Uşaqlar arasında rəqabəti bəzən valideynlər yaradır

Ailədə böyüklərin, əsasən də valideynlərin münasibətləri uşaqların xarakterlərinin və dünyagörüşlərinin formalaşmasında  əsas yerlərdən birini tutur. Ailə daxili psixoloji mühit – uşağa təsir edən əsas emosional faktordur. Bu mühit uşağın ətraf aləmdə mövqeyini, onun müsbət və mənfi xüsusiyyətlərini müəyyən edir. Uşaqlar ailə daxili münasibətlərini ən çox öz çəkdikləri və ya gördükləri şəkillərdə və oyunlarında təzahür etdirirlər”.Bu fikirləri uşaq psixiatrı Vəfa Şirinova bildirib.            
 

Davamı →

Uşaqlar arasında yaş fərqi nə qədər olmalıdır?

Valideynlər övlad dünyaya gətirməyi planlaşdırarkən onlar arasındakı yaş fərqini çox vaxt nəzərə almırlar. Psixoloqların fikrincə, uşaq dünyaya gətirməyi düşünərkən onlar arasındakı yaş fərqi də nəzərə alınmalıdır. Əks halda uşaqlar arasında münasibətlərin qurulmasında problemlər qaçılmaz olur.

Psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, valideynlər uşaqlar arasında yaş fərqi məsələsinə diqqətlə yanaşmalıdırlar: «Uşaqlar arasında yaş çox önəmlidir. 3-4 yaş uşağın eqosentrizm yaş dövrüdür. Uşağın eqosentrizm dövründən sonra ikinci uşağı həyata gətirmək daha rahat olar. Bu, ana üçün də, birinci uşaq üçün də sıxıntı yaşamaması baxımından rahat olur. Belə ki, birinci uşaq bu yaş dövründə yeni doğulacaq körpəni qısqanacaq. Uşaq qısqanclıq hissini çox yaşamasın deyə, onun 3-4 yaşı tamam olandan sonra ikinci uşağı dünyaya gətirmək daha ideal vaxt hesab olunur» deyən müsahibimiz bildirir ki, ana bu yaşa qədər artıq anlayan birinci uşağını ikinci uşağın dünyaya gəlməsinə hazırlaya bilər. Uşağı bacı və ya qardaşının olacağına psixoloji hazırlamaq lazımdır. Uşaqlar arasında 3-4 yaş fərqin olması daha məqsədəuyğundur.
Davamı →