Çarlz Bukovski

Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı "Çarlz Bukovski sən deyilsənmi?" deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı. (Çarlz Bukovski)

Hec dəli olmayan insanlar nə qədər bərbad həyatlar yaşayırlar.Çarls Bukovski 16 avqust 1920-ci ildə Almaniyada doğulub. Əsl adı Henrix Bukovskidir. Atası Henry Çarlz Bukovski bir amerikan əsgəri idi və anası Katerina Fett isə qadın dərzisi idi. Birinci dünya müharibəsi əsnasında Almaniyada tanış olmuşdular.

1923-ci ildə Bukovski 3 yaşındaykən Amerikaya getdilər və Los Ancelesə yerləşdilər. Bukovskinin çətin uşaqlıq keçirməsi onun özünə «xas üslubunun» meydana gəlməsini təmin etmişdir. Uşaqlıq dövründə atasından gördüyü zoraklıq və anasının bu işgəncələrə göz yumması onun ailəsinə və insanlara olan nifrətinə yol açmışdır.

1941-ci ildə atasının hekayələrini küçəyə atmasıyla 18 yaşında evdən ayrıldı və müxtəlif işlərdə işə başladı, lakin tamamilə pulsuz qalınca təkrar evə qayıdır. Los Anceles Şəhər Kollecində bir il jurnalistika və ədəbiyyat təhsili aldı, lakin ilin sonunda buradan ayrıldı.

İkinci dünya müharibəsi dövründə Amerikanın müxtəlif şəhərlərini gəzməyə başladı və bu vaxt bir çox işə girib çıxdı. Bukovskinin ilk hekayəsi 24 yaşındaykən çap olundu və şeir yazmağa 35 yaşından sonra başladı. Çarlz Bukovski 1952-ci ildə poçt idarəsində işə başladı, ancaq bu işdə 3 il işlədi.


Ardı →