Uşaqla bir dildə danışın

Hazırda günümüzün problemlərindən və valdeynlərin ən çox şikayət etdiyi məsələlərdən biri də iki dillilik problemidir. Valideynlərin şikayətləri isə əsasən bu yöndədir: «Uşağım danışa bilmir və 2 yaşı var. O, daha çox evdə yalnız mənimlə əlaqədə olur. Mən rus dilində danışıram. Uşağımla da bu vaxta qədər rus dilində danışmışam. Nənə, baba azərbaycan dilində danışır.

Uşağın danışmasında problem olduğu üçün, loqopedə müraciət etmişik. O arada hər iki dildə sözlər deyir. Mən nə etməliyəm? Hansı dildə bağçaya və loqopedə aparmalıyam...”

Belə hallarda isə mənim məsləhətim o olur ki, ümumiyyətlə hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, uşağın yaşadığı mühitdə hansı dil üstünlük təşkil edirsə, uşağa həmin dil öyrədilməlidir. Çünki dil irsi deyil, irqidir. Mütəxəssis kimi məsləhət görürəm ki, uşağın dili açılıb nitqi formalaşana kimi, bir dil seçimi etmək daha uyğundur. Əgər ata, ana rus dilli, lakin nənə, baba azərbaycan dilini istifadə edirsə, bu o deməkdir ki ailəni iki dillidir və uşağınızın nitqində bu problem yarada bilər və nitqinə mənfi təsir edə bilər.
Davamı →

Ağlayıb, ağlayıb, yatacaq

Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil. Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. “Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram” dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Davamı →

Körpələr bütün gecəni yatmalıdırmı?

Yəqin ki, bütün dünyada yeni doğulmuş körpələrin ailəsini və valideynlərini narahat edən ikinci ən vacib məsələ körpənin yuxusudur. Birinci narahatlıq əlbəttə ki, körpənin ana südü ilə doyub-doymamasıdır. Yeni valideynlərin ən çox eşitdikləri suallar isə “ Uşaq gecəni necə yatır?”, “Uşaq gecə neçə dəfə oyanır?” “Uşağın yuxusu necədir?” suallarıdır. Cavablardan asılı olmayaraq valideynlik kimi ağır məsuliyyəti boynuna yenicə götürmüş valideynlər “məsləhətlər” atəşinə tutulur. Xoşməramlı məsləhətçilərin bir qisminin məsləhəti “Qoy özü yatsın! Uşaqdır! Ağlayıb-ağlayıb yatacaqdır!”, “Uşağı bərk bələ, öz istisinə buğlanıb yatsın”, digər qisminin isə məsləhəti “Gecə əmizdirmə ki, bütün gecəni oyanmadan yatsın!”, “Yatmamışdan əvvəl bir şüşə süni qida ver ki, gecə oyanıb döş istəməsin!” olur.
Davamı →

Uşaqlarınızı açıq havaya çıxarın

Uşaqların fiziki və psixoloji baxımdan sağlam ola bilməsi üçün hərəkətə, açıq havaya, günəşə ehtiyacları var. Mütəxəssislər bildirir ki, körpənin açıq havaya çıxarılması, günəş şüaları qəbul etməsi çox mühümdür.

Günəş şüası sümük və toxuma inkişafı üçün əhəmiyyətlidir. Uşaqlar açıq havada rahat oynayırlar. Onlar üçün açıq havada oynamaq böyük ehtiyacdır. Yazda açıq havada oynamağa daha çox can atarlar. Parklara, bağa qaçarlar.

İlk günlər çox vacibdir
Yenidoğulmuş körpədə xüsusilə ilk günlərdə hələ tərləmə funksiyası formalaşmadığı üçün mühit istiliyi 22-24 dərəcədən çox olarsa, bu, uşağa mənfi təsir edir. Bədən istiliyi də artanda uşağın həyati funksiyaları mənfi təsir görür. Buna görə körpələrin yay aylarında sərin yerlərdə saxlanması və otaq istiliyinin 23-24 dərəcəni keçməməsinə diqqət etmək lazımdır.
Davamı →

Sünnət üçün ən uyğun yaş

Bəzi valideynlər elə düşünür ki, sünnət çox asan bir əməliyyatdır. Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər.

Bəs əslində sünnət neçə yaşda olmalıdır və valideynlər nəyə diqqət etməlidir? Kimi uşaq elə doğulan kimi, kimi isə 10 yaşından sonra sünnət elətdirir. Xüsusi ilə bölgələrdə həkim vəya valideynlərin laqeydliyi bəzi sünnət toylarını yasa çevrir.

Hələ də evdə köhnə üsullarla «ara həkimlərini» üstün tutanlar az deyil. Bunu isə valideynlər müxtəlif səbəblərlə izah edirlər. Həkimlər isə sünnət əməliyyatı uşaq müayinə edilməmiş və müvafiq şərait olmayan bir vəziyyətdə, icra edilməsinin fəsadlarının hər zaman ola biləcəyini deyirlər.
Davamı →

Uşaqları planşetdən uzaqlaşdırmağın yolları

Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz.

Mahnını tap
Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.

Hansı var, hansı yoxdur?
Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.

Mən kiməm?
Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.
Davamı →

Uşağın yaşına uyğun boyu və çəkisi

Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var. Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır. Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur. Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:
1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması
2. Qeyri-rasional birtərəfli qidalanma
Davamı →

Uşaqların sosial inkişafı

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır.

Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

0-2 yaşda sosial bacarıqların inkişafı
2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.
Davamı →

Uşağınız ət yemirsə

Bəzi uşaqlar valideynlərinin vegetarian olmamasına baxmayaraq, heyvani qidalara qarşı həssasdırlar və bəzən hər cür əti rədd edirlər. Əgər uşaq vegetarian pəhrizi kimi qidalanırsa və bu zaman müqaviməti zəifləyirsə, onun enerji, qida elementi ehtiyaclarını təmin etmək vacibdir. Bununla bağlı türkiyəli dietoloq Aslıhan Kiçiyin məsləhətləri olduqca faydalıdır.
Davamı →

Uşaqların üzgüçülüyə başlaması üçün ideal yaş

Üzgüçülüyün bütün bədənə, bəzi xəstəliklərlə müalicədə nə qədər faydalı olduğu çoxlarına məlumdur. Son zamanlar uşaqlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Bəs uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi neçədir?

Mütəxəssislər bədən inkişafına və duruşuna birbaşa təsir edən üzgüçülüyə başlamağın ideal yaş həddinin 4 olduğunu deyirlər. Ümumiyyətlə, üzmək uşaqların çox sevdiyi və erkən yaşda başlaya biləcəkləri idman növlərindən biridir.

Bədən müqavimətini 70% artırır
Üzgüçülüyün bir çox faydası var. Ən önəmli faydalarından biri bədəndəki bütün əzələlərin işləməsini təmin etməsidir. Bununla yanaşı, bədən inkişafını və duruşunu dəstəkləyir. Erkən yaşda öğrənildikdə boğulma riskini minimuma endirir. Uşaqların özgüvən qazanmasına böyük təsiri var. Məktəb xaricində sosiallaşa biləcəkləri bir mühit yaradır. Üzən zaman çoxlu enerji sərf olunduğundan uşaqlarda piylənmənin qarşısını alır. Skelet əzələlərinə, böyümə və inkişaf sisteminə faydaları var. Üzgüçülüklə məşğul olan uşaqların immunitetləri məşğul olmayan həmyaşıdları ilə müqayisədə 70% güclüdür.

Davamı →