Ən asan Xaçapuri

Səhər nə yeyim? deyənlər üçün çox dadlı bir resept: Tavada, 5 dəqiqəyə hazır olan ən sadə xaçapuri! Xəmirlə “oynamağa”, soba yandırmağa heç gərək də yoxdur!

Ərzaqlar:
Yumurta – 1 ədəd
Süd – 1 st.
Un – 1 st.
Bərk pendir – 300 qr.
Soda – 0,5 ç.q.
Sirkə – 1 ç.q.
Duz – bir çimdik.

Hazırlanması:
Yumurta sındırılır, çəngəllə çalınır, üzərinə süd tökülür, qarışdırılır, duzlanır. Un, sirkəli soda da əlavə edilir və xəmir yoğrulur. Bərk pendir sürtgəcdən keçirilir. Xəmirə əlavə edilir, qarışdırılır. Xəmir bitki yağı tökülümüş tavada hər iki üzü qızarana kimi bişirilir. Budur, asan xaçapurimiz hazır, nuş olsun!
Davamı →

Xaçapuri

Tərkibi:xachapuri
Sadə mayalı xəmir 500qr
«Suluquni» pendiri
4-5 ədəd yumurta
200 qr kərə yağıGöyərti, ədviyyat
Duz


500 qr mayalı xəmirdən 3 ədəd xacapuri alınır.

Hazırlanması:
Mayalı xəmirdən 20-25 sm diametrində yuxa yayılır və rəndələnmiş «Suluquni» pendiri yuxanın içərisinə səpilir.
Ardı →