Uşağa dərs oxutmağın effektli üsulları

Yeni tədris ilinin başlanması ilə valideynlərin də əziyyətli günləri başlanıb. Bütün gün işdə qayğılar, məişət problemlərinin öhdəsindən gəlməyə çalışanlar axşam da uşaqlarının ev tapşırıqlarını etmək məcburiyyətindədir. Necə deyərlər, ikinci növbəli iş kimi. Məsələn, siz bir əlinizdə dolma büküb, o biri əlinizdə uşağın “Həyat bilgisi”ndən verilən tapşırığını — yumurtadan hazırlanmış toyuq maketini ərsəyə gətirmək zorunda qalırsız.

Hərdən də müəllim(ə)lərin belə iradları ilə qarşılaşırsız: “Sizin uşaq riyaziyyatı o qədər də yaxşı qavramır. Onunla məşğul olun”. Halbuki Pensilvaniya Universiteti professorlarından biri sübut edib ki, şagirdin ev tapşırıqlarını yerinə yetirmə dərəcəsi, səviyyəsi heç də onun savadının, təhsildə uğur qazanmasının göstəricisi ola bilməz. Amma bu, heç cür ev tapşırıqlarının ləğvi ilə nəticələnmir.
Davamı →

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Araşdırmalara görə, uşaq psixoloqları körpələrdə travma olmaması üçün valideynlərə bəzi cümlələri işlətməməyi məsləhət görürlər. Onların fikrincə körpənin neçə yaşının olması əhəmiyyətli deyil — o artıq hər şeyi, hətta səs tonunu belə ayırd edir.

1. Heç nəyi bacara bilmirsən, əlindən bir iş gəlmir — Ver, mən edim!
Psixoloqlar təsdiq edirlər ki, bu cümlə uşağı travmaya məruz qoyur və qabaqcadan onu uğursuzluq üzrə proqramlaşdırır. O özünü axmaq və kobud hiss edir, ana yenidən qışqıracaq deyə düşünərək, gələcəkdə təşəbbüs göstərməyə qorxur. İşlədilməsi lazım olan cümlə: "Özün etməyə çalış, əgər yardıma ehtiyacın olsa, mənə güvənə bilərsən".

2. Al, götür, təki sakit ol!
Bəzi valideynlər üçün çoxsaatlı qəmgin halda «Nə olar, ver də» sözlərinə səbr edib, dözmək çətindir. Lakin, istədiyi şeyi uşağa verməklə razılaşdıqda, valideynlər özləri belə istəmədən, uşağın bu cür düşünməsinə icazə verirlər: Ah-vay və yola gətirməklə hər şeyə nail olmaq olar və ananın «Yox» sözünü ciddiyə almaq lazım deyil. İşlədilməsi lazım olan cümlə: «Başa düşürəm ki, çox istəyirsən..., amma bilirsən ki, bunu sənə icazə verə bilmərəm.»
Davamı →

Uşağı kompüterdən ayırmağın yolları

Necə edək ki, uşağı televizorun, kompüterin qarşısından yığaq?
Bu, valideynlərin çox tez-tez verdiyi suallardan biridir. Və söhbət, əlbəttə ki, kompüterə aludə olan, qapalı uşaqlardan gedir. Uşağın kompüter, telefon və televizora bağlılığının səbəbi, əlbəttə, maraqlanmasıdır. Hamı kimi o da nə isə öyrənmək, əylənmək istəyir. Üstəlik şəhərləşmə, məktəbdə tələblərin artması, kompüter oyunlarının müxtəlifliyi uşağı cəlb edir. Nəticədə uşaq evə qapanır, ətrafındakılarla ünsiyyət yarada bilmir və artıq 10 ildən çoxdur ki, araşdırmalar bu cür qapanan uşaqların ciddi psixoloji, sosial problemlərinin olduğunu və belə uşaqların artdığını göstərir. Deməli, əylənmək və öyrənmək üçün uşaqlara alternativ təklif etmək, onları başqa cür əyləndirmək lazımdır. Necə? Psixoloqlar bunun bir neçə yolunu göstərir.

Davamı →

Uşağınızı dodaqdan öpməyin

Mütəxəssislər valideynlərə xəbərdarlıq edib. Onların sözlərinə görə, uşaqlıq dövründə dodaqdan öpmək onların cinsi həyatına təsir edir. Bəs, ana və ataların uşaqlarını dodağından öpməsi onların gələcəkdə hansı problemlər yaşamasına yol açır?

Uşaqlar hesab edirlər ki, bir şey ya yaxşıdır, ya pisdir. Uşaq şüuraltı müsbət duyğu yaşadıqda onu yaxşı kimi qəbul edir. Mənfi duyğu yaşadıqda isə təbii olaraq onu pis hadisə kimi qəbul edir. Ana və atanın övladının dodağından sevgi ilə öpdükdə bu, uşağın xoşuna gəlir. Bu hadisəni yaddaşında yaxşı kimi qeyd edir.
Davamı →

Uşaqlara pulla düzgün rəftarı öyrətməyin yolları


Statistikaya görə büdcəsini planlaşdırmayanlar qazanclarının 1/10 hissəsindən 1/4 hissəsinə qədər gözlənilməyən istəklərə xərcləyirlər: “əhval düzətmək” üçün tort, dostlarla gəzinti, xoşuma gələn don və s.

Əgər övladınızın belə bədxərc olmasını istəmirsinizsə, ona uşaqlıqdan pulla düzgün rəftar etməyi öyrətməlisiniz. Kiçik yaşlarda (2-4 yaş) uşaqlarla pul ilə bağlı oyunlar oynayın. “Xüsusi” pullar vasitəsilə uşaqlar həm saymağı, həm hesablamağı daha asan öyrənəcəklər.
Davamı →

Uşağınızla yaşına uyğun davranın

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir. 

0-2 yaşda sosial bacarıqların inkişafı. 2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir. 
Davamı →

İştahasız uşağa necə yanaşmalı

“Uşağım yemək yemir” tez-tez rast gəlinən şikayətlərdəndir.
İştahasız uşağa necə yanaşmaq lazımdır?
İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal?
Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq?

İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. Bu sualın cavabını ən yaxşı sizə uşaq həkimi, diyetoloq verə bilər. Hər yaşın lazımı norması nə qədərdi?
  Məsələn, yaşyarımlıq bir uşağın gönorta yeməyində bir dənə kotlet, yarım kasa düyü və bir necə xörək qaşığı göy noxud yetərlidir. Əgər ana uşağının bundan daha da çox yeməsini düşünürsə bu zaman o, yiyən uşağını “iştahasız uşaq” kimi təyin edir.  Halbuki uşaq lazım olan miqdarı yeyir. Xüsusilə 1-3 yaş arası uşaqların bir qida qəbulu zamanı yaxşı yeyərkən digər bir qida qəbulu zamanı o qədər də yaxşı yeməmələri təbiidir. Qidalanmanı da günbəgün deyil, həftəlik olaraq qiymətləndirmək lazımdır.  Bundan başqa, uşaqlar onlar üçün ən sağlam qidalanma şəkli olan «az-az, tez-tez» yeməyə meyllidirlər. Bəzən də uşaqların yemək arasında çoxlu maye içmələri, ya da ayaqüstü tezbazar “nəisələr” yemələri də yemək əsnasında nisbi bir iştahszlık yarada bilər.


Ardı →

Uşaqlarla evdə məşğul olmağın 5 yolu

Kiçik uşağınız varsa bu təkliflər tam sizə görədir.
Əgər 3 ilə 6 yaşları arasında uşağa sahib bir valideyinsinizsə, onlarla maraqlanarkən işinizə zaman ayırmağın nə qədər çətin olduğunu bilirsiniz. Hər iki fəaliyyət də bütün diqqətinizi istər amma ümumiyyətlə qazanan gülər üzlü kiçik mələklər olar.

Budur işə yaraya biləcək bəzi təkliflər:
Ona öz işini verin: Uşaqlar evin içində özlərinə verilən vəzifələri yerinə yetirməyi sevərlər. Xüsusilə də müstəqil bir şəkildə işi tamamlaya biləcəklərinə dair olsa. Məsələn çirkliləri rənglərinə görə ayırmasını ya da kitabxanadakı kitabları boylarına görə tənzimləməsini istəyə bilərsiniz. Səyini mükafatlandırmağı da unutmayın.

Ardı →

Uşağım qucağımdan düşmür

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan kiçik balanız, qıçlarınıza yapışaraq «Məni qucağına götür» deyə ağlayıb getməmək üçün nə lazımdırsa edir.Əgər belə bir vəziyyətdəsinizsə sizə bir neçə ipucu verim:

Yeriməyi əyləncə halına gətirin
Uşağınız gedərkən onu əyləndirmənin yollarını tapın; yolda gördüyünüz bütün heyvanları,quşları göstərin, səki daşlarının üzərinə çıxardıb düşürün,oynadın. Mahnı oxuyaraq ya da yolda gördüyünüz çiçəklərə baxmaq üçün dayanın,diqqətini başqa istiqamətə çəkin.

Onu köməkçiniz edin
Mağazaya getdiyiniz zaman uşağınızın kömək etməsinə icazə verin. Alış-veriş siyahısının bir kopiyasını ona verin (itirmə ehtimalına qarşılıq bir siyahı da özünüzdə saxlayın). Dönərkən qırılmayacaq yüngül şeylərin olduğu bir paketi daşımasına icazə verin. Onun köməyi olmadan bu qədər şeyi evə apara bilməyəcəyinizi söyləyin.
Ardı →

Uşaq və oyun

Uşaqlara oynayarkən tamaşa etmək çox maraqlıdır. Bir də görürsünüz ki, oxlovunuzun ucuna dəsmal bağlayıb özünə bayraq düzəltdi. Ya da plastik qılıncı əlində, balaca qazandan " dəbilqəsi " başında, uzaqlara baxarkən görürsünüz oğlunuzu. Halbuki balaca qəhramanınız uzaq dənizlərə yelkən açmış və gəmisini quldurlardan qorumağa hazır igid bir kapitandır öz xəyalında… Bəs qızlar? Hərəsi özünə bir ev qurub bir-birinə qonaq gedir. Oyuncaq gəlinciklərini elə əzizləyirlər, onlara elə qulluq edirlər ki, sanki əsl anadırlar.
Uşaqlar oyun oynamağa başlayanda həqiqi həyatda görüb bəyəndikləri rolları canlandırırlar.
Ardı →