Palçıq vulkanları

Planetimizdə olan 800 palçıq vulkanından 300-dən çoxu Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılmış və onlardan bəziləri təbiət abidəsi kimi formalaşmışdır. Tam qətiyyətlə Azərbaycanı palçıq vulkanları diyarı adlandırmaq olar və bu vulkanlar bizim həm milli, həm də təbii sərvətimizdir.
Palçıq vulkanları neft-qaz yataqlarının müəyyən edilməsində xərcsiz başa gələn kəşfiyyat quyusu rolunu oynayır. Bundan əlavə palçıq vulkanlarının gili faydalı qazıntı hesab olunur. Həmçinin, vulkan palçığı bir sıra xəstəliklərin — əsəb sistemi, dəri və oynaq xəstəliklərinin müalicəsində uğurla istifadə olunur. Eyni zamanda vulkanlar seysmik hadisələrlə sıx bağlı olmaq etibarilə, zəlzələlərin baş verməsi və bu kimi hadisələrin proqnozlaşdırılmasında əhəmiyyət daşıyır.


Ardı →

Yer qabığında aktivliklər

Tektonik proseslərin  təsirindən Yer səthinin ani anda titəməsi zəlzələ adlanır. Zəlzələləri seysmologiya elmi öyrənir. Zəlzələlər dağıdıcı  təsirinə görə 12 ballıq ( Rixter sistemi) şkalası ilə qiymətləndirilir:
1-4 bal –zəif və mülayim;
7 bal- güclü;
8-10 bal- dağıdıcı; 11-12 bal –fəlakətli.                                
Zəlzələlərin gücü və yeri seysmoqraf cihazı ilə müəyyən olunur. Yerin daxilində zəlzələ baş verən yer zəlzələ ocağı və ya hiposentr (10-700km dərinlikdə), hiposentrin Yer səthində olan proyeksiyası zəlzələ mərkəzi və ya episentr adlanır.
Ardı →

Vulkanlar

Vulkanlar da xeyli insan tələfatına səbəb olur


Dünyanınbir sıra ölkələrində təbii fəlakətlər və qeyri-sabit hava şəraiti müşahidə olunur.Fəlakət qurbanlarının isə sayı artır.Böyük Britaniyanın şimalında küləyin sürəti saatda 160 kilometrə çatır.Artıq bir nəfər fəlakətin qurbanı olub.Ölkədə onlarla daxili reys təxirə salınıb.Şimali İrlandiyada da analoji hava şəraiti hökm sürüb.Burada 6 minə yaxın insanın elektrik enerjisiz qalması barəsində məlumatlar yayılıb.Rəsmilər bildirirlər ki, ölkəyə dəyən ziyan milyonlarla funt sterlinqlə ölçülür.Gəmilərin hərəkəti tam dayandırılıb.
Ardı →

Yer qabığında baş verən proseslər. Zəlzələ və vulkanlar

Yerin müxtəlif süxurlardan təşkil olunması, yerin daxili qatlarında olan temperatur və təzyiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu proseslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Daxili proseslər Yer səthində yüksəklik və çökəklikləri yaradır. Süxurların yatım formalarını pozur, vulkan və zəlzələləri yaradır.
Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahidə olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində süxur layları üfüqi, maili, şaquli vəziyyət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.


Ardı →