Unutqanlıqla mübarizə aparmağın yolları

1870-ci ildə əslən almaniyalı olan psixoloq German Ebbinqxaus insan yaddaşı ilə bağlı maraqlı araşdırma aparıb. O, insanlar üzərində apardığı (yaddaşın öyrənilməsi istiqamətində keçirəcəyi sınaqlar) müşahidələr müqabilində onlara pul ödəyirdi.

Faktiki olaraq o, yaddaşın miqdar ölçüsünü müəyyən etmək üçün elmi cəhətdən də təsdiqini tapmış eksperimental metodlar hazırladı. Psixoloq mənasız sözlərin siyahısını tutdu. O, bu mənasız sözlərin köməyilə azad təlim keçirib.
Davamı →

Yaddaşımız niyə zəifləyir?

Son zamanlar yalnız yaşlılarda deyil, gənclərdə də yaddaş probleminin şahidi oluruq. Yəqin ki, hər kəsin ətrafında “görəsən, nə edəcəkdim”, “filan əşyanı hara qoymuşam” və bu kimi sualları tez-tez özünə verən insanlar var. Digər xəstəliklər kimi bu problemin də yaşı cavanlaşıb deyə bilərik. Maraqlıdır, buna səbəb olan amillər nələrdir?

Yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur Psixoloq Taryel Faziloğlu açıqlamasında bildirib ki, bu problem yalnız Azərbaycanda deyil, digər ölkələrdə də aktualdur:

“Əvvəllər yaddaş problemi sadəcə yaşlı insanlarda olurdu. Bu artıq fizioloji prosesdir. Yaşlandıqca beynin müəyyən funksiyalarını zəifləməyə başlayır və yaddaşsızlıq özünü biruzə verir. Bu problemlərin psixoloji tərəflərinin kökündə duran əsas amil insanların gələcəklə bağlı hədəf planlamasının olmamasıdır. Amma indiki halda gənclərin yaddaşsızlıq probleminin əsasında 3 əsas psixoloji səbəb durur.
Davamı →