Uşaqların dünyasını onların rəsmlərində kəşf edin

Ev və ağac şəkli
Övladınıza ev, ağac və insan şəkli çəkməyi təklif edin. Onun (Mən evi necə çəkim? Evin neçə pencərəsi olur? Ağacın yarpaqları necə olur? və.s) suallarına isə cavab verməyin. Çalışın uşağınıza başa salasınız ki, rəsmi o özü tək, bir kimsənin köməyi olmadan çəkməlidir. Bu şəkli çəkmək üçün övladınıza tam sərbəstlik verin. O rəsm çəkməklə məşğul olan zaman siz onun verdiyi sual və şərhləri, həmçinin işləmə müddətini və digər vacib momentləri qeyd edin. Balaca şəkli bitirəndən sonra onunla söhbət edin:


Davamı →

Rəqəmsal uşaqlar

Övladının təhsilinə ümidlə baxan valideynlərlə yanaşı, uşağının dərsə hazırlaşmadığından, kitab “üzü” açmadığından, saatlarla kompüterin qarşısında “itib-batdı”ğından şikayətlənən ata-analar günümüzün reallığıdır. Əlimizdə statistika olmasa da, hər halda ikincilər birincilərdən çoxdur. Əslində, bu, həmişə belə olub. Ancaq müasir texnologiyalar, internet, şəbəkə oyunları, rəqəmsal gerçəklik fonunda müasir uşaqların dərsdən yayınmaları daha qabarıq gözə dəyir. Belə olan halda yeni nəslin valideyni nə etsin? Övladını kompüterdən necə ayırsın? Onu kitaba, dərsə meyl salmağa necə məcbur etsin?

Davamı →

Uşağın hədiyyəyə münasibətini necə formalaşdırmalı?

Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini necə formalaşdırmalıyıq?
Bu barədə Uşaq Bağçasının Meneceri Mədinə İmanovanın fikirlərini təqdim edirik:
Uşaqda hədiyyə bağışlamaq və hədiyyə qəbul etmək mədəniyyətini formalaşdırmaq asan səslənsə də, dərinə varanda çətin məsələdir. Buna planlı şəkildə yanaşmaq lazımdır. Həm hədiyyə qəbul etmək, həm də hədiyyə bağışlamaq mədəniyyətini uşağa ayrı-ayrılıqda aşılamaq lazımdır.
Davamı →

Uşaqlarınızla vaxt keçirməyin yollari

Uşaqlarla faydalı vaxt keçirmək uşağın emosional və zehni inkişafı üçün olduqca önəmlidir. Uşaqla faydalı vaxt keçirə bilmək üçün ilk öncə onun fiziki və mənəvi ehtiyacları qarşılanmalıdır. Bu ehtiyacları dəstəkləməyə yönəlmiş bəzi faktorlar mövcuddur.
Uşaqların fiziki və mənəvi ehtiyaclarını dəstəkləyən faktorlar:
Uşaq anadan olduğu andan etibarən ata və ananın həm fiziki, həm də mənəvi qayğısına ehtiyac duyur.Uşağın altını təmizləmək,qarnını doyuzdurmaq,bütün ehtiyyaclarını qarşılamaq fiziki qayğıdır.Uşaqla oynamaq, onu güldürmək, sevmək, oxşamaq,ona müxtəlif hərəkətlər etdirmək isə uşağın mənəvi ehtiyyaclarını qarşılamaqdır.
Davamı →

Ana, mən dünyaya necə gəldim?

Bəzən valideynlər uşaqları tərəfindən verilən belə bir sualla üzləşir: “Ana, mən dünyaya necə gəldim?”. Bu sualı necə cavablandırmaq lazım olduğunu bilirsinizmi?

Uşaqların bu tipli suallarını necə cavablandırmaqda aciz qalan bəzi valideynlər “Səni xəstəxanadan almışıq”, “Hədiyyə veriblər”, “Meşədən tapmışıq” və ya bir az yumor hissi ilə olanlar “Zibilxanadan tapmışıq” və s. kimi cavablar verirlər. Belə cavablar özlərini tanımağa başlayan uşaqlar üçün çox ciddi əhəmiyyət daşıyır.

Hər bir insanın cinsi tərbiyəsi ailədə başlanmalıdır. Uşaq ana-atasına soruşduğu suallara cavab ala bilməyincə şübhələr, qorxular və cinsi biliksizlik içərisində qalır.
Davamı →

Uşaqlar böyükləri niyə sevmir?

Uşaqlara fikir versəz, görərsiz ki, əslində onların böyüklərdən xoşları gəlmir. Biz zorla böyüklərə əydiririk uşaqları: “Böyükdü, hörmət et”. “Böyükdü, salam ver”. “Böyükdü, imkan ver səni öpsün” “Böyükdü, sən dur, o otursun”. Özlərinə qalsa, böyüklər onların vecinə də deyil. Düz də edirlər. Nə öyrənəcəklər bizdən? Saxtalığı? Onlar öz dünyalarında xoşbəxtdilər. İstədikləri vaxt gülürlər, qışqırırlar, sevinirlər. Biz isə bu təbii sevinci əngəlləməklə məşğuluq. Ayıbdı, camaat baxır…

Çünki camaat doğrudan da baxır. Çünki heç kim baxıb təbii qəbul etmir. “Uşaqdı, belə də olmalıdı” düşünmür. Biz uşaqla davranmağı bacarmırıq. Onları görəndə şitlik edirik. Yalançı “usi-pusi”lər, əzizləmələr uşaqların ətini tökür.
Davamı →

Uşağın inkişafı ilə bağlı maraqlı faktlar

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir. Bu yazıda, qısaca sizlərə uşaqların inkişafı ilə əlaqədar 10 vacib məlumatı paylaşacağıq.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.
Davamı →

Ölümü uşaqlara necə izah edək?

Hər bir ölkənin sağlam gələcəyi onun vətəndaşlarının keçmiş tarixini unutmamasındadır. Sağlam gələcək naminə uşaqlarımıza uşaqlıq dönəmindən vətənpərvərlik duyğusu aşılamalıyıq. Vətən hər zaman “Ana Vətən” kimi simvolizə olunur. Çünki hər bir insan üçün onun valideynləri, xüsusən, anasının onu dünyaya gətirməsi, bəsləməsi, qoruması vətənlə eyni mənanı kəsb edir. Sağlam ailədə böyüyən, valideynləri ilə sağlam münasibətdə olan hər bir uşaq böyüyəndə vətənini sevəcək, onu bütün müstəvilərdə qoruyacaqdır.

Bu məsələni çox xırdalamaq istəmirəm. Sözümün canı odur ki, uşaq artıq bağça dönəmindən vətəninin tarixi günləri ilə tanış olur. Onun əlamətdar adətlərini öyrənir. Gözəl, sevinc dolu bayramlar (novruz, qadınlar, həmrəylik və s.) uşaqlara ailə və ətrafı daha rahat anlamağa kömək olur.

Ağır, acılı günlərimizi necə?! Bax, burda hər kəs tərəddüd yaşayır. Necə edək ki, uşağımıza vətənpərvərlik duyğusunu aşılayaq, tarixini tanıdaq və bununla paralel onun psixikası zədə almasın?! Şəhidlərimizin foto görüntüləri göstərilsinmi?
Davamı →

İzn verin uşaqlar ağlasın

Valideynlərdən tez-tez uşaqlarının səbəbsiz yerə ağladığını, bir şeyi ağlayaraq istədiyini və ya ağlamaqla öz istəklərinə nail olmasını istəyini eşidirəm. Və bu uşaqların ağlamağı ilə bağlı siyahının yalnız bir hissəsidir. Niyə bizim uşaq göz yaşlarına münasibətimiz bu cür birtərəfli və qətidir? Niyə uşaqların göz yaşlarını görüb, onları həmən sakitləşdirib, susdurmaq istəyirik? Niyə oğlan uşaqlarının göz yaşları bizdə zəiflik və gücsüzlük əlaməti kimi qəbul olunur?

Biz uşaqların göz yaşlarının əsl səbəbini sona kimi anlaya bilməyəcəyik. Bəli, uşaqlar yorğunluqdan, aclıqdan, yuxusuzluqdan, həyacandan, qısqanclıqdan, sevincdən, narahatlıqdan, ana və ya ata üçün darıxdığından və digər səbəblərdən ağlaya bilər. Amma biz bu səbəbləri anlamaya da bilərik. Balaca uşaq qəlbindən neçə və necə fikirlərin keçməsi heç ağlımıza gəlibmi? Bizim gördüyümüz mənzərə həmişə həqiqi səbəbi təsvir etmir. Ona görə hərdən uşaq ağladığı zaman onu sakitləşdirmək üçün istifadə etdiyimiz üsullar və ya təkliflər mənasız olur. Və bu bizim əsəbləşməyimizə və hətta uşağa cəza verməyimizə səbəb olur.
Davamı →

Qumla oynamağın faydaları

İstirahət mövsümüdür. Böyüklərin beyinlərinin dincəlməsi və uşaqları ilə daha uzun zaman keçirmələri üçün fürsətdir. Dəniz, günəş, qum stressin qarşısını alan ilk ünsürlərdir. Məsələn, çimərliyə getmisiniz və uşaq qumla oynayır. Bu zaman necə davranmalısınız?

Çimərlikdə vedrə və kürəklə oynayan uşaqların bundan necə xoşlandıqlarını görürük. Ümumiyyətlə, ətraf mühitdən asılı olaraq uşaqlarımız küçədə, bağçada, qum olan yerlərdə oynamalıdır. Müasir dövrdə uşaqlarımız hər cür oyuncağa sahibdirlər. Ancaq asan əldə edilən oyun vasitəsi olan qumdan məhrum olaraq böyüyürlər. Uşaq bağçalarında şərtlərə uyğun olaraq uşaqlar qum görmürlər. Yaşadığımız ərazilərdə də qum olan məkanlar tapmaq asan deyil. Lakin maddi baxımdan ən ucuz əldə edilən qum fayda dəyəri baxımından ən bahalı vasitədir.
Davamı →