Allergik uşaqlara bu qidaları vermək olmaz!
Pediatr Günay Rəsulova bununla bağlı xüsusi menyu hazırlayıb.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.
Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?
Körpələr niyə hər qidanı bəyənmir?
Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.
Bunu anlayan valideynin məqsədi sadəcə düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.
Bəzi hallarda adi adaptasiya olunmuş qidalar uşaq orqanizminə uyğun gəlmir və bu halda həkim ona müalicəvi süni süd qarışığı təyin edir.
Müalicəvi süd qarışığı yalnız uşağı nəzarətdə saxlayan pediatr tərəfindən və yalnız buna ciddi göstəriş olduğu halda təyin oluna bilər. Bu zaman həkim həmçinin, müalicəvi qidanın həcmini və onun qəbul edilməsi müddətini də müəyyən edir.
— Laktoz çatışmazlığı zamanı (laktozanı parçalayan fermentin defisiti) onun ağırlıq dərəcəsindən asılı olaraq azlaktozlu və ya laktozsuz süd qarışıqlarından biri təyin olunur.
— Ana südü və ya inək südünün tərkibində olan zülala qarşı allergiya olduğu zaman, pediatr uşağa, keçi südü əsasında hazırlanan süd qarışığı təyin edə bilər. Əgər uşaqda, istənilən heyvani zülala qarşı allergiya olarsa, bu halda ona, tərkibində heyvani zülal olmayan, soya əsaslı süni süd qarışığı təyin edilir.
Uşaqda heyvanı zülallara olan allergiya zamanı xüsusi süni süd qarışıqları da istifadə olunur ki, bu qarışıqların tərkibində olan inək südü zülalları daha kiçik hissələrə parçalanmış haldadır. Uşağın immun sistemi belə parçalanmış zülalları «yad» zülallar kimi qəbul etmir. Bu səbəbdən, belə süd qarışıqları da uşaqlarda allergiyaya səbəb olmur.