İnsanlar saxtakarlığa niyə haqq qazandırır?

Bu suala cavab almaq üçün belə bir eksperiment aparılıb. İştirakçılar 1 saat ərzində mənasız və yorucu bir işlə məşğul olurlar. Vaxtın tamamında iştirakçılardan bunun necə bir iş olduğu soruşulur. Onlar hamısı işin çox mənasız və zəhlətökən olduğunu dedilər. Onlardan xahiş olunurdu ki, otaqdan çıxanda, növbə gözləyən adamlara çox maraqlı bir işlə məşğul olduqlarını desinlər.

Yəni, növbə gözləyən adamları aldatsınlar. Bu yalan müqabilində iştirakçıların bir qisminə 20 dollar, digər qisminə 1 dollar pul verilirdi. Onlar pulu götürmüş və eksperiment aparanların xahişini yerinə yetirmişdilər (dəhlizdə növbə gözləyən adamlara yalan söylədilər).
Davamı →

İçimdəki canavar... və ya vicdanın səsi

Ağrı var ürəyimdə.Əgər ürək demək mümkünsə ona… İndi o, hər şeyə hazırdır. Qoy hamı nifrət etsin ona. Nifrətə də hazırdı! Çünki nifrətə layiq bilir özünü...


Yaşamaq, yaşamaq, yaşamaq!!! Buna yaşamaq demək olar?! Onun -bunun qəlbin qıra- qıra, səhvlər edə-edə. Nə qədər bağışlanmaq olar? Axı, heç nə unudulmur? Əgər pislik etmisənsə, kimisə incitmisənsə o yaddaşda qalır. Ən azı sənin vicdanının yaddaşında. O isə vaxtaşırı, sənin gözləmədiyin anda düz gözlərinin içinə baxır. Tab gətirə bilərsənmi bu baxışa?! Görüm, necə tab gətirirsən!?


Əgər buir səhv bir neçə dəfə təkrar olunursa? Onda Yaddaşın nə günahı, ya «səhv» nə etsin buna? Umumiyyətlə bu, səhv sayılırmı? Buna «səhv» sözünün arxasında gizlənmək deyirlər. Buna özünü aldatmaq deyirlər. Bu içindəki  qorxulu, heybətli «canavardan» imtina deməkdir. Boynundan atmaq. göz yummaq deməkdir:" Yox, mən o canavarı tanımıram, nə canavar? Belə şey yoxdur!" — deyib, -" Mən sadəcə səhv etmişəm, hamı səhv edir", — deyə özünə təsəlli verməkdir. Təsəlli isə, vəziyyəti yumuşaldır, amma dəyişmir. 


Ardı →

Qeyri-adi görüş

Xahiş olunur ürəyi zəif olanlar «Ardı» yazısına basaraq mətni tam oxumasın və şəkilə baxmasın!


08.07.1972… Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlaar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi.
Ardı →