmayan birinin sükan arxasına keçərək, avtomobili hərəkətə gətirməyə çalışması kimi bir şeydir.
Davamı →

Çox adam 25 yaşında ölür, ancaq məzara 75 yaşında qoyurlar

Benjamin Franklinin həyat dərsləri və aforizmləri

Benjamin Franklin (1706-cı ildə İngiltərənin Boston şəhərində doğulub,  1790-cı ildə ABŞ-ın Filadelfilya şəhərində dünyadan köçüb) – siyasi xadim, diplomat, alim, ixtiraçı, yazıçı, jurnalist, naşir, mason olub. ABŞ-ın müstəqil dövlət kimi yaranmasında Benjamin Franklinin çox böyük xidmətləri olub və ABŞ-ın müstəqil dövlət kimi əsasını qoyan üç tarixi sənədin:

1. ABŞ-ın müstəqillik deklarasiyası.
2. ABŞ-ın Konstitusiyası.
3. 1783-cü il Versal sülh müqaviləsinin hər üçündə imzası olan yeganə tarixi şəxsiyyətdir.
Davamı →