Peşmançılıq
Hər bir ailəli insanın həyatında sıxıntılı, gərgin günləri olur. Amma çalışın ki, belə anlarınızı öz körpənizə hiss etdirməyəsiniz. Əks halda çox peşman olarsız. İnanın! Əgər işdən çox yorğun gəlmisinizsə, müdiriniz ya da iş yoldaşlarınızdan biri sizi əsəbləşdiribsə bu əsəbi evin qapısından içəri girən kimi ayaqqabılarınızla birlikdə çıxarmağa çalışın çünki, ola bilsin ki, siz əsəbinizi uşaqdan çıxararsız- o dəcəllik edərsə onu danlayarsız, o isə sizin işdən qayıtmanızı səbirsizliklə gözləyir, sizin üçün darıxır, axşam olan kimi, yəni sizin işdən gəlmənizə az vaxt qalmış o dəqiqə başlayır anasından saatı soruşur: “Ana, ata bu gün gec gələcək?” “Ata zəng edib?Yoldadır?” …
Ardı
Anama...
Səhər oyananda bilirsən nəyi xatırladım? Sanki səsini də eşidirdim.
“ Bura gəlin köpəy uşaqları” deyə bizi səsləyirdin elə. Uşaqlıqda qaçıb çarpayının altında gizlənməyimiz gözümün önünə gəldi. Yadimda deyil dəqiq niyə əsəbləşmişdin. Deyəsən yenə evdə qardaşımla top-top oynayanda nəyisə sındırmışdıq. Ən birinci mən girərdim çarpayının altına, qardaşımı da qabağa verərdim ki, oxlov mənə dəyməsin. Həmin oxlov hələ də evimizdədir. 15 ildən çox olar daha dəymir bizə. Daha incitmir bizi… Amma indi… indi razıyam. Bədənimdən qan çıxana qədər həmin oxlovla döysünlər məni. Təki nəfəsinin küləyini hissi edim bircə dəfə. Mənə küləyini göndər.
Ardı
Uşaq tərbiyəsində üç mövqe
və ya uşağa «yox» sözünü necə söyləməli
Uşaq tərbiyəsində valideyn üç mövqedən çıxış edir. Bunlar aşağıdakılardır:
1. Passiv mövqe
2. Aqressiv mövqe
3. Qətiyyətli mövqe
Bir çox valideynlər övladlarına passiv mövqedən yanaşmağa vərdiş ediblər… Bu hər bir münasibətdə özünü göstərir. Onlar belə deyirlər: " Mənim balam, sən nənəngilə getməyə hazırsan?". Belə vəziyyətlərdə adətən uşaqlar valideynin sözünə ya reaksiya vermirlər, ya da «yox» — deyə cavab verirlər. Beləliklə, uşaq oynamağa davam edir. Çünki təbii olaraq düşünür ki, o hazır deyil. Valideyn isə öz növbəsində, uşağın hərəkətini sözəbaxmamazlıq kimi qəbul edir ( amma bu belə deyil) və dərhal passiv mövqedən aqressiv mövqeyə keçir.
Ardı
- ?
- 04 aprel 2011, 12:50
- ayxansevda
- şərh əlavə et
Əlimi tut
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
Ardı
Uşağınızla dost olun
Bəzi uşaqlar valideyndən həddən artıq asılı olurlar. Tez- tez analar şikayət edir ki: " Bu uşaq məndən bir dəqiqə də olsun uzaq durmur. Əlindən dincliyim yoxdu. Yemək bişirə bilmirəm, evlə məşğul olmağa qoymur. Tutur paltarımdan ağlayır. Qorxuram ki, anauşağı olsun". Belə uşaqlar valideynə qala kimi baxırlar, Düşünürlər ki, anası ya atası onların təhlükəsizliyini təmin edəcək.
Ardı
- ?
- 01 aprel 2011, 12:13
- ayxansevda
- şərh əlavə et
Mağazada
Bir gün avtobusla gedirdim. Yol boyu özümlə fikrimdə mübarizə aparırdım. Hardansa beynimə düşmüşdü ki, mən bu saat yaxınlıqdakı mağazaya girməli və şokolad almalıyam. Lakin almaq da istəmirdim. Ona görə ki, avtobusdan düşsəm, şokoladı almalı və digər avtobusu gözləyəsi olsam xeyli vaxt geçəcək və tələsdiyim yerə gecikəcəm. Nə isə, qərara gəldim, avtobusu yaxınlıqdakı dayanacaqların birində saxlatdırdım, düşdüm və mağazaya tərəf istiqamətləndim. Güclü külək əsməsinə baxmayaraq şokolad istəyim sönmək bilmirdi.
Ardı
- ?
- 31 mart 2011, 13:20
- ayxansevda
- 1
Ananın peşmanlığı
Ana bütün günü dəcəl oğlundan şikayətlənərdi: " Bu uşaq deyil, bəladı. Nə günah sahibiyəm, belə uşaq doğmuşam". Təzəcə sözünü bitirmişdi ki, səs- küy eşitdi. «Allah bilir nə hoqqa çıxartdı yenə» — deyə fikirləşərək tez mətbəxə cumdu. Gördü oğlu mərci ilə düyünü bir — birinə qatıb, özü də oturub üstündə. Bİr azdan uşaq əlinə çəkic alaraq mebelə vurmağa başladı.Ana :
-Ay bala, məni öldürməkmi istəyirsən, adamı nə qədər hirsləndirmək olar? Mebeli qırdın.
— Mebeli düzəldirəm, ana, sınıb.
Ana çəkici təzəcə yerinə qoymuşdu ki, uşaq yan otağa keçib, stulu tərsinə çevirib, sürüməyə başladı.
— Stulu qoy yerinə, əlimə keçsən səni pis döyəcəm!
— Maşın sürürəm, sən də qoymursan,, elə bil polisdi.
Ardı
- ?
- 29 mart 2011, 00:33
- ayxansevda
- 1
Demək, etmək, göstərmək.
Əminəm ki, bir çox valideynləri belə bir sual düşündürür: «Mən necə edim ki, uşaq mənim sözümə qulaq assın?» ( Məs: uşağa «evə gəl » deyəndə o saat gəlsin və s) və ya " Filan işi ona necə gördürüm ( Məs: Oyuncaqlarını oynadıqdan sonra yığışdırsın və s). Bəzi valideynlər uşaq onların dediyini etmirsə, kötəkləmək variantına əl atırlar. Bir növ məcbur etmək istəyirlər ki, uşaq onların sözündən çıxmasın. Çox vaxt bu öz səmərəsini vermir. Bəs necə etmək olar ki, uşaq valideynin sözündən çıxmasın?
Ardı
- ?
- 28 mart 2011, 12:21
- ayxansevda
- şərh əlavə et
Tərbiyənin iki forması
«Uşaq kimdi ki, sözümdən çıxsın, nə vaxt böyüyər onda baxarıq», «Uşaq ananı idarə edir, belə tərbiyə olar?», «Uşağa sözü bir dəfə deyərlər, on dəfə yox», «Uşaq ananı saymır, böyüyəndə heç adam yerinə qoymayaca, bunun axırı nə olacaq?» və s bu tipli məzzəmətli sözlərlə qarşılaşmamış olmazsınız.
Lakin əslində bunun bir səbəbi var. Hər kəs uşaqlıqda necə tərbiyə olunubsa , gələcəkdə öz uşaqlarını elə də tərbiyə edir. Əgər uşaqlıqda döyülə -döyülə tərbiyə alıbsa, başqa metod bilmədiyi üçün, təbii ki, elə bu üsula da müraciət edəcək. Yox, əksinə sevgi ilə tərbiyə alıbsa, balasını məhəbbətlə böyüdəcək. Meydana sual çıxır — Deməli, balasını döyürsə sevmir, bəyəm? Əlbəttə, yox, hər valideyn körpəsini sevir, onun yolunda hər şeyə hazırdı, Hər kəs balası üçün çalışır, onlar üçün yaşayır.
Ardı
- ?
- 25 mart 2011, 18:18
- ayxansevda
- 1
Uşağın tərsliyini necə aradan qaldırmalı
Sizdə elə olubmu ki, uşağı nəyəsə ( geyinməyə, tökdüyü oyuncaqları yığışdırmağa və s .) məcbur etmisiniz, lakin görmüsünüz ki, bu əbəsdir, uşaq tərslik edir və siz onu cəzalandırmısınız, sonra özünüzü günahkar hiss etmisiniz? Nə vaxtsa olub ki, siz özünüzə söz vermisiniz ki, bütün işlərimi atacam, ancaq uşağımla məşğul olacam, mənə əziz olan insanlarla vaxt keçirəcəm, özümü bütünlüklə onlara həsr edəcəm. Lakin böyük təəssüf hissi ilə anlamısınız ki, bu mümkün deyil.
Ardı
- ?
- 23 mart 2011, 18:04
- ayxansevda
- 2
