Bəs onda niyə ərə getmisən?

  • Qadın
Cinsi sıxıntıları olan, daha dəqiq, vaginizmdən əziyyət çəkən xanmların ən çox eşitdiyi qınayıcı sualdır bu: “Əgər eləyə bilmirsənsə, onda niyə ərə gedirdin?! Oturmuşdun da atanın evində!”

Bu sualı ona istiqamətləndirən xala, rəfiqə, qonşu, qayınana və s. olduğu kimi, həkimlər də siyahıya qatılır. Sonuncunu təəssüf hissi ilə yazıram. Çünki xüsusilə cinsi problemlərimiz varsa, birinə bu haqda danışmaq olduqca çətindir. Özümüzü toplayıb həkimə getmək isə daha da çətindir. Nə ilə üzləşəcəyimizi əvvəlcədən bilmərik. Hələ üstəlik, tam da cəsarətimizi toplamışkən, həkimdən belə qınayıcı bir reaksiya gördüyümüzdə, qəlbimizlə yanaşı, motivasiyamız da qırılmış olur. Siz buna, ümidi də əlavə edə bilərsiniz.
Davamı →

Ailələrin kabusu - Vaginizm


Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq.

Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir.
Davamı →

Vaginizmin müasir müalicəsi

Vaginizm qadının cinsiyyət yollarının güclü və qeyri-iradi sıxılması — spazmıdır ki, bu spazmın nəticəsində cinsi əlaqələr mümkünsüz olur.

Əksər hallarda vaginizm cinsi həyatı başlayan bakirə qızlarda inkişaf edir. Bu zaman qadının cinsi orqanlarına istənilən toxunma uşaqlıq yolunun güclü sıxılmasına səbəb olur. Nəticədə cinsi aktın həyata keçirilməsi mümkün olmur. Bir çox hallarda belə qadınlarda istənilən ginekoloji manipulyasiyalar da (ginekoloji baxım, yaxmanın götürülməsi və s.) belə reaksiyalara səbəb olur. Vaginizm nevrozun növüdür. Bir çox hallarda onun səbəbi qorxu (ağrıdan, qandan və s.), kişinin ilk cinsi əlaqə zamanı kobud davranışı, zorlama və s. olur.

Vaginizmdən əziyyət çəkən qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar, problemin "özü-özündən" həll olunmasını gözləyirlər. Lakin bu əksər hallarda mümkün olmur və qadın vaxt keçdikcə güclü depressiyaya düşür, onda özünə inamsızlıq yaranır, qadın həyat yoldaşının qarşısında özünü günahkar hiss edir, bu vəziyyətə gətirib çıxartdığı üçün özünə nifrət edir, bu vəziyyətdən yeganə çıxış yolunu boşanmada görür… Bu hissləri və daha artıqlarını vaginizmdən əziyyət çəkən qadınlar daha yaxşı bilir…


Ardı →