Uzunömürlü cərrahdan faydalı məsləhətlər

Uzun və məhsuldar həyat — 103 il yaşamış məşhur cərrah, professor Fyodor Qriqoryeviç Uqlov qibtə oyadan sağlamlığa malik idi. Onun adı dünyanın ən yaşlı cərrah kimi Ginnessin Rekordlar Kitabına düşüb. 

Professor artıq çəki ilə qida qəbulunun normadan artıq olmasının bir çox xəstəliklərin səbəbi olduğunu və vaxtında ifratçılıqdan imtina ediləcəyi təqdirdə, vəziyyətin əməliyyata çatdırılmayacağının mümkün olduğunu hesab edirdi. Onun fikrincə, artıq çəki immunitetlə çalışma qabiliyyətini zəiflədir. Artıq çəkinin yetkin yaşda — maddələr mübadiləsinin zəiflədiyi, fiziki fəallığın isə, bir qayda olaraq, azaldığı dövrdəki zərəri xüsusilə böyükdür.
Davamı →

19-cu əsrin sakinləri

Bəşər tarixi ərzində insanlar ömürlərini uzatmaq üçün minlərlə üsuldan istifadə etmişlər və son dövrlərdə səhiyyə sahəsində əldə edilən naliyyətlər də bu arzunu reallaşdırmaqda insanlara kömək etməkdədir. Lakin elə insanlar da vardır ki, uzun ömürlülük sanki Allahın neməti kimi onlara bəxş edilib. Hazırda yer üzündə yaşayan 19-cu əsrin son 5 sakini qalıb. Belə ki, məlumata görə, onların yaşı 100-dən yuxarıdır. 115 yaşlı ABŞ vətəndaşı Suzanna Muşat Counz 1899-cu ildə anadan olub. 11 uşaqlı ailədə böyüyüb. Özünün isə  övladı olmayıb. 2000-ci ildən bəri o, görmə və eşitmə qabiliyyətini itirib.


Ardı →

Yapon uzun ömürlülüyünün sirri | Getto möcüzəsi

yapon uzun ömürlülüyünün sirriDünyada orta yaş həddinin ən yüksək olduğu Yaponiyanın Okinava adasında uzun ömürlüyün sirri tapıldı. Okinavada yerləşən Ryuku universitetindən Şinkiçi Tavada və komandası 20 il davam edən axtarışı sonunda bəhrəsini verdi. Adadakı uzun ömrün sirrinin zəncəfil ailəsindən olan yerli Getto bitkisinin olduğu aşkarlandı. Tavada laboratoriyada bitkidən əldə etdiyi iksiri ömrü 1 ay olan soxulcanda təcrübədən keçirdi. Soxulcanları iki qrupa ayıran alimlər getto maddəsi alan heyvanların yaşama müddətinin 22,6 faiz artdığını sübut etdilər. Bu bitkinin üzümdə də tapılan antioksidan resveratrol maddəsinə sahib olduğunu təsdiqləyən Tavada yerli Okinavaların qış aylarında getto yarpaqları ilə düyü yediklərini, bu yolla qripə daha az yoluxduqlarını, xəstəliklərə qarşı daha dayanıqlı və güclü olduqlarını bildirdi. 1,2 milyon əhalisi olan adada orta insan ömrü 81,2 ildir. Dünya miqyasında bu rəqəm 70 ildir. Tayvana doğru uzanan Yapon adalarından ən böyüyü olan Okinavada orta insan ömrü Yaponiyaya görə daha çox uzundur, həm də ölkədəki 100 yaşını aşan insanların əksəri bu adada yaşayır. Adada yaşayan 427 adamın yaşının 100-ü keçdiyi aşkarlanıb.



Ardı →

Uzun həyatın DNT-si araşdırılır

Amerikalılardan ibarət olan bir qrup 100 yaşlı insanların genetik quruluşunu kəşf etmək üçün təşkil ediləcək 10 milyon dollarlıq X Genomiks mükafatını almaq üçün fəaliyyətə başladı.

Genetika alimi dr. Jonathan Rothberg uzun və sağlam həyatla əlaqəsi olan genləri təyin etmək üçün yarışa qatılır.

DNT sisiləsi tibbi diaqnozlarun təyin edilməsi ilə yanaşı, xəstələrin genetik quruluşuna xas dərmanların yazılmasını da mümkün edə biləcək.

Proyektin fəaliyyətə başlaması üçün yüz yaşı ötmüş yüz adam DNT nümunəsini tədqiqatçılara bağışladı.

Elm adamları çox uzun yaşayan insanları ürək xəstəliyi və ya xərçəng kimi xəstəliklərdən qoruyan nadir genetik dəyişikliklərin olduğuna inanırlar.


Ardı →

Xeyirxahlıq edin, sağlam və uzun ömürlü olun!

Xeyirxahlıq yaxşı keyfiyyətdir. Bu, yalnız ümumbəşəri deyil, həm də sağlamlıq nöqteyi-nəzərindən də faydalıdır.
ABŞ-ın Buffalo Universitetinin alimi Maykl Poulinin apardığı beş illik tədqiqat alicənab insanların digərlərindən daha çox yaşadıqlarını sübut edib.
Məlum olub ki, stress vəziyyətində olan insanlara kömək etmiş şəxslər üzünömürlü olurlar. Qeyd edək ki, tədqiqat zamanı stress vəziyyətinə ağır xəstəlik, soyğunçuluq, işdən çıxarılma, maliyyə çətinlikləri və ya ailə üzvünün ölümü aid edilib.
Tədqiqatda iştirak edən könüllülər son 12 ay ərzində dostlara, qonşulara və ya qohumlara necə tez-tez kömək etdikləri barədə danışıblar.
Poulinin sözlərinə görə o, beş illik müşahidələr zamanı xeyirxah insanların stressin öhdəsindən daha asan gəlmələrini müşahidə edib ki, bu da həyəcanın doğurduğu ölüm riskini və xəstələnmə göstəricilərini azaldır.


Davamı →

Cavan qalmağın və uzunömürlü olmağın sirrləri


Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömrümüz əslində çox qısalır. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar. Beynəlxalq həkim, psixoloq və dietoloq qrupları birlikdə 1 proqram işləyib hazırlayıblar ki, buna əsasən biz ömrümüzü uzada bilərik. Onlardan bəzilərini sizlərə təqdim edirik.

*Həddindən artıq yeməyin! Adət etdiyiniz 2500 kalori əvəzinə 1500-lə kifayətlənin. Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur. Tarazlaşdırılmış şəkildə qidalanın: nə az, nə də çox yeyin.


Ardı →

Dostlar - İnsanı çox yaşamağa kömək edir

Avstraliyalı alimlər dostluq etməyin faydalarını üzə çıxarıblar. Bunun üçün onlar 10 ildən artıq təqaüddə olan minlərlə yaşlı insanı öyrənərək sosioloji tədqiqat aparıblar. Tədqiqatlar nəticəsində alimlər belə nəticəyə gəliblər ki, dostluq münasibətləri insan ömrünü uzada bilər.
Nəticələrə görə, daha çox dostları olan yaşlı insanlar təkliksevən həmyaşıdlarına nisbətən çox yaşayırlar. İnsanın sağlamlığı dostların sayından asılıdır. Əgər insanın dostu çoxdursa, deməli fiziki və psixi sağlamlığı da möhkəm olur. Bununla belə, çox incə bir məqam mövcuddur. Dostluğun fiziki və psixi sağlamlığa müsbət təsiri üçün dostların təxminən eyni yaşa və yaxın sosial səviyyəyə məxsus olması çox əhəmiyyətlidir.

Möhkəm və uzun müddət dostluq münasibətində olanlar depressiya pozğunluğundan, ürək xəstəliklərindən daha az əziyyət çəkirlər. Sən demə, dostluq münasibətləri pis vərdişlərin qarşısının alınmasına da kömək edir. Belə ki, dostlar tərəfindən dəstəklənən insanlar nikotin və alkoqol asılılığından daha asan qurtulurlar

Mənbə:http://www.big.az/107358-Dostlar_-_Insani_cox_yasamaga_komek_edir.html


Davamı →