Xalq istehlakı malları

Xalq istehlakı mallarına gündəlik tələbat məhsulları — parça, ayaqqabı, paltar, ev əşyaları və s. daxildir. Bu mallar yüngül sənaye müəssisələrində hazırlanır. Xalq istehlakı malları istehsalı çoxsahəli tərkibi və əmək tutumlu olması ilə fərqlənir. Bu sahədə qadın əməyinin tətbiqi imkanları böyükdür. Azərbaycanda istehlak malları istehsalı üçün bol xammal və işçi qüvvəsi olsa da, bu sahə çox zəif inkişaf edib. Çünki yerli istehsalda müasir texnika və texnologiya çox zəif tətbiq olunmuşdur. Nəticədə Azərbaycan parça, paltar, ayaqqabı və s. malların xeyli hissəsini xaricdən baha qiymətə alır.


Ardı →

Yüngül sənaye

Yüngül sənaye –toxuculuq tikiş, xəz-dəri, gön-dəri, ayaqqabı, trikotaj və xalçaçılıq sahələrindən ibarətdir. Yüngül sənaye ona bitki xammalı (pambıq, kətan), heyvandarlıq xammalı (yun, ipək, xəz-dəri) və süni və sintetik liftlər verən kimya sənayesi ilə sıx əlaqədardır. Süni lif oduncaqdan hazırlanmış kimyəvi liflərdən (viskoz, asetat və s.) sintetik lif -neft, qaz və kömürdən düzəldilmiş liflərə (kapron, lovsan və s.) deyilir.
Yüngül sənaye bütün ölkələrdə inkişaf edib. XX əsrin II yarısından başlayaraq — bol xammal və ucuz işçi qüvvəsinə malik IEOÖ –lərin bu sahədə payı IEÖ-lərə artmışdır. (Xüsusilə pambıq parça istehsalında)


Ardı →