Körpələrin ilk addımları

Uşağın ilk addımları ən mühüm inkişaf mərhələlərindən biri, müstəqil həyatın başlanğıcıdır. Əgər daha dərindən düşünsək, insanın addımlayacağı həayt yolu elə ilk addımlardan başlayır.

Bəzi xalqların inanclarına görə hətta uşağın ilk addımlarına baxıb onun gələcək taleyinə dair fikir yürüdür, hətta bizim ilk dişin çırtlaması hədik bişirib paylama ənənəsi ilə müşayiət olunduğu kimi, ilk addım bayramı da qeyd edirlər.

Bəzən isə uşağın digər yaşıdlarına və ya özündən böyük bacı-qardaşına nisbətən gec danışmağı, ya da gec gəzməyi az qala faciə kimi qarşılanır.

Əslində uşağın ilk addımlarını nə zaman, hansı yaş dönəmində atmağının heç bir əhəmiyyəti yoxudur. Çünki tez ayağa durub yeriyən uşağın fiziki inkişafda uzun müddət iməkləməyi seçən körpədən üstün olacağı barədə deyilənlər heç bir elmi əsası olmayan fərziyələrdir.

Elmi araşdırmalar sübuta yetirir ki, ilk adımın atılma vaxtı ilə uşağın gələcək inkişafı arasında heç bir əlaqə yoxdur. Neçə aylığına və ya yaşına təsadüf etməsindən asılı olmayaraq, ilk addımları atmaq balaca üçün asan deyil.
Ardı →

Körpəm barmaqların ucunda gəzir...

Bir çox analar bu problemlə üzləşirlər. Təzə yeriməyə başlayan körpə barmaqların ucunda durur və yeriyir.

Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? — analar yorulmadan bu sualları bir birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa «düzgün» yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s.

Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi «xodunki»də yeriməyə öyrənir. Bir çox hallarda məhz «xodunki» uşaqda bu vərdişi formalaşdırır — uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.


Ardı →