Vəsiyyətnamə yoxdursa dünyasını dəyişmiş şəxsin əmlakının aqibəti necə olur?

Vəsiyyətnamənin olmaması əksər hallarda «miras kimə, necə çatacaq» suallarını yaradır.
Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Əgər ölmüş şəxs sağlında vəsiyyətnamə tərtib etməmişdirsə, bu halda onun əmlakı qanun üzrə vərəsələrə keçir.

Ər-arvad yalnız nikah dövründə bir-birinin vərəsəsi ola bilirlər. Nikah ləğv edildikdən sonra qanun üzrə vərəsə hesab edilmirlər.

İkinci növbədə – ölənin bacıları və qardaşları
Davamı →

Vəsiyyətnamələri tərtib edən zaman buraxılan səhvlər

Vəsiyyətnamə tərtib etmək bir o qədər də xoş məşğuliyyət deyil. Ölüm haqqənda düşüncələr, həmçinin vəfat etdikdən sonra qohumlar arasında mülkiyyət bölüşdürülməsi emosional olaraq çətin bir öhdəlikdir.* Çox güman ki, bu səbəbdən əksəriyyət insanlar vəsiyyətnamənin tərtib olunması haqqında düşünmürlər.

Analitik CFP Nensi Anderson bu haqqda öz fikrini belə bildirir: «Vəsiyyətnamənin mükəmməl şəkildə planlaşdırılması mövcud deyil. Biz öncədən hər şeyi təxmin edə bilmərik. Lakin ən əsas məsələlər haqqında ətraflı düşünsək, bu problemə bir daha uzun müddət qayıtmamaq olar. Əsas məsələlərə hansı qohuma nəyi vəsait etməyiniz, bunu hüquqşünasın yanında qeydiyyatdan keçirmək kimi məsələlər aiddir».
Davamı →