Ömrümüzü nələrə sərf edirik?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, insan ömrü o qədər də uzun deyil. Faktlara nəzər yetirin, görün 70 il yaşayan insan ömrünü hansı məşğuliyyətlərə sərf edir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyyatı isə ömrümüzün 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çox monitor qarşısında əyləşirlər. 

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriyada istirahət etmək daxildir.

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.


Ardı →

Kasıb uşağın dilindən

  1. Göyə uçurmağa bir şarım belə yox. Şar paylayan bir əmim də yox...
  2. Ayaqlarım palçıq içində, geyməyə ayaqqabım yox...
  3. Əynimdə bərli-bəzəkli məktəbli paltarlarım yox...
  4. Xəstələnmişəm, həkimim yox. Getməyə xəsətxanam, dərman almağa imkanım yox.
  5. Ucqar dağların arxasında yaşayıram, əgər başıma bir iş gəlsə şəhərə gəlməyə imkanım, dizimdə taqətim yox.
  6. Anam qardaşımı ucqar dağ yollarında, qar içində dünyaya gətirdi. Anamın nə bir həkimi, nə də əlindən bir tutanı yox.

Davamı →