Uşaqlara cinsi münasibətləri necə izah etməli?

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır?

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.

Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar.
Davamı →

Əkizləri necə böyüdək?

Əkizləri heç bir zaman tək bir fərd kimi düşünməməli və bu cür davranmamalıyıq. Onların ayrı-ayrı fərdlər olduğunu qəbul etməli, onlara da bunu qəbul etdirməliyik. Bunun üçün əsasən sadə, ancaq fərdiləşdirməyə yardım edən aşağıdakı bir neçə kiçik, amma çox önəmli fərdiləşdirmə önərilərinə diqqət etməliyik:

* Onlara bir-birinə bənzəməyən tamamən ayrı adlar verin.
* Onların öz geyimlərinin olmasına çalışın və eyni geyimlərdən mümkün olduğu qədər uzaq tutun. Əgər eyni geyimləri varsa ayrı günlərdə geyinmələrinə çalışın.
Davamı →

Uşaqların oyun asılılığına qarşı 7 məsləhət

1. Sevgi göstərin: Uşaqlara hədiyyə vermədən də sevgi və hörmət öyrədilə bilər. Uşaqlarla ailə, qohum və dost ziyarətinə gedə bilərsiniz. Ziyarətə gedərkən texnolojik alətlərini özünüzlə aparmayın.

2. Keyfiyyətli zaman keçirin: Balaca uşaqlarla parklara və idman mərkəzlərinə, gənclərlə kinoteatra və futbola baxmağa gedə bilərsiniz. Bilirdə kitab, qazet və jurnal oxumaq saatları planlaya bilərsiniz.

3. Oyun oynayın: Xalı üzərində, yerdə və ya masada qarşılıqlı oyunlar oynaya bilərsiniz.
Davamı →

Uşağa xərcliyi hansı yaşda və nə qədər verək?

Böyük yaşlarda puldan doğru istifadə etmək həmin şəxsə kiçik yaşlarından öyrədilən vərdişdən çox asılıdır. Ailələr uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqeləri olmalıdır.

Xərclik yaxşı bir hərəkətə mükafat və ya öhdəliyində olan hər hansı işinə ödəmə deyil, uşağa seçməyi, məsuliyyət hissi daşımağı öyrətmək üçün vasitə olmalıdır.

Ümumiyyətlə, uşaqlara 3-cü sinfin sonlarından sonra, yəni 9-10 yaşlarında pul verilməlidir. Az yaşda uşağa pul vermək uşağın ondan (pulu tanımadığına görə) doğru istifadə edə bilməməsi, aldığı hər hansı şeyin qalığını geri istəməməsi, lazımsız «fast food»a xərcləməsinə gətirib çıxarır ki, bu da özünü müəyyən problemlərlə göstərir.
Davamı →

Uşağınızı mənfi duyğulardan xilas edin

Uşaqlarınızla vaxt keçirin
Uşaqlarınızla tez-tez vaxt keçirməlisiniz. Problemlərini dinləməli və onların xoşladığı işlərə maraq göstərməlisiniz. Ən əhəmiyyətlisi isə danışarkən uşağa biganə yanaşmayın, onu diqqətlə dinləyin. Bununla övladınızın şəxsiyyəti haqqında məlumat toplayarsınız. Sizin bu davranışlarınız sayəsində digərlərinə dəyər verməyi və maraq göstərməyi öyrənəcək.

Sizin üçün nə qədər qiymətli olduğunu deyin
Psixoloqların araşdırmalarına görə, bir çox uşaq valideyni üçün nə qədər əhəmiyyətli olduğunun fərqində deyil. Sizin üçün nə qədər qiymətli olduqlarını hiss etdirmək kifayət deyil, bunu onlara söyləməlisiniz. Əks təqdirdə uşağınız dəyərli olduğunu və ya sevildiyini hiss etməz.
Davamı →

Niyə uşaqlar böyüyür, amma yetişmir?

Yetişməmək – tez-tez rast gəlinən və bir çox valideynlərin şikayət etdiyi problemdir. Lakin, bu problemin kökləri mədəniyyətimizdə qaynaqlanır. Biz, uşağa fərdiləşmə prosesində necə kömək edə biləcəyimizi anlamırıq.

Bu məsələnin cavabı uşağın hər yaşında aktualdır. Bu, ilk növbədə tələblərin yox, ehtiyacların ödənməsidir. Ehtiyacların ödənməsi öz növbəsində zəruri səviyyəni keçməlidir. Biz həmişə uşağa ehtiyacı olduğundan artığını verməliyik. Əgər onun qucağa ehtiyacı varsa, onu daha sıx qucaqlamalıyıq.
Davamı →

Qışqırmaq döyməkdən yaxşıdırmı?

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”. Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Davamı →

Uşaqları planşetdən uzaqlaşdırmağın yolları

Evdə, restoranda, parkda, alış-veriş mərkəzində və ağılınıza gələ biləcək hər yerdə uşaqların əlində netbuk, telefon, planşet görürük. Bəzi valideynlər uşaqları müasir smartfonlardan uzaqlaşdırmaqda çətinlik çəkirlər. Elmi texniki tərəqqi uşaqları öz aludəçisinə çevirib. Lakin qurtuluş yolu var. Bunun üçün uşaqlarınızla birlikdə oyunlar oynaya bilərsiniz.

Mahnını tap
Uşağa bildiyi bir mahnını zümzümə edin, hansı mahnı olduğunu tapıb desin.

Hansı var, hansı yoxdur?
Masanın üzərinə bir neçə əşya qoyun. Uşağa diqqətlə baxmasını deyin. Sonra gözlərini bir bezlə bağlayın və əşyalardan birini gizlədin. Sonra gözlərini açın və ondan hansı əşyanın olmadığını soruşun.

Mən kiməm?
Ağılınızda bir heyvan seçin. Uşaq sizə o heyvanın xüsusiyyətləri haqqında suallar versin. Cavablarınıza əsasən hansı heyvan olduğunu təxmin etməyə çalışsın.
Davamı →

Uşağın inkişafı ilə bağlı maraqlı faktlar

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir. Bu yazıda, qısaca sizlərə uşaqların inkişafı ilə əlaqədar 10 vacib məlumatı paylaşacağıq.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.
Davamı →

İzlə və nəticə çıxar

Yaxşı uşaq tərbiyə etmək ətrafda gördüyüm bir çox ailəli dostlarımın əsas narahatçılıqlarındandır. Məsuliyyətli və daha yararlı nəsil yetişdirmək amalında olanlar da indidən gərək bu çətin hazırlıqlara başlasınlar ki, vətənə millətə xeyirli fərdləri yetişdirə bilək.

Məşhur fizik Riçard Feynman həmişə atasının onun yetişməsində necə böyük rol oynadığından yazıb. Feynman uşaq yaşlarında parkda dostları ilə oynarkən bir uşaq ondan soruşur.
— Bu quşu tanıyırsanmı?
— Yox, tanımıram
— Demək atan sənə heç nə öyrətməyib, bu qəhvərəngli boğazı olan quşdur.

Əksinə, Feynmanın atası ona çox şey öyrətmişdi. Bu quşun Spencey bülbülü olduğunu, italyanca, portuqalca, çincə, yaponca bu quşun necə adlandığını.
Davamı →