Xuliqan | Kəlməbaz

Neçə on illiklərdir ki, dilimizdə “xuliqan” sözü işlədilir.

  Elə həmin dövrdən indiyədək avara, boş, səfil bir həyat keçirən, qanunlara tabe olmayan, addımbaşı qanunları, asayişi pozanları – “xuliqan” adlandırırlar. Bu gün hamı “xuliqan” sözünü işlədir. Bəs, bu sözün haradan gəldiyini bilirsiniz?

  1898-ci ildən London polisinin hazırladığı məruzələrdə artıq “xuliqan” kəlməsindən istifadə edilməyə başlanmışdı. Bəzi iddiyalara görə, həmin dövrdə qanunları pozmaqda ad çıxarmış, millətcə irland olan Xuliqan (ingiliscə “Hooligan”) ailəsi haqqında mahnı vardı və çox güman ki, bu söz burdan götürülmüşdür.

  Lakin Klarens Rukun  1899- cu ildə nəşr edilmiş  “Xuliqan gecələri” adlı kitabında bildirilir ki, bu kəlmə Londonda yaşamış mühafizəçi və oğru Patrik Xuliqanın adından götürülmüşdür. Öz ailəsi və kiçik dəstəsilə birlikdə o, tez – tez  cinayətlər törətməklə, qarətlər etməklə ad çıxarmışdı. Patrik Xuliqan hətta polis işçisini qətlə yetirmiş, həbsxanaya düşmüş və ömürlük həbs cəzası almışdır. Adı isə əbədiləşmışdir – “Xuliqan”.


Ardı →

Robot, Argentina, Xuliqan I Kəlməbaz

Robot

İyirminci əsrin məşhur çex yazıçısı Karel Çapek 1920-ci ildə “R.U.R.” (“Rossumun Universal Robotları”) elmi-fantastik pyesini nəşr etdirərkən əslində, dünyəvi lüğətə yeni söz ərmağan edəcəyindən bixəbərdi. Pyesdə hadisələr “robot” adlı “süni insanlar” istehsal edilən zavodda baş verir. Zahirən insanlardan fərqlənməyən bu “robot”lar əslində müasir “android” məfhumuna daha yaxın idilər. Pyesdə insanlara xidmət etməkdə həvəsli “robot”ların bir müddət sonra insanlara qarşı üsyanı təsvir edilib.
Kəliməbaz, Robot
K.Çapekin sözlərinə görə, “robot” sözünü özü deyil, rəssam qardaşı Yozef Çapek ixtira etmişdi. O, əvvəlcə məxluqları latınca “işçilər” mənasını ifadə edən “labori” adlandırmaq istəyir. Amma bu kəlmə könlünə yatmır və məsləhət üçün qardaşına müraciət edir. Yozef Çapek isə çex dilində “ağır iş” mənasındakı “robota” sözündən “robot” kəlməsini uydurur.


Ardı →