Uşaqlarda sosial bacarıqları formalaşdırmaq

Həyatımızda önəmli bir konsepsiya olan uyğunlaşma bacarığı uşaqlıq dövründə qazanılan bir davranış formasıdır. Bu bacarığı  uşaqlarda formalaşdırmaq üçün valideynlər uşağın sosial bacarığının inkişafinı düzgün istiqamətdə aparmalıdır. Bəs uşaqlara sosial bacarıqlar necə qazandırılır? Valideynlərə hansı növ vəzifələr düşür?

Davamı →

Fərqli yaşdakı uşaqlarda yaddaş inkişaf etdirmə üsulları

Bu ola bilər? Uşaqlar həqiqətən hər şeyi unudurlar, yoxsa qoruyucu bir mexanizmi var — mənfi məqamların «qarşısını» alır? Uşağın yaddaşı seçici və emosional rənglidir. Buna görə, körpənin 1-2 ay ərzində sizi unutması ehtimalı yoxdur, çünki ana körpənin ilk duyğu stimuludur. Bəli, belə olur ki, uşaqlar anasından inciyirlər və gəldikdən sonra bir müddət ona yaxınlaşmaq istəmirlər. Ancaq bu davranışı böyük ehtimalla unutqanlıq deyil, başqa motivlər diktə edir.

Davamı →

Niyə uşaqlar böyüyür, amma yetişmir?

Yetişməmək – tez-tez rast gəlinən və bir çox valideynlərin şikayət etdiyi problemdir. Lakin, bu problemin kökləri mədəniyyətimizdə qaynaqlanır. Biz, uşağa fərdiləşmə prosesində necə kömək edə biləcəyimizi anlamırıq.

Bu məsələnin cavabı uşağın hər yaşında aktualdır. Bu, ilk növbədə tələblərin yox, ehtiyacların ödənməsidir. Ehtiyacların ödənməsi öz növbəsində zəruri səviyyəni keçməlidir. Biz həmişə uşağa ehtiyacı olduğundan artığını verməliyik. Əgər onun qucağa ehtiyacı varsa, onu daha sıx qucaqlamalıyıq.
Davamı →

Uşağın inkişafı ilə bağlı 10 məsləhət

Yeni uşaq sahibi olmuş analar sıx-sıx uşaqlarının sürətli inkişafı qarşısında nə qədər çaşdıqlarını dilə gətirirlər. Həqiqətən də uşağın həyatının ilk 3 ili, insan beyninin zehni inkişafının ən sürətli olduğu mərhələdir.

Çox maraqlıdır əslində fərdin zehni inkişafının ən sürətli olduğu mərhələdə, uşaqları bu mövzuda ən az məlumatlandırılmış və az öyrədilmiş insanlara, dayələrə təslim edirik. Amma uşaq böyüdükcə, məktəbə getdikcə xüsusilə isə universitet zamanında, məlumatlı insanlara əmanət edilir. Uşaq inkişafına baxdığımızda əslində bunun tam tərsi olması lazımdır.  

Davamı →

Uşaqların inkişafını ləngidən əşyalar

Müasir valideynlərin uşaqların erkən inkişafı uğrunda yarışdığı bir dövrdə biməyərəkdən onların inkişafına mənfi təsir edən vasitələrdən də fəal şəkildə istifadə etməkdədirlər. Ailə və uşaq psixoloqu Olqa Kramareviç (Ольга Крамаревич) maarifləndirmə niyyəti ilə valideyn həyatını müəyyən mənada asanlaşdıran lakin ifrat istifadə zamanı uşaqların inkişafını ləngidən əşyaların qısa siyahısını təqdim edir: 1 yaşından sonra əmzik.

Əmmə refleksi körpələrə və uşaqlara təhlükəsizlik və rahatlıq hissini təmin edir. 1 yaşından sonra istənilən narahatlıq zamanı əmziyə əl atan uşaqda gələcəkdə dırnaq yemək, qələm gəmirmək və sair bu kimi xoşagəlməz vərdişlər qazana bilər. Üstəlik daima əmzik vasitəsilə rahatlıq halında olan uşaq inkişaf etmək üçün motivasiyasını itirir. Daim ağızda olan əmzik şübhəsiz ki, danışıq qabiliyyətinin inkişafına da mənfi təsiri göstərir.
Davamı →

Uşağa oxumağı öyrətmək barədə əməli tövsiyələr

Oxumaq uşağın təfəkkür və nitqinin inkişaf etməsinə, lüğət ehtiyatının genişlənməsinə, məntiqinin inkişafına kömək edir və onu məktəbə hazırlayır.

Uşağı inkişaf etdirmək istəyən valideynlər hər nəyin bahasına olursa-olsun ona oxumağı öyrətmək istəyirlər. Sual yaranır ki, əgər oxumağı ibtidai sinifdə öyrədirlərsə, bunu nə üçün etmək lazımdır? Ancaq fikrindən dönməyən ata və analar cavab tapırlar: «Ona görə ki, uşaq onu maraqlandıran kitabları oxuya bilsin».

Uşağa oxumağı öyrətmək ilk baxışdan elə də sadə bir iş deyildir. Yavaş-yavaş hərəkət etmək lazımdır, onun üçün nəyin maraqlı və nəyin maraqsız olduğunu bilməliyik. Əgər siz uşağınıza oxumağı ona görə öyrətmək istəyirsiniz ki, dostlarınızın yanında lovğalanasınız, onda bu işə başlamasanız yaxşı olar. Başqa ciddi səbəblər də ola bilər. Oxumaq uşağın təfəkkür və tələffüzünü inkişaf etdirir, lüğət ehtiyatını artırır, məntiqini inkişaf etdirir və məktəbə hazırlayır.
Davamı →

Uşaqların sosial inkişafı

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətləri yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranmasıdır.

Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrəsi də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

0-2 yaşda sosial bacarıqların inkişafı
2 ayından etibarən uşaq anasını tanıyır. Əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq 6 aydan etibarən yalnız tanıdığı adamlara gülümsəyir. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər. Amma bu münasibətlər qısa müddətlidir.
Davamı →

Montessori təlimi

Montessori təlimi. Bu adı son zamanlar çox eşidirik və şəhərin bir sıra bağçalarında bu təlim tətbiq edilir. Bəs Montessori təlimi nə deməkdir? Bu təlim Mariya Montessori tərəfindən yaradılıb. 

Montessori kimdir?
26 yaşında İtaliyanın ilk qadın həkimi olan Montessori 1896-cı ildə universitet xəstəxanasında (San Giovanni Hospital) həkim assistenti kimi işləməyə başlayır və ilk dəfə olaraq əqli geriliyi olan uşaqlarla qarşılaşır. Uşaqlar boş otaqlarda saxlanılırdı, onlarla demək olar ki, ünsiyyət qurulmurdu, oyuncaq və kitabları yox idi.

Bir dəfə Mariya qəribə bir hadisənin şahidi olur: nahardan sonra uşaqlar çörək qabığı tapırlar və onu əzirlər. Çörək qabığı onların yeganə oyuncağı idi. Bundan təsirlənən Mariya onlara sadə əşyalar – qutular, parçalar gətirməyə başlayır, tez bir zamanda uşaqların davranışında müsbətə doğru dəyişiklik müşahidə olunur. Beləliklə, Mariya Montessorinin metodikasının əsas ideyası yaranır: istər normal, istərsə də əqli geriliyi olan uşaqların ətraf aləmi anlaması üçün onlara inkişaf etdirici mühit lazımdır. 
Davamı →

Uşaqların inkişafında tətbiq olunan metodlar

Gənc analar uşaqları təlim və tərbiyə metodikaları üzrə kitabları aktiv şəkildə dərindən öyrənirlər. Bəzən ilk baxışda zərərsiz mövzular əsl söz döyüşləri yarada bilər, çünki hər bir istiqamətin tərəfdaşları (onların sayı az deyil) öz nöqteyi-nəzərini müxtəlif forum və bloqlarda şiddətlə müdafiə edirlər. Biz müasir yanaşmaların fərqliliyindən baş çıxarmağa çalışacağıq və hər bir metodikanın müsbət və mənfi cəhətlərini müəyyən edəcəyik.

Uşağın ilkin inkişafı
İlkin inkişaf uşaqla məşğul olmanı onun həyatının ilk aylarından başlamağı nəzərdə tutur. Gənc vunderkind böyütmək istəyirsinizsə, şirin danışmalarla vaxt itirməyin, Napoleon planlarını məhz bu gündən həyata keçirməyə başlayın. Populyar metodiklardan biri — Qlen Domanın kartlarıdır. Metodun əsasında hər bir uşağın dahi olmaq imkanının olduğu iddia edilir. 3-6 aylıqdan etibarən uşağa mütəmadi olaraq oxuma, hesab öyrənməyə və ensiklopedik bilik qazanmağa imkan verən kartlar göstərilir.
Davamı →